Bizi izləməyi unutmayın

#Ədəbiyyat

POETİK SÖZÜN GÜCÜ

15-04-2017, 15:29 | 8262 dəfə baxılıb.

POETIK SÖZÜN GÜCÜ

Rafiq Yusifoğlu yaradıcılığı haqqında düşünərkən istər-istəməz yada ilk növbədə poetik söz düşür. Ona görə ki, çağdaş poeziyamızın bu görkəmli nümayəndəsinin yaradıcılığı poetik sözsüz təsəvvürə gəlmir. Mövzuya özünəməxsus tərzdə yanaşma, onu bədii sənətkarlıqla əks etdirmə və mənalandırma ustalığı Rafiq Yusifoğlunun bədii üslubunun ən aparıcı cəhəti hesab oluna bilər. Özü də bu cəhəti təkcə onun böyüklər üçün yazdığı əsərlərə yox, həm də uşaq şeirlərinə də aid edə bilərik.
Elə bu günlərdə şairin işıq üzü görən «Bulud fayton» (Bakı, ADPU nəşriyyatı, 2017) kitabının adı belə poetikdir. O dəqiqə düşünürsən ki, nədir görəsən bu bulud fayton? Cəmi ikicə bənddən ibarət bu şeiri oxuyan kimi adama hər şey aydın olur:

İldırım şaqqıldayır,
Tez eləyək yır-yığış!
Minib bulud faytona
Kəndə tələsir yağış…

Çöllər, çəmənlər düşüb
İslanmaq həvəsinə,
Gurultular bənzəyir
Təkərlərin səsinə…

Göründüyü kimi, burada təbiət hadisəsi maraqlı bir tərzdə obrazlaşdırılmışdır. Gözəl bir yamacda əyləşib təbiəti seyr edən uşağın gözü birdən uzaqdan kəndə sarı yaxınlaşan bir topa buluda sataşır. Küləyin axını ilə dəyişən bulud uşağa fayton kimi görünür və ona elə gəlir ki, yağış bulud faytona minib kəndə tələsir. Göy gurultusunun təkərlərin səsinə bənzədilməsi də maraqlı detaldır.
Rafiq Yusifoğlunun nəinki şeirləri, hətta onların adları belə poetik səciyyəlidir. «Mavi yorğan», «Şəhərə köçən çəmən», «Şirin torpaq», «Yazın bayrağı», «Rəssam külək», «Dərzi payız», «Təpədə əyləşən qış», «Ballı maşın» və s. bu kimi adlar adamda şeiri oxumaq həvəsi oyadır. Sən demə mavi yorğan deyəndə dəniz nəzərdə tutulurmuş. Balıqlar bu yorğanı üstlərinə çəkib rahatca mürgüləyirlər. Kənd yamaclarından, çəmənlərindən kəsilərək şəhərə gətirilən çimin yan-yana düzülərək parklarımızı, xiyabanlarımızı bəzəməsi hamıya məlumdur. Bu hadisənin «çəmənin şəhərə köçməsi» kimi səciyyələndirilməsi maraqlıdır. Sən demə şirin meyvələr yetişdirdiyinə görə torpaq şirin hesab edilirmiş.
Böüyrtkən kollarıyla
Doludur yamac, dərə…
Biz söhbət eləyirdik
Böyürtkən dərə-dərə.

Böyürtkənlər qapqara,
Böyürtkənlər şipşirin.
Birdən belə söylədi
Bizim balaca Şirin:

– Yəqin ki, şipşirindi
Bu yerlərin torpağı.
Yoxsa bu böyürtkənlər
Dadlı olmazdı axı?!

Göründüyü kimi, bu şeirin lirik qəhrəmanı olan uşağın məntiqinin, düşüncə tərzinin özündə belə bir şirinlik vardır.
Sən demə «yazın bayrağı» deyəndə tüstü nəzərdə tutulurmuş. Qarlı, çovğunlu bir havanın bədii sözlə təsvirindən sonra şair diqqəti kənd evlərinin bacalarından çıxan tüstüyə yönəldir.

Nə qara, nə də çovğuna
Təslim olmur adamlar.
Hərəsinin ürəyində
İlk baharın odu var…

Onlar ocaq qalayanda
Qışı tutar sancılar.
Tüstü yazın bayrağı tək
Bacalara sancılar…

Bu, marqlı bir qış mənzərəsidir. Dənizi sehrli fırçasıyla hərəkətə gətirən, dalğa yaradan küləyin rəssama, təbiəti, meşələri, bağları al-əlvan yarpaqlarla bəzəyən payızın dərziyə bənzədilməsi də oxucuda xoş ovqat oyadır. Özü də ən yaxşı cəhət bundan ibarətdir ki, bu fikirlər söylənilməmişdən əvvəl təsvirlər vasitəsilə onlara bir növ poetik zəmin hazırlanır.

Rafiq Yusifoğlu demək olar ki, şeirlərinin əksəriyyətində həyat həqiqətlərini çox böyük ustalıqla bədii həqiqətə çevirməyi bacarır. Məsələn, təzə qar yağanda təpələrin başının ağarmasını təsvir edən şair onu belə mənalandırır: «Qış təpədə əyləşib düzənləri seyr edir»…
Rafiq Yusifoğlunun yaratdığı poetik biçimli təbiət mənzərələri, peyzajlar öz cazibədarlığı ilə diqqəti cəlb edir. Özü də bu mənzərələr neytral fon təsiri bağışlamır, balacaların daxili dünyasını açmağa yardımçı olur. Məsələn, «Qış gəlib ad günümə» şeirində balaca Saranın ad günündə aramsız yağan qarın yolları bağlamasından və buna görə də nənəsi ilə babasının onu təbrik eləməyə gələ bilməməsindən söhbət açılır. Öz-özünə deyinən qızın dediyi sözlər həm oxucunun üzündə təbəssüm yaradır, həm də uşağın daxili dünyasını açmaq vasitəsinə çevrilir:

Gələn kimi göstərdi
Kiçik çillə özünü.
Adam qardan, çovğundan
Aça bilmir gözünü.

Yollar tamam bağlanıb,
Bir bax mənim günümə.
Nənəm-babam gəlməyib,
Qış gəlib ad günümə…

Ümumiyyətlə, Rafiq Yusifoğlunun poeziyasında son dərəcə maraqlı, yadda qalan uşaq obrazları yaradılmış, onların daxili dünyası orijinal bədii detallarla açılmışdır. Bu baxımdan şairin «Kaş», «Bitdilicə», «Səni çox istəyirəm», «Əriyən şokolad», «Məktəbsiz adam», «Dondurma», «Savadlı xoruz», «Dilim çox balacadı», «Xırnik», «Mətbəxçi», «Babamın ovcu», «Alma və armud» və s. şeirləri maraq doğurur.
Müəllifin bütün təbiət hadisələrinə uşaq gözü ilə baxıb onları mənalandırmağı bacarması həm onun təbiəti, həm də uşaq psixologiyasını gözəl bilməsi ilə birbaşa əlaqəlidir. Şairin müşahidə qabiliyyəti çox güclüdür. Əsərlərini oxuyanda aydınca görünür ki, şeirlərinin hamısı məhz bu müşahidə nəticəsində araya-ərsəyə gəlmişdir.
Folkloru – xalq yaradıcılığını, Azərbaycan dilinin incəliklərini, sözün məna çalarlarını gözəl bilməsi Rafiq Yusifoğlunun uşaq şeirlərinin koloritini qat-qat artıran bir vasitəyə çevrilir.

Ancaq bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, XXI əsrin uşaq şeiri təkcə milli zəmində qapanıb qalmamalı, dünya ədəbiyyatının ədəbi təcrübələrini də nəzərə almalıdır. Bu baxımdan yanaşdıqda da Rafiq Yusifoğlu uşaq ədəbiyyatımızı yeni mövzularla zənginləşdirən sənətkarlarımızdandır. Bir tərəfdən baxanda bunun özü də bir növ tale, tərcümeyi-hal məsələsidir. Övladları dünyanın ən qüdrətli bir ölkəsində – Amerika Birləşmiş Ştatlarında yaşayan, təhsil alan Rafiq müəllimin tez-tez doğmalarını ziyarət etməsi, nəvələrinin təhsil aldıqları məktəblərə, oradakı uşaq kitabxanalarına getməsi, Amerikanın təhsil sistemi, ədəbiyyatı ilə maraqlanması istər-istəməz onun yaradıcılığının da yeni mövzularla zənginləşməsinə zəmin yaratmışdır.

Kitabın «Gəzdim düzü-dünyanı, Yurdumdan gözəl hanı» adlı bölməsində şairin Amerikada qələmə aldığı uşaq şeirləri toplanmışdır. Ən yaxşı, aparıcı cəhət ondan ibarətdir ki, şair dünyanın bu gözəl ölkəsinin təbiətinə, adət-ənənələrinə Azərbaycan uşağının gözü ilə baxmağı bacarır. Bu baxımdan «Sakit okean, dinc dur», «Sakit okean», «Sular səltənəti», «Venis», «Okeandan əsən meh», «Qır muzeyində», «Hollivud bulvarında», «Botanika bağında» və s. bu kimi şeirlər səciyyəvidir. Lakin ən əsas məsələ bu yad ölkədə yaşayan uşaqların Azərbaycana olan sevgisinin təsviri ilə birbaşa əlaqəlidir. «Fatehlə söhbət» şeirində skaypla babası ilə danışan uşağın daxili dünyasının bədii əksi ön planda dayanır. Babasına Amerika haqqında söhbət açan, onu bu ölkəyə dəvət edən nəvə deyir ki, baba, bura nağıllar dünyasıdı, sən də nağıl sevənsən. Gəl burdakı nağılları yığ apar. Baba ilə nəvənin söhbəti bu misralarla bitir:

– Adiləşən ömrümü,
Fateh, gülzara döndər.
Orda nağıl çoxdusa,
Bir az yaz mənə göndər!

– Vətəni düşünəndə
Qəribliyimiz itir.
Pəncərəmin önündə
Hər gecə nağıl bitir.

Ay baba, gəl, nə olar,
Gəl bizi gör gözünlə!
Burdakı nağılları
Yığıb apar özünlə…

«Nə yaxşı ki, skayp var», «Fatehin gülüşü», «Fatimə qar istəyir», «Kitab oxuyan nəvəm», «Kitabdan tikilən ev», «Ay baba, xoş gəlmisiz», «Fatehin hədiyyəsi», «Ən yaxşı oxucu», «Ura, dərslər başladı» şeirlərinin balaca qəhrəmanları olan Fatehlə Fatimə bir gün də olsun Azərbaycanı unutmurlar, daim vətən haqqında düşünürlər. Bu şeirlərdə oxumaq, öyrənmək, gör-götür dünyasından maksimum dərəcədə bəhrələnmək, vətənin adına layiq oğullar və qızlar kimi böyümək ideyası ön plandadır.
«Ən yaxşı oxucu» şeirinin balaca qəhrəmanı Fatimə real insandır. Venis kitabxanasının təsis etdiyi «ən yaxşı oxucu» müsabiqəsinin qalibi olan bu azərbaycanlı qıza bahalı oyuncaq hədiyyə edilir. Uşaq çox sevinir, qürurlanır. Onun keçirdiyi hisslər şeirdə öz gözəl bədii əksini tapmışdır:

Xeyli kitab oxudum,
Yarışma çox uzandı.
Şükür, «yaxşı oxucu»
Adını mən qazandım!

Belə gözəl hədiyyə
Ala bilmir hər uşaq! –
Kitabxanada mənə
Verdilər bir oyuncaq.

Qəflətən söz verdilər,
Bilmədim heç nə deyəm.
Oxuduğum kitabdır
Mənim əsas hədiyyəm!

Rafiq Yusifoğlunun «Bulud fayton» kitabındakı mövzular çox rəngarəngdir. Ən əsas, diqqət çəkən bir məqam ondan ibarətdir ki, burada vətənpərvərlik mövzusunda əsərlər üstünlük təşkil edir. «Vətənim» şeiri, fikrimizcə, bu mövzuda yazılan ən gözəl əsərlərdən biridir.

Mənə dayaq, mənə həyan olanım,
Pərvanə tək qoy başına dolanım!
İşıq olub gözlərimə dolanım,
Çiçək olub ürəyimdə bitənim! –
Vətənim!

Gülüm solsa, yağış olub yağanım,
Kürə dönüb damarımda axanım,
Hara getsəm, yollarıma baxanım,
Dara düşsəm, köməyimə yetənim,
Vətənim!

Dağlarına baxıb gəlir həvəsim,
Xəzərindən əsən külək – nəfəsim.
Bu dünyada söylə varmı əvəzin? –
Qurban sənə ruhüm, canım, bədənim,
Vətənim!

Ən önəmli cəhətlərdən biri şeirin uşaqların anlaq səviyyəsinə uyğunluğu, sadəliyi, obrazlılığı və lakonizmi ilə əlaqəlidir.
«Lələtəpə» şeiri təkcə mövzusunun aktuallığı ilə deyil, həm də oradakı bədii sözün təsir gücü ilə birbaşa bağlıdır. Şeirdə aprel döyüşlərinin iştirakçılarının qəhrəmanlığı vəsf olunur. Müasir uşaq ədəbiyyatımızda bu tipli şeirlərə təlabat çox böyükdür.
Kitabda bölmələrin adı belə poetikdir və bu başlıqlar altında toplanan şeirlərin ideya-məzmunu haqqında ilkin məlumat verir: «İşıq, su, torpaq, hava, Bütün dərdlərə dəva», «Ömrün baharı, yayı, Tanrının sevgi payı», «Payıza bax, qışa bax, Qara bax, yağışa bax», «Gəzdim düzü-dünyanı, Yurdumdan gözəl hanı», «Xoşbəxtdi, bəxtəvərdi, Dünya deyil özündə, O, ayrı bir aləmdi uşaqların gözündə», «Çəmən çiçəyi ilə, insan əməyi ilə», «Ağacın kökü torpaqda, insanın kökü eldədi» və s.
Kitabdakı hər bir kiçik parça haqqında belə söz açmaq, onun məziyyətlərini, sənətkarlıq xüsusiyyətlərin şərh etmək olar. Ona görə ki, yüksək ideya-məzmunlu, poetik tutumlu bu şeirlər bədii təhlilə zəngin material verir. Lakin bir məqalədə bunların hamısından söhbət açmaq mümkün deyildir. Fikrimizcə, «Bulud fayton» kitabı təkcə Rafiq Yusifoğlunun deyil, müasir Azərbaycan uşaq ədəbiyyatının uğuru, nailiyyətidir. Ümid edirik ki, bu şeirlərin böyük bir qismi dərsliklərə salınacaq, balalarımızın dilinin əzbərinə çevriləcək, onların poetik zövqünün formalaşmasında mühüm rol oynayır.

Məmməd ƏLİYEV
filologiya elmləri doktoru, professor.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Əliağa Kürçaylı poeziyasında sonet

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

“Ruslan dostumun kitabı”

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının