Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Buna görə anlayanı,duyanı...

31-05-2017, 19:00 | 2 3602 dəfə baxılıb.

Analoq.az şair Mübariz Süleymanlının şeirlərini təqdim edir:

Ay ana

Könülləri oxşamağı bacardın,
Ocaqlarda közün qalıb, ay ana.
Bir ləyaqət heykəlitək ucaldın,
Dilimizdə sözün qalıb, ay ana.

Saçlarına düşən dəni görmüşəm,
Başın üstən ötən çəni görmüşəm,
Bal yuxumda hər vaxt səni görmüşəm,
Xəyalımda izin qalıb, ay ana,

Nə qədər ki, sağdı mənim canım da,
Ruhun gəzir gecə-gündüz yanımda,
Yada sallam səni çətin anımda,
Səndən mənə dözüm qalıb, ay ana.

Sən ki vardın, sevincimdən coşardım,
Ən keçilməz zirvələri aşardım
Hər laylana həzin nəğmə qoşardım,
Çözülməyən çözüm qalıb,ay ana.

Ömrüm günüm yaman olub nəhs indi,
Sorağını hardan alım bəs indi ?
Əsən mehlər bəlkə sənin səsindi?
Qapılarda gözüm qalıb, ay ana.

********

Özümə

Sən gələndə sevinmişdi çox adam,
Gedəndə kim ağlayacaq bəs səni?
Axirətə üz tutanda, arxadan
Çağıracaq hansı doğma səs səni?

Elə et ki, sevənlərin çox olsun,
Yaxşılıq səp tarlasına ömrünün!
Nəfsini boğ, gözün-könlün tox olsun,
Savab qazan cəfasına ömrünün!

Süleymana qalmayan bu dünyanı
Süleymanlı tərk edəcək – bu, haqdır.
Buna görə anlayanı, duyanı
Saymamağın özü də bir günahdır.

********

Yol gedirəm

Çiynimdə yatmış baxtım,
Mənzilə çatmış vaxtım,
Sularda batmış taxtım,
Gedirəm,yol gedirəm.

Dilim-dilim dilimlə,
Qabar-qabar əlimlə,
Xeyirxah əməlimlə,
Gedirəm,yol gedirəm.

Ruhum başımın üstə,
Aslan kimi qəfəsdə,
Elə bil son nəfəsdə,
Gedirəm,yol gedirəm.

Qəlbimi dağlayanla,
Gözümü bağlayanla,
Özümə ağlayanla,
Gedirəm,yol gedirəm.

Ovcumda torpağımla,
Kirimiş dodağımla,
Tutmayan ayağımla,
Gedirəm,yol gedirəm.

********

Yaz yağışı

Mən ki bir yaz yağışıyam.
Çölə çıxsan görəcəksən,
Bir aşiqin baxışıyam,
Baxışımdan biləcəksən.

Hər damlası gözlərində,
İndi yazdı-yağış dəmi,
Sevənlərin üzlərində,
Yaz yağışı nur aləmi.

Yuya bilər yaz yağışı
Çöhrəndəki günahları,
Yanımdasan,bu gün yaxşı,
Gəl gözləyək sabahları.

Ömrümüzə bahar gəlib,
Yaz yağışı müjdəçidir,
Bu sevdalı dünyamızın
Yaz yağışı gül səsidir.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ədəbiyyat

O oğlandır bu gördüyün...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Elçin Şahbazi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının