Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Əliağa Kürçaylının lirik poemaları

1-06-2017, 19:48 | 4702 dəfə baxılıb.

Hamı şeir yaza bilər, amma poema qələmə almağı hər şair bacarmır.

Bir çoxumuza yaxşı məlumdur ki, XII əsrdə yaşayıb-yaratmış Əfzələddin Xaqaninin (1126-1199) yarı xatirə, yarı səfərnamə səciyyəsi daşıyan, şairin Şirvanşahlar sarayında gördüyü zülm və ədalətsizliklərə qarşı dərin etirazını bildirdiyi, müasirlərindən, qohumlarından, dostlarından, uşaqlıq və təhsil illərindən söhbət açdığı, nəcib insani sifətləri təbliğ etdiyi və böyük Nizami Gəncəvinin (1141-1209) “Xəmsə” toplusuna daxil olan “Sirlər xəzinəsi”nə (1174-1175) bənzədilən “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır.
Mərhum tənqidçi-alim Abbas Hacıyevin (1933-2011) fikrincə, poemalar məzmununa, quruluşuna, ideyasına, təhkiyə və ahənginə görə müxtəlif tiplərə - lirik, epik və dramatik poemalara ayrılır.

Əsərlərində sarayların iç üzünü açmış, şah və hakimlərə qarşı kəskin tənqidi münasibət bildirmiş Xaqani Şirvanidən üzü bəri bugünkü günümüzədək ədəbiyyatımızda çoxlu sayda poema yazılsa da, bu janrın inkişaf dövrü iyirminci yüzilliyə, daha dəqiq desək, 1920-1991-ci illərə təsadüf edir. Ədəbiyyatşünaslar tərəfindən Azərbaycan ədəbiyyatının sovet dövrü kimi xarakterizə edilən bu mərhələdə epik poeziya yollarında inamlı addımlarla irəliləmiş Əliağa Kürçaylının (1928-1980) poemaları da xüsusi yer tutur. O, yazılı ədəbiyyatın bu janrına elə yaradıcılığının ilk illərindən meyil göstərmiş, ömrünün axırına qədər bu sahədəki axtarışlarını davam etdirmişdir.
Ə.Kürçaylının müxtəlif illərdə nəşr edilmiş və kitablarında yer almış 25 poemasından yalnız üçü lirik səpkilidir. Bu əsərlərdə epik poemalara xas olan süjet xətti, konkret hadisələr və konkret obrazlar görünmür.

İnsan əməyini tərənnüm edən, zəhmət adamlarının həyatından, duyğu və düşüncələrindən söz açan “Bakılı Kolumb” poeması (1970-1971) keçən əsrin 50-70-ci illərində aktual olan əmək mövzusunda qələmə alınmışdır. Kürçaylının bu maraqlı və oxunaqlı epik poeziya nümunəsinin giriş hissəsində şairin lirik poema kimi dəyərləndirdiyi əsər qəhrəman dəniz neftçilərimizə ithaf olunmuşdur. Poema hər birini 10 misra təşkil edən 15 şeir parçasından ibarətdir. Dənizlər allahı Neptunun adı çəkilən əsərdə müəllif dəniz neftçilərinin ağır əməyini tərənnüm edir, onların axtarışlarını, Kolumb inadını alqışlayır.
Əməkdar incəsənət xadimi Əliağa Kürçaylının “Həyatın dolayları” kitabında (Bakı, “Azərnəşr”, 1973) layiqli yerini tutmuş “Bakılı Kolumb”da şair sərbəstdir, fikrini, hiss və duyğularını heç bir çərçivəyə, qəlibə salmadan ifadə edir.

Ana məhəbbəti mövzusunda yazılan “Ana” (1973-74) əsəri sırf lirik poemadır.
Ə.Kürçaylının gözəllik ilahəsi Afroditanın adı keçən “Ana” poeması bu mövzuda qələmə alınmış digər epik poeziya nümunələrindən təbii ki, konkret hissi-emosional təqdimi ilə seçilir. Əsərdə göstərilən qadın Kürçaylının öz doğma anasıdır. Bu ananın özünəməxsus dünyası, mənəvi aləmi, həyata, insanlara öz baxışı var. Müəllif məhz bu özünəməxsusluğu bədii tədqiqat obyektinə çevirir.

İlk dəfə şairin “Dünya ovcumdadır” kitabında (Bakı, “Gənclik” nəşriyyatı, 1976) çap edilən poemada təsirli, bir ana qəlbinin böyüklüyündən söz açan səhnələr az deyildir.
Əliağa Kürçaylının 1976-cı ildə yazdığı və 4 bölmədən ibarət “Adi adam” poemasında adından da göründüyü kimi, adi insanların mənalı həyatından danışılır. Əsərdə konkret bir obraz, real şəxsiyyət təsvir olunmur. Bu epik poeziya nümunəsi lirik planda qələmə alınmışdır.
Ə.Kürçaylının şeir və poemalarının toplandığı, Azərbaycan Dövlət mükafatına layiq görülən “Bütövlük” kitabında (Bakı, “Yazıçı” nəşriyyatı, 1978) dərc edilmiş “Adi adam” poeması haqqında öncə söylədiklərimizə yeni bir fikir əlavə etmək çətindir. Lirik səpkili bu əsər müəllifin lirik planda yazdığı epik poeziya nümunələri ilə müqayisədə diqqəti o qədər də cəlb etmir.
Kürçaylının lirikası onun bənzərsiz bir şair olduğunu təsdiq etdiyi halda, lirik poemaları müəllifin həyata, cəmiyyət hadisələrinə dərindən bələd olduğunu sübut edir.

Qeyd. Bu yazı hazırlanarkən əlavə və dəyişikliklər edilməklə Sevda Əlican qızı Əliyevanın “Ə.Kürçaylının poetik dünyası” monoqrafiyasından (Bakı, “Azərnəşr”, 1998, səh. 156, 161-162, 192-193, 197-198) geniş şəkildə istifadə olunmuşdur.

Elnur Rəsuloğluскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Əliağa Kürçaylı poeziyasında sonet

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Nizami Gəncəviyə qarşı laqeyidlik

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

“Böyük şairin şərəfinə” adlı tədbir keçirilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının