Qoyun



QOYUN
(felyeton-hekayə)

Neftin qiyməti düşəndə dədəmin heç vecinə də olmadı. Çünki gənc bir qoyunumuz var idi, onun hesabına evi, ailəmizi dolandırırdı.
– Cəhənnəmə ki, – dedi, – guya ki, indiyə qədər mənim uşaqlarım neft içib dolanırdı.?!
Həqiqətən də belə idi. Ailəmizdə mən lap körpəliyimdən nə bacılarımın, nə də qardaşlarımın heç birinin bircə dəfə də olsun neft içdiyini görməmişdim.

– Odu e, Allah bərəkət versin qapıdakı şişəyə... ("şişək"-hələ cəmi bircə dəfə qoçla birgə cinsi əlaqənin dadını çıxarmış, gənc qoyuna deyirlər)
Südü süd, yunu yun...

Lazım gəlsə kəsib ətini də yeyərik.
Atam belə deyəndə elə bilirdim ki, lazım gəlsə qoyunumuzun bir budunu kəsəcək, yeyəcəyik. Odur ki, mən ailəmizin iqtisadiyyat bazası olan qoyunumuza hər baxanda ağzım sulanırdı. Hər dəfə də bu müqəddəs mələyin bir buduna və ya başqa bir nahiyəsinə gözüm düşürdü.
(tək mən yox, ailəmizdəki kişilərin hamısı ona qəribə baxırdı)

Şəxsən mən bəlkə də yazıq, gənc qoyunu təkbaşıma xəyallarımda əlli dəfə şişə çəkib yemişdim. Hələ heç onu demirəm ki, hardasa tək tutdummu, mütləq tullanıb minirdim ailəmizin ən hörmətli izzətli nümayəndəsinin belinə.
Fikirləşirdim ki, yəqin atam, böyük qardaşım da imkan olanda, və ya yorğun olanda minirlər xilaskarımızı...

Çünki atam və qız tapan kimi evlənəcəyinə söz verən böyük qardaşım axşamlar növbə ilə gedib tövlədə yarım saat, zad qoyuna baş çəkib gəlirdilər... (birdən xəstələnir deyə)

"Qoyun oldun belədi da... Hamı minəcək..." (atam bir dəfə mən qoyunumuzu minəndə belə demişdi)
Qoyun deyildi e, lap möcüzə idi. Yunun qırxırdıq, satıb pulunu xərcləməyə macal tapmamış təzədən başlayırdı tüklənməyə. Axşam sağırdıq, səhər yenə südlənirdi...

Hətta doğdu, balasını kəsdik yedik də. Amma qoyunun heç vecinə də deyildi. Aşağıdan süd verirdi, yuxarıdan yun.

Dədəm deyirdi ki, qısır olsa da sağın, qoymayın süddən kəsilsin. ("qısır" naməlum səbəblərdən qoçun etikadankənar təkliflərinə rədd cavabı verdiyindən hamilə qala bilməyən qoyuna deyirlər) Külfəti acından, qırası ha döyüləm.

Mən bir şeyi öyrənmişdim ki, qoyun var-dövlətdi, qoyun bərəkətdi, qoyun can rahatladandı, qoyun müqəddəsdi, qoyun gerçəkləşmiş xəyallardır...
Bir sözlə "qoyun olmasa biz batarıq." (atamın sözüdü)

Hətta hərdən el arasında "əşi, bu millət qoyundu da..." sözünü eşidəndə sevincimdən yerə-göyə sığmırdım. Fikirləşirdim ki, "onda bu vətən basılmaz!"

Mən axı vətənimi çox istəyirəm... Babam deyib istə, mən də istəyirəm. Niyəsini bilməsəm də...
Nə isə ki, qoyun böyük nemətdir. (atam demiş)
Ailəmizdə qoyuna qarşı sevgi məhəbbət o dərəcədə sonsuzdur ki, sözlə deyilməz...

Hətta hiss eləyirdim ki, nə qədər qoyunumuz var, qardaşım oğlan qocalacaq. Çünki qoyuna başı o qədər qarışmışdı ki, qız axtarışı da yaddan çıxmışdı. (Qələt eləyir, anamı hərdən aldadırdı ki, guya əlində çıraq qız axtarır)
Necə ki, anam dədəmin yadından çıxmışdı...
Amma heyif ki, indi qoyunumuz qocalıb. Neft də ki, hələ də bahalaşmayıb.

Bir də ki, bahalaşsa neyləyəcəyik. Neft içəcəyik?! Lap içmək istəsək belə, urus, ingilis bizə havayı neft verəndi, içməyə. Ondansa elə qoyun saxlayıram da... Südü süd, yunu da ki, yun. Hələ lazım gəlsə kəsib ətini də yeyərik ... Can rahatlığı da ki, öz yerində...

Hətta deyilənə görə, qoyun qanı ilə günahları da yumaq olur.

Bir sözlə müqəddəs şeydi qoyun xeylağı.
Amma heyif ki, yumurtlaya bilmir...

İntiqam Soltan

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi