Biri vardı,biri yox... » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Biri vardı,biri yox...

  • Tarix: 16.06.2017, 22:00,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5420
Biri vardı,biri yox... Biri vardı,biri yox...
Uşaqlar neçə ki körpədirlər,ana laylasına uyuyurlar.Elə ki bir az böyüdülər, axşamlar
atalarından nağıl istəyirlər.Mənim bildiyim nağıllar isə çox deyil.Axşamların birində nağıllarım qurtaranda fikirləşdim ki öz taleyimin
nağılını söyləyim...

Nüsrət Kəsəmənli
Biri vardı,biri yox...

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.

Mən orduya nələr görüb getmidim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox!”
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV