• 15:05 – Minnətdarlıq 
  • 18:00 – 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 
  • 16:30 – Qadın həyat yoldaşını bıçaqladı-Hadisə 
  • 15:00 – Neft ucuzlaşacaqmı?-Araşdırma 
  • 14:00 – Bakıda qeyri-adi oğurluq hadisəsi oldu 
  • 13:00 – Yeni televiziya kanalının yaradılması təklif olunub 
  • 12:00 – Prezident İlham Əliyev:"Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb" 
  • 11:00 – İçməli suyun verilməsi bu gün məhdudlaşdırılacaq 

Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri

  • Tarix: 01.07.2017, 14:04,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5224
Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri Müasir ədəbiyyatımızın görkəmli simalarından olan Məmməd İlqarın möhtəşəm əsərlərindən biri də “Qaratel” dastan-poemasıdır. Əsərin mövzusu kimi strukturu da orijinaldır. Belə ki, əsər klassik türk dastanları formasında nəzmlə nəsrin vəhdəti ilə yazılıb. Müəllif sanki ixtisarlara meydan verməmək, təfərrüatları incələmək üçün nəsrin də potensialından yararlanıb. Qəhrəmanın başına gələn əsas hadisələr nəsrlə nəql edilir.
Əsər “Yolçuya bir neçə söz” sərlövhəsi ilə başlayır. Nəzmlə başlayan girişdən sonra nəsrlə yolçunun təqdimatı gəlir. Səhhətində ciddi problemləri olan Yolçu ilahidən möhlət istəyir ki, Qaratelin qarşısında üzüqara olmasın, onun həyat tarixcəsini qələmə alana kimi ömür vəfa eləsin. Elə bu hissədə Qaratelin bioqrafik məlumatları ilə tanış oluruq. Onun təhsili, şəxsi həyatı barədə bilgilər verilir.
Məlum olur ki, Yolçu dörd gündü Qazaxda Qaratelin döyüş yoldaşları ilə görüşüb onun haqqında məlumat toplamaqla məşğuldur. Ümumiyyətlə, poemada, Qaratel haqqında bilgiləri Yolçunun fəaliyyəti zəminində əldə edirik. Ölümü və yaşamı təmsil edən bu iki obraz o dünya ilə bu dünya arasında körpülər yaradır. İllər öncə həyatını itirmiş Qaratelin yenidən canlandırılması missiyası Yolçunun üzərinə düşür.
Sənədli film səciyyəsi güclü olan bu poemada Qaratelin tipik surəti yaradılmışdır. Əsərdə onun təqdimatından aydın olur ki, yoldaşları onu döyüşdən geri qaytarmaq istəyəndə inadkarlıq edib, əl qumbarasını göstərərmiş ki, ölərəm, amma əsir düşmərəm. Digər tərəfdən bir çox tarixi olaylar da dəqiqliyi ilə verilir. “1990-cı ilin 21 mart gecəsi Qazaxın Bağanıs Ayrım kəndi ermənilər tərəfindən yandırıldı”. Əjdaha tanklar lovğa-lovğa yırğalanaraq körpələrin kül cəsədlərini də məvh edirdilər. O tankların qarşısında təkbaşına dayanan Şəminin qızı Qaratel olur. Bəlkə də, müasir dövrümüzdən boylandıqda yazarın işlətdiyi “təkbaşına” sözünə etiraz etmək də olar, lakin hər bir zaman kəsiyinin özünəmünasib həqiqətləri olur. Bu həqiqətlərin xırdalıqlarını Yolçunun on il sonra apardığı araşdırmadan öyrənirik.
Yolçunun ilk görüşü Qaratelbulağın üstündəki Qaratelin şəkli ilə olur. Şəkildəki qız Yolçunun onun haqqındakı zəhmli düşüncələrini çilik-çilik eləyir. Yəni onun barəsində eşitdiyi qəhrəmanlıqlar hara, sahib olduğu zərif qadın vücudu hara... Bu başgicəlləndirən təəsüratdan sonra Yolçu oradan Bakıya, Şəhidlər xiyabanına gəlir.
Yolçunun qəbri görməyi Qaratellə ikinci görüşü idi. O, qəbirlə xeyli dərdləşir, hətta onun ölümündən sonra ölkədə baş verən hadisələrə də toxunur. Yenidən Qazaxa qayıdıb Qaratelin döyüşdüyü yerləri görmək qərarına gəlir. “Gedir arzuları talanan yerə, Qaratel qanına bələnən yerə, Gedir- Fələməzin döşünə baxsın”. Bu sətirlərlə şair Qaratelin döyüşdüyü ərazilərin xəritəsini çəkir. Yolçu isə məqsədinə çatmaq üçün Bakı-Qazax yollarını yola gətirir.
Yolçunun Qaratellə üçüncü görüşü yenə də Şəhidlər xiyabanında baş tutur. O, Qazaxın kədər çökmüş üzündən məzara şikayətlənir. Artıq yaşayan və ölən bu iki obraz arasında bir vəhdət yaranır. Yolçu bütün cavab almaq istədiyi sualları Qaratelin ünvanına yollayır. Bəzən özü də lazım olan ünvanlara baş çəkir.
Beləliklə, 2000-ci ilin 14 iyununda Qazaxın Mərkəzi parkında Qarateli ölümündən əvvəl son dəfə görən Şikəst Vəli ilə görüşür. Şikəst Vəli də ona Qaratelin və Mərdanın necə vurulmasını dəqiqliyinə qədər danışır. Vəli onu əsir tutub aparan ermənilərin ermənicə danışıqlarından başa düşür ki, Qaratel hələ də sağdı. “Mən Qarateli bu vaxta kimi ölmüş bilirdim. Amma indi eşidəndə ki, o hələ sağdı, həm də yaralı-yaralı döyüşür, heyrətə gəldim”. Şair onun haqqında bilgiləri dəqiqləşdirmək üçün şahidin cümlələrinə istinad edir. Qaratelin ömrünün son anlarının yeganə şahidi Şikəst Vəli onun haqqında qürurverici məlumatlar verir.
Vəlini əsir götürdükdən sonra o, Qarateli görə bilməsə də, erməni əsgərlərinin öz aralarında danışıqlarından öyrənir ki, Qaratel əsir düşməmək üçün özü-özünü partladıb. Öz canına qəsd etməklə nəticələnən bu intihar sıradan bir intihar deyildi. Qaratelin atdığı addım ölümsüzlüyə doğru atılmış addım idi. O vətən üçün ölməyi əsir kimi yaşamaqdan daha şərəfli sayır. Məqsədinə çatmış türk qadını erməni zabitlərini heyrətə gətirir.
Poemada göstərilir ki, həm Qaratelin nəşini, həm də Şikəst Vəlini erməni əsirləri ilə dəyişirlər. Onun 1992-ci ilin 14 iyununda şəhid olduğunu yazan müəllif bir müqayisə də aparır ki, elə həmin saatlarda kişilər çayxanalara yığışıb bəşəri problemlərin “həlli” ilə məşğul olurdular. Onların mənasız hərəkətlərinə yazar belə münasibət bildirir: “Biri- Moskvaya lənət yağdırır, Biri- Moskvadan nicat gözləyir?!” Ortada konkret əməl yox, ancaq boş-boşuna söz güləşdirməklə məşğuldurlar. Bu müqayisəni aparmaqla şair, əsərin əvvəlində vurğuladığı TƏKBAŞINA zərfinə bir daha bəraət verir.
Poemada Qaratelin vurulması xəbəri Qazax boyda ağır elin vurulmasına bərabər tutulur. Müəllif bəzən öz düşüncələrinə də yer verərək yazır ki, “Qeyrətinə qıymadığın bu boyda millət. İndi sənin qeyrətinə and içməlidi”. Bununla yanaşı Qaratelin əsl xarakterini bu misralarla açır: “Sən sarıdan nigaranlıq, canıyananlıq Sənin “qara dəftər”inə düşmək kimiydi”. Bircə günün içində qəhrəman olan bu qadının, qəhrəman adı almaq üçün ölmədiyi xüsusilə alqışlanır. “Ölmüşdü ki, qalanlar qorxmasın yurd üçün ölməkdən”. Əslində əsərin yazılmasına səbəb də elə bu ölməzliyin örnəyini unudulmaqdan xilas etməkdir.
Son bölümdə Yolçunun yenidən şəhidlər məzarlığında Qaratellə dördüncü görüşü təsvir edilir. Onu bu görüşə Qaratelin göyərçin cildinə girmiş ruhu çağırır. Qaratelin qəbri üstə Azərbaycan Bayrağı Ordenli sözləri yazılıb. Azərbaycanın Milli Qəhrəmanı yazılmaması Yolçunu çox məyus edir. Sonda müəllif ümid edir ki, “Vətəni darda qoymazlar! Bu qanı yerdə qoymazlar!!!” Belə olarsa, Qaratel kimi məğlubedilməz xanımların da qisası alınmış olar.

Gülnar Səmaскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV