• 15:05 – Minnətdarlıq 
  • 18:00 – 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 
  • 16:30 – Qadın həyat yoldaşını bıçaqladı-Hadisə 
  • 15:00 – Neft ucuzlaşacaqmı?-Araşdırma 
  • 14:00 – Bakıda qeyri-adi oğurluq hadisəsi oldu 
  • 13:00 – Yeni televiziya kanalının yaradılması təklif olunub 
  • 12:00 – Prezident İlham Əliyev:"Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb" 
  • 11:00 – İçməli suyun verilməsi bu gün məhdudlaşdırılacaq 

Özündən naxoş

  • Tarix: 04.07.2017, 21:00,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5169
Özündən naxoş Özündən naxoş
ÖZÜNDƏN NAXOŞ
Людей одиноких по натуре, которые как рак-отщелник или улитка, стараются уйти в свою скорлупу, их на этом свете немало.
Антон Чехов

-Naxoş-maxoş bilmirəm.Kim getməsə,məsələsini ümumi iclasa qoyacagam.
-Bu nə danışır e!

Mirzə Əsgər Abasəlinin dalınca baxa-baxa qaldı. "Ümumi iclasa qoyacağam!" sözlərini zehnində təkrar etdi, vahiməsi bir az da artdı.Mirzə Əsgər Abasəlini yaxşı tanıyırdı.Bilirdi ki, dediyini eləyəndir.Onun adını evdə söyüşlə çəkəndə arvadı soruşurdu:
-Necə adamdır o.
-Əvvəla,demaqoqdur,lap yekəsindən.İkincisi, nanəcibdir.Üçüncüsü,həyasızdır.Dördüncüsü...
Arvadı onun sözünü kəsdi:
-Sayma,bəsdir,həyasızdan nə desən çıxar.

Abasəli trestdə yerli komitə sədri idi.Keçən həftə qərara alınmışdı ki,istirahət günü bütün işçilər yığışıb stansiyaya getsinlər,vaqonlardan tökülən taxta dirəyi maşınlara yükləməkdə vağzal fəhlələrinə kömək etsinlər.Tikinti materialı o qədər tökülmüşdü ki,yığıb-yığışdırmaq üçün kollektivin bu qərarı elan olunanda Mirzə Əsgər adəti üzrə etirazını bildirdi:
-Əlbəttə ki,iməciliyə getmək məsələsində naxoşlar nəzərə alınmalıdır!

Bu söz Abasəlinin qulağına çatanda cin başına vurdu."Belə de xeyrə-şərə yaramaz adam olarmı"- deyə düşündü və üzünü hesabdarın otağına tutub ucadan dedi:

-Naxoş-maxoş bilmirəm.Kim getməsə,məsələsini ümumi iclasa qoyacağam!Mirzə Əsgər iyirmi ildi trestdə hesabdar vəzifəsində çalışırdı.

Bu iyirmi il müddətində bir gün olmayıb ki,o,başını qaldırıb desin."Bu gün kefim sazdır,yaxşıyam!" Onu həmişə səhhətdən şikayət edən,boyun-başını tutub ufuldayan görərsiniz.

Biri baş ağrısından danışanda Mirzə Əsgər şərik olardı:"Mənim başımın ağrısı kəsmir".Biri ürəkdən,bir başqası mədədən şikayətləndimi, Mirzə Əsgər qələmi yerə qoyar,çeşməyi çıxarar və deyərdi:

-Siz,deyəsən mənim naxoşluğumdan xəbər verirsiniz.O şeylər məndə artıqlaması ilə baş verir. Dərman atmaqdan yorulmuşam.Mirzə Əsgər həyatında çox ehtiyatlıdır.Yeməyinin, istirahətinin vaxtını keçirməz.Az qala özü yaşda bir stəkanı, galaylanmış qaşığı qəlyanaltı üçün ayırdığı xüsusi bir yeşiyi var.

O yeşikdən butulka ilə qaynanmış su,kəklikotu, aspirin,cürbəcür vitaminlər çıxar."Qrip" sözünü yazanda dəsmalla ağzını tutar,səhər-axşam
qoltuğuna termometr qoyub,hərarətini yoxlayar.

Bir dəfə tramvayda evinə gedəndə yanında oturan bir xanım şübhələndi.

-Yoldaş,-dedi,-sumkanızda toyuq var,nədi.
-Xeyr,sumkam boşdur,bazara getməmişəm.
-Bəs bu qurultu səsi nədir ki,mən eşidirəm.Mirzə Əsgər başa saldı:

-Qoltuğumda qrelka var.Ağrını kəsmək üçün məsləhət görüblər.Tramvay tərpənəndə zəhrimar yırğalanır.Suyun səsidir!

Axşamlar istirahət vaxtı adamlar kinoya, teatra, stadiona gedəndə Mirzə Əsgər çarpayısında uzanıb özünü yoxlayardı.Uzunmüddətli və ağır işdən sonra təmirə gəlmiş maşını usta necə yoxlayarsa,o da özünü eləcə diqqətlə yoxlayardı. Termometrdə bir şey görməyəndə,güzgü qabağına keçər,rənginə baxardı.

Qoluna,qıçına nəzər salar,ağzını açıb boğazına baxar,"a" səsi çıxarardı. Evdəkilərin hamısının başına toplanmasını,onunla maraqlanmasını çox sevərdi.Qapı,pəncərənin düşməni idi.İstidə, küləkdə,qarda,yağışda evdən çıxmaq istəməzdi.

Küçədə də kostyumunun boynunu qaldırar,belini əyər,divarların dibi ilə yeriyərdi.Çayı soyudub,suyu da qızdırıb içərdi.Vitamin yox idi ki,Mirzə Əsgər onun kimyəvi tərkibini bilməsin,dadını yoxlamasın. Onun getmədiyi yaylaq qalmamışdı.

Bağ qalmayıb ayaqlamasın,palata qalmayıb yatmasın,sanatoriya qalmayıb yaşamasın. Putyovkalar elə tez-tez yazılıb möhürlənərdi ki, deyərdin bu yumru,yağlı gövdəli,çeşməkli kişinin vücuduna,allah eləməsin,bir sədəmə toxunsa, dünya alt-üst olar.Həkimlər də onu tanımışdılar.

Diaqnoz qoymaqüçün çox əziyyət çəkirdilər.Daxili üzvlərin birini "şıltaqçı" yazar və soruşardılar.
-Gərək siz böyrəkdən şikayətli idiniz.
-Doktor,indi mədəm də,ürəyim də şıltaqlıq edir.
Mirzə Əsgər istədiyi kurortlara gedirsə,hamısından da narazı gələrdi.

"Necə şeydirsə, mənə düşmür-gün-gündən geri gedirəm"-deyə şikayətlənərdi.İndi Abasəli də üzünü tutub belə bir adama deyirdi:-Naxoş-maxoş bilmirəm.

Mirzə Əsgər bu dəfə məəttəl qalmışdı ki, getsin,ya getməsin.Güman edirdi ki,onu iməciliyə çağıranlar o qədər də nainsaf olmazlar.Onu taxta-şalban daşımağa qoymazlar.

Olsa-olsa ondan öz sənətindən istifadə edərlər. Orada da yazı-pozu,hesab-kitab var axı.Orada da görülən işin hesabını aparan lazımdır,ya yox!

"Məni ancaq bu məqsədlə apara bilərlər,ayrı cürə olmaz"-deyə düşündü.Hərdən Mirzə Əsgəri qəzəbli vahimə basırdı:" Həyasızdan nə desən çıxar! Qorxuram ümumi iclasa qoya,özü də lap pis danışa.Ona məndə tab hanı?Oradaca ürəyim gedər...

"Bir də görürdün ki,Mirzə Əsgər vücudunda qalan cəsarəti yığıb öz-özünə belə düşünür:
-Dəli şeytan deyir ki,gəl get! Qoy səni lap iməciliyə aparsınlar.Naxoş bədən də dözməsin,yıxılıb ölsün. Qanın tökülsün belələrinin Abasəli kimi vicdansızların üstünə.

Azı beş il həbs versinlər.Eybi yoxdur,mən qəbirdə yatanda o da getsin dustaqxanaların küncündə sürünsün!Dəli şeytan deyir ki,elə gəl get, qoy axır əncamı belə olsun!Səhər tezdən üstü örtülü avtobus gəlib evin qabağında dayandı.Abasəlinin səsi eşidildi:
-Sabahın xeyir,mirzə!Maşın sizi gözləyir!Avtobusun içindən deyib-gülmək səsi gəlirdi.Deyəsən adam çox idi-deyəsən camaatın hamısı gedirdi.

Mirzə Əsgər köynəkcək durub pəncərədən bir eşiyəbaxdı,şikayətli bir dillə arvadına dedi:
-Görürsən də!Bu da mənim istirahət günüm.
-Kefin yoxdur,getmə!
-Necə getməyim,görmürsən aləmi yığıb qapıya!

Bu vicdansızlığın hələ hamısını görmürsən,bunlar hamısı mənim üçün qurulub,getməsəm bəyəm canım rahat olacaq.Qəlyanaltısını,dərmanlarını, borjom butulkasını sumkaya yığınca,geyinib çıxınca bir xeyli vaxt çəkdi.Avtobusdan səs gəlirdi:
-Ay mirzə,tez ol,gün-günorta oldu ki!..

Mirzə Əsgərin əlindən yapışıb içəriyə saldılar. Avtobus sürətlə yoluna davam etdi.Mirzə Əsgər sağa-sola yırğalanaraq düşünürdü."Necə eləyim ki,uçot işini mənə versinlər!"Stansiya tikinti ləvazimatı yol boyu dağ kimi tökülmüşdü. İdarələrdən səfərbərliyə alınmış dörd tonluq maşınlar nəfəs almadan dolub şəhərə yollanırdılar.Abasəli trest işçilərini sahələrə paylaşdıranda,hərəyə bir iş tapşıranda Mirzə Əsgər sevinirdi.Görürdü ki,bunu çağıran,taxta daşımağa göndərən yoxdur.Deyəsən elə mənimki uçot olacaq"-deyə şadlanırdı.O,bu fıkirdə ikən Abasəli uzun bir dirəyin başından tutub çağırdı:
-Mirzə,bura gəl,yapış,ataq maşına!

Mirzə Əsgərin gözü bərələ qaldı."Onu götürməyə məndə can hanı"-deyə həyəcanla düşündü: Abasəli macal vermədi:
-Qolum düşdü, tez ol,ay mirzə!Mirzə Əsgər istər-istəməz dirəyi götürməli oldu.Beş addımlıqda dayanan maşına aparanacan bəlkə ürəyində yüz dəfə Abasəliyə söydü.

Dirəyi qoyandan sonra ona elə gəldi ki,bu saat yıxılıb özündən gedəcəkdir!Özünü yoxlamaq istəyirdi ki,Abasəlinin səsi eşidildi:
-Mirzə,tez ol,bizim maşın geri qalır,biabır olarıq, yaxın gəl!Mirzə Əsgər dirəyin ikincisini,üçüncüsünü də götürüb maşına tullamalı oldu.

Axşam yorğun,əzgin bir vəziyyətdə evə dönən kimi zarıldadı:
-Arvad,mənim yerimi sal!Məndən bir də adam olmaz! Baisin evi yıxılsın!Yatağa uzanan kimi onu şirin yuxu apardı.Arvad onun qoltuğuna termometr qoydu.Nəbzini yoxladı.

Bircə şeyə heyran idi ki,həmişə yuxuya həsrət olan, yuxusuzluqdan şikayətlənən adam,indi,deyəsən div yuxusuna getmişdir!

Neçə saatdan sonra Mirzə Əsgər yuxudan qalxdı, yemək stoluna yanaşıb tələb elədi:
-Arvad, mənə yemək ver,yaman acmışam!

Qadın kişisinin ömründə görmədiyi şirin bir iştahla xörək yediyini görüb sevindi.
-Ay Mirzə,-dedi,-ağır iş sənə düşüb,gəlsənə hesab-kitabı buraxıb,stansiyada iş götürəsən?
1954
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV