• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

Dan ulduzu səpiləndə...

  • Tarix: 18.02.2016, 00:52,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5393
Dan ulduzu səpiləndə... Dan ulduzu səpiləndə... Dan ulduzu səpiləndə...
İnsanlara inanmağı bacarmadığım halda birdəfəlik Allaha necə inana bilərəm axı.
Güveyis


Hekayə

- Sən bilirsənmi, mən hər ay işsiz qardaşıma 150-200 şirvan pul topalayıb göndərmək üçün hər gecə ərimin yatağında minbir hoqqadan çıxıram.

Asilə gözlərini bərəldərək baldızı Əminəyə ilk etirafını eləyirdi:

- Vallah bezmişəm, qardaşım da bivec olmasın, heç olmazsa fəhləlik də olsa özünə düzəməlli iş yeri axtarsın. O üzü qibləyə and olsun ki, indiki dövranda kişiləri çarpayıda doydurmaq olmur.

Əminə baldızı Asilənin dediklərinə diqqətlə qulaq asırdı, amma onun bir kəlmədə olsa dediklərindən baş aça bilmirdi:

- Ay Əminə bu kişilərə bircə gün yataqda üz vermədinsə, səhəri gün mütləq gedib məscid divarına siyən fahişələrə gözünü dikir. Qırılmışların haşaratı-huşaratı əzəldən ac olur.

Asilə bayaqdan elə hey danışsa da Əminə bircə kəlmə də olsa ona heç nə demirdi, eləcə ağzına su alıb onun qarşısında dimdik dayanmışdı:

- Ehhh bacı, bunlar kökü zay yerazlardır e, sümsüklüyə öyrəniblər. Bax fikir ver, guya diş həkimidir, sən canı onun lijiminə bax, zibil qutusunda eşələnən küçə itinə oxşayır.


Əminənin də ona deyəcəkləri olacaqdı. Amma heyf ki, Asilə ard-arda qurduğu cümlələr ucbatından ona bu şəraiti yaratmırdı. Əminə də məcburi onun sözünü gözlənilmədən kəsdi. Və o, bunun kobud hərəkət olduğunu anlayaraq, sağ əliylə öz ağzına “SUS” işarəsi vurdu, sol əliylə də baldızı Asilənin əllərini ovuclarına almaq istəyirdi. Ancaq Əminənin bu cəhdi baş tutmadı. O məcbur olaraq bayaq ağzına toxundurduğu əli geriyə çəkdi, bundan sonra baldız hər iki əliylə baldızının əllərini ovuclarına almaq üçün ilk addımını atdı. Asilənin əlləri axırki Əminənin ovcuna pənah gətirmişdi.

- Asilə...!

Əminə bayaqdan önündə dayanmış baldızının adını asta tonla səslədi. Elə bil ki, vicdani “Çağırış” idi, bu.

- Vallah, nə eləyim... Gücüm çatan qədər...!

- Asilə aram-aram qəlbinə gələn kəlmələri sanki Əminənin üzünə güllə təki şaxıyırdı:

- Əminə, mən çöl qəhbəsi deyiləm, ərimin arvadıyam.

Bu sözlərdən sonra güllə kimi şaxıyan sözlər həqiqətən ağızlarda dili qurudurdu:

- Bilirəm, səni çox gözəl başa düşürəm, amma sən də məni anla.

Əminənin gözləri ağlamağa hazırlaşırdı ki, Asilənin qəmlənmiş köksü demə buna əvvəlcədən hazır imiş. İkisi də bu vaxt susmuşdu, bütün deyiləcək sözlərin ömrü bura qədər imiş. O an qucaqlaşmaqdan başqa çarə qalmamışdı. Hönkürtü ilə ağlamaq lazım idi, belə yerdə. Qadınların köks ötürməyindən, ağlamağından, sidqi-ürəkdən ahu-nalə çəkməyindən həmişə kişilər qorxmalıdır. Çünki qadınların qəm-qüssəsi axirətin faciəli şəkildə gəlişindən xəbər verir. Ümumiyyətlə, kişilər qadınlardan ehtiyat etməli deyil, onlardan birdəfəlik qorxmalıdır.

***
Gecənin zülmətində saatın əqrəbləri üçlə dörd arasında savaşmağa başlamışdı. Güveyis çarpayıda elə uzanmışdı ki, onun sol tərəfi birbaşa boş divara sarı istiqamətlənmişdi. Gözləri üzbəüz divarın solğun rənginə tuşlanmışdı. O, bayaqdan yuxuya getməmişdi. Gözləri açıq vəziyyətdə idi. Şəklənmiş halda olan qulaqları isə bayaqdan bibisinin anasına dediklərinə misafirlik eləyirdi. Bibisinin anasına söylədiklərindən sonra Güveysin gözlərinin üzərindəki kipriklər necə biri-birinə qovuşa bilərdi axı. Sadəcə aralıqda qalmış göz yaşları təbii fəlakət qismində sel kimi axa bilərdi. O da ki baş vermişdi. Güveyis yerindən tərpənməyə çəkinirdi. Fikirləşirdi ki, əgər o uzandığı yerdən qıpırdayarsa, onda otaqdakı anası ilə bibisi onun oyaq olduğunun fərqinə varacaqdı və bununla da onların bugünlük qadınsayağı söhbətləri sona çatacaqdı. Güveyisin isə yeni həqiqətlər eşitməyə imkanı olmayacaqdı. Alçaldıcı həqiqətlər və acıverici gerçəklər hər zaman anaların ürəyində əbədi məskən sala bilir, lakin övladlar bunu ürəklərində deyil, əskinə gicgahlarına bəla eləyir.
On dörd yaşına yenicə qədəm qoymuş Güveyisin də gicgahı təəssüf ki bunlarla oyalanırdı.

***
Güveyis özünü yuxuluğa vurub arada çarpayıda sağ tərəfinə sarı dönmüşdü. Biləklərinə gizlədiyi gözlərini yavaşca açıb önündəki doğmalarını gizlincə izləyirdi. Qaranlığın kiçicik işartısından sezmək olurdu ki, Güveyisə bir neçə günlük borc naminə təhvil verilmiş çarpayı tərəfdən onun anasının əvəzinə bibisi yataqda üzüyuxarı uzanıqlı haldadır. Bibisi ayağının sol tayını dikvari büküb sağ tayını da tam uzatmış vəziyyətdə ikinəfərlik yatağa sərələnmişdi. Bayırdan otağın içərisinə bilinməyən istiqamətdən gücbəla ilə soxulmağa vurnuxan işıq şüası Güveyisin bibisinin təzəcə qırxılmış baldırına döşəyirdi. Qaldı ki, Güveyisin anasına. Zatən anaların uzanıqlı ayaqları hər zaman baş daşı oğurlanmış qəbirləri xatırladır:

- Yüz dəfə bu mürtəd oğluna deyirəm ki, ay kişi, gecə yanımda yatanda dalından gupbagup yel buraxma. Qarnın ağrayır, get tualetə, həm də ki tualet evin içindədir. Kimə deyirsən. Elə bil ki, o boyda sözü yarım əsrlik ağac kötüyünə deyirsən. Pinti yeraz köpəkoğlu.
Asilə Əminəyə bunları gileyli halda ağzını büzərək danışırdı.

Əminə isə susmuşdu. Deyəsən onu çoxdan yuxu aparmışdı. Çünki səsi gəlmirdi:

- Yetimçənin uşaqları da özünə oxşayıb. Biraz mənə canı yanan varsa o da balaca qızımdır. Ülfət!

- Boş ağıza danışma ay Asilə, onsuz bütün kişilər elədir. Yenə sənin ərin bunları gecə yatanda eləyir.Qardaşın isə bunları uşaqların qulağı eşidə-eşidə eləyir.

Əminə yarı yuxulu halda dodaqlarını tərpədərək danışırdı.

***
Güveyis valideynləri ilə birgə qonaq olduqları mənzildə ilk səhərlərini Asilənin əri ilə davası üzərinə açdılar. Deyəsən beş-on dəqiqə əvvəl ailədaxilində nəsə baş vermişdi. Söz-söhbətin qızğın yerində Asilənin əri Hətəm Xəttab evdəki qonaqların gözü önündə arvadına nalayiq söyüşlər söyüb, üstəlik qapını da onun üzünə çırpıb işinin-gücünün dalınca getmişdi. Üzünə qapı çırpılmış qadınların həmin andakı üz cizgiləri həyatda heç nə ilə müqayisə oluna bilməzdi. Həmin anda payız fəslində qəfil yağan yağış damcıları saçı uzun suray xanımların telini islatsaydı, onda bu sözlərin iti xəncər kimi ürəklərə sancıldığının fərqinə varmaq olardı. Belə vəziyyətdə Asiləni daha yaxşı başa düşmək olurdu. Cümlələrin bəndlər şəklində yanyana düzülməsi bu izdirablı yolların başlıca xilaskarı sayıla bilərdi. Çətin də olsa dilucu geridə qalan günlərə dırnaq içərisinə alınmış Əlvida kəlməsini bağışlamaq olmurdu. Əl-vi-da...

***

biçarə qadın, üzülmə
üzünə qapını çırpıb gedən ərin təkcə səni tərk etmir...
o, səninlə bərabər qapı kandarındakı süpürgəni tərk edir...
o, həmin vaxt qapının dəstəyini;
... sobanın üstündəki isti yemək qazanını;
... nəhayət
... o, ikinəfərlik çarpayıda öz yerini tərk edib gedir ...
... bilirsiniz, nə var?!
kişilər qadınları tərk edib gedəndə;
ümumiyyətlə
hər şeylərini qadınlara kirayə verib gedir...

ardı var...скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV