• 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 

Şair qəlbindən süzülən büllur kimi misralar

  • Tarix: 22.08.2017, 19:00,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5189
Şair qəlbindən süzülən büllur kimi misralar Şair qəlbindən süzülən büllur kimi misralar
Ötən yüzillikdə formalaşan Tovuz ədəbi mühiti özündən əvvəlki əsrlərdən fərqli olaraq bölgə ədəbiyyatının yaranmasında dərin izlər buraxmış və ölkə ədəbiyyatının zənginləşməsinə öz töhfələrini verib. İftixarla qeyd edə bilərik ki, bölgə ədəbiyyatı ötən əsrin ədəbi mühitindən ilkin rüşeymlərini götürərək inkişaf yoluna qədəm qoyub.

Arxada qoyduğumuz əsrdə özünün ilk dahilərini yetirən Tovuz ədəbi mühiti intibah dövrünü yaşayıb. Bu intibahda nəzm əsərlərinin nəsr əsərlərini üstələdiyinin şahidi oluruq. Şübhəsiz ki, Tovuz ədəbi mühitində nəzm əsərlərinin çoxluğu aşıq mühiti ilə qırılmaz tellərlə bağlıdır.

Sözün qüdrətindən bəhrələnmək böyüklük əlamətidir. Buna elmdə yüksək mənsəb sahibi olanlar yiyələnir. Sözə sığal çəkən, onu mənalandıran və qəlblərdə yaşadan şairlər heç də alimlərdən geri qalmırlar.

Şair qəlbindən süzülən büllur kimi misralar insan qəlbində məskən salır. Biz xoşbəxt xalqıq ki, şairlərimiz çoxdur. Bu yazımızda ömrünü ədəbiyyat elminin tədrisinə həsr edən pedaqoq-şair Əbüfət İslamın yaradıcılığından söhbət açacayıq.

Əbülfət İslam (Mahmudov Əbülfət Məhəmməd oğlu) 20 oktyabr 1950-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Əbülfət İslam V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına ADPU) Dil-ədəbiyyat fakültəsini bitirib. Şair “Dağlar nə qəribədir?”, “Bulaqlar”, “Bahar lövhələri”, “Yağışlar”, “Gələnlər hamısı əmilərimdir”, “Sumqayıt”, “Gül düzəldəydin”, “İki sevgi”, “Müdirin giley-güzarı”, “Bax, belə çalarlar “Yanıq Kərəmi”, “Torpaq bizə necə “Övladım"-desin” kimi əsərlərin müəllifidir. Əbülfət İslam Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şair olasan məhəbbətdən yazmayasan. Əbülfət müəllimin şeirlərində məhəbbət alovu, sevginin ülviliyi, aliliyi poeziya həvəskarlarını valeh edir. Şairin yaradıcılığında məhəbbət mövzusu xüsusi əhəmiyyətə malikdir. İndi isə Əbülfət İslamın bir neçə məhəbbət mövzusunda yazdığı şeirlərinə diqqət yetirək:

Mən canımı bir atəşə yaxıram,
Tüstüsü ləzzətdi, odu gözəldi.
O atəşlə bir dünyaya düşmüşəm,
Suları şərbətdi, badı gözəldi.

Eşqsiz aləm qara donlu cəhalətdir,
Məhəbbətsiz keçən ömür səfalətdir,
Sevgi yoxsa, dünya üçün fəlakətdir,
Eşqin ilə qoy alışsın, yansın canım,
Tək məhəbbət, sevgi olsun həyəcanım.

Əbülfət İslam yaradıcılığında uca Allaha müraciətlə başlayan şeirlər müfəssəl qeyd edilib.

Şairin “Çəkir” şeirində uca Allaha müraciətlə başladığı bənd diqqətdən kənarda qalmır. Ümumiyyətlə, həmin şeirin özü aktual məslələri əhatə edir.

Həmin bənddə şair yazır:

Sənə fəda olum, Qadiri-Sübhan,
Yaratdığın bəndə məşəqqət çəkir.
Mən desəm, bəlkə də söz aciz qalar,
Özünə əyandır nə zillət çəkir.

Şair, bəzən yaşadığı ömrün acılı həqiqətlərini gizlətməyərək öz yaradıcılığında vurğulayır. Əsl şairlərə məxsus alova giriftar olan Əbülfət İslamın aşağıdakı şeirinə diqqət yetirək:

Ürəyimdə bəslədiyim istəyim,
Tumurcuqda solacaqmış, sən demə.
Pənahlanıb inandığım əllərim,
Öz saçımı yolacaqmış, sən demə.

Qəm-kədər yeməkdən üzüldü İslam,
Fikir girdabında süzüldü İslam,
Tənələr altında əzildi İslam,
Hamının dərdini Əbülfət çəkir.

Hər addımda dada yetən Əbülfət,
Könüllərdə gül tək bitən Əbülfət,
Məclislərdə dil-dil ötən Əbülfət,
Xəyallara dalacaqmış, sən demə.

“Bahar gəlir” şeiri ilə təbiəti gözəl təsvir edən şairin yaradıcılığında təbiət şeirləri də oxucular tərəfindən rəğbətlə qarşılanır.

Hərdən duman gəlir, gah da gün çıxır,
Yenə dağ çayında bulanır sular.
Buludlar sıxlaşır, ildırım çaxır,
Yazdır, sərin-sərin yağır yağışlar.

Öz yaşıl donunu geyir təbiət,
Çəməndə arılar öpür gülləri.
Hər yana əl sürtür ulu bir Xilqət,
Bahar salamlayır bizim elləri.

Çığırlar kolların dibindən keçir,
Burda bənövşənin gözaltısı var.
Cüyürlər bulağın gözündən içir,
Tüfəngi aşağı salır ovçular.

Oylağa çıxıblar yaz quzuları,
Qayalar qaytarır tütək səsini.
Dinir gözəllərin ilk arzuları,
Oxuyur bir eşqin təranəsini.

Keçən yüzilliyin birinci yarısında əsası qoyulmuş H.Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin özünəməxsus tarixi və inkişaf yolu vardır.

Bu birlikdə tanınmış şairlər yetişmiş və ədəbiyyatımızın inkişafında yaxından iştirak etmişlər. Əbülfət müəllim də bu birliyin üzvü olub. Bu münasibətlə yazdığı “Varislər” şeiri seviləndir.

Haqqın sığalı var saçlarımızda,
Şeiriyyətə məhəbbətdi “Varislər”.
Təsadüfi şair yox aramızda,
İlahi bir şeiriyyətdi “Varislər”.

Araşdırsan yetmiş ildi əsası,
Bozalqanlı Hüseyn olub binası,
Yol göstərir Cavadoğlu İsası,
Hər bir üzvü bir hikmətdi “Varislər”.

Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Şairlərə ilahidən bir qüvvə verilir. Hər insan şair ola bilməz. Şairlər yazdıqca yaradırlar.

Poeziya insanı, təbiəti, ilahi varlığı, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Bu sevgi hardan qaynaqlanır? Poeziya öz qüdrətini torpaqdan, qandanmı alır? Bu suallar hələ də mübahisə obyektidir.

Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətri, dağların uca zirvələri və s. kimi duyğular insanı yazmağa səsləyir.

Başında qartallar uçan, bulaqları qaynayan, buludlara söykənən uca zirvəli Tovuz mahalı bədii aləmdə öz yeri ilə seçilir. Bu bulaqdan su içən, güllərini qoxuyan, dağlarında gəzən insanlar necə söz qoşmasın?

Bu gözəlliklərə heyran olan Əbülfət İslamın vaxtsız ölümü şairi tez aramızdan apardı. 2016-cı il avqustun 25-də dünyasını dəyişən şair cismi olaraq aramızdan ayrıldı. Amma onun şeirləri bizimlə yaşayır. Ruhu bizimlədir. Zəngin irsə sahib olan Əbülfət müəllim, zəngin də xəzinə qoydu. Bu xəzinə kitabı və şeirləri oldu.

Mahmud Əyyub


Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV