• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

Nigar Arif:"Allah sevgidir və sevgi hər yerdədir"

  • Tarix: 28.08.2017, 23:36,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5351
Nigar Arif:"Allah sevgidir və sevgi hər yerdədir" Nigar Arif:"Allah sevgidir və sevgi hər yerdədir"
Zaman irəliyə doğru can atırsa,demək ,əslində durmağ ölümə bərabər . Biz də durmuruq yerimizdə."Tanıyıb tanıdaq"ın növbəti qonağı Nigar Arifdir.

-Sizi necə tanıyaq ?

-Şair,müəllim.Əslində bir çoxları gələcəkdə bəstəkar olacağımı düşünürdülər. Çünki, musiqi təhsili aldığım illərdə(forte-piano üzrə) həm də mahnılar bəstələyərdim. Lakin, uzun müddətdir ki, bununla məşğul olmuram. Bir qisim insanlar isə rəssam və ya modelyer olacağımı düşünürdülər, çünki hobbi də olsa, çəkdiyim rəsmlər həmişə diqqətləri cəlb edirdi.Lakin, məşğul olacağım sahə kimi xarici dil müəllimliyini (uşaqlıq arzumu) seçdim.Hələ ki, müəllim və şair olaraq fəaliyyət göstərirəm,üçüncünü yəqin ki, zaman deyər...

-Sevgi varmı?

-Bəli,sevgi var və o, hər yerdədir. Çox sevdiyim xarici müğənni-Imanynin "Slow down"mahnısında deyilir: " God is love and love is all around"(Allah sevgidir və sevgi hər yerdədir) Məncə həyatın təməli sevgi üzərində qurulub,sevgisiz həyat ola bilməz...

-Hər şey var,heç nə yoxdu deyən Nigar nəyin olub,nəyin olmamasını arzu edir ki ?

-İnsanın çata bilmədiyi hər şey onun xəyallarındadır.Yaxın olduğu qədər uzaq,uzaq olduğu qədər yaxın xəyallar həm mümkün görünür,həm də qeyri-mümkün...

İnsan ömrünü başa vuranadək bütün xəyallarını gercəkləşdirməyə çalışır,sonda isə nail olduğu və ola bilmədiyi hər şeylə birgə heçə çevrilib bu dünyayla vidalaşır...

Məncə,həmin anda o,belə düşünür: "Hərşey var,heçnə yoxdur".. Mən hər kəsin xəyallarda deyil,məhz həyatda "Hərşey"adlandırdığı o xoşbəxtliyə çatmasını arzu edərdim.

-Bəzi gənc şairlərin şeir barədə bir deyimi var: ''Şeirlə qız tutmaq olur''.Mənə maraqlıdı Nigar Arifi öz şeiri ilə tutmaq istəyən olubmu?

-Bəli,olub.Hətta "Qadınlar qulaqları ilə sevir,sən isə ağılla sevirsən, deyəsən.Bu qədər şeir yazdım bir xeyiri olmadı" kimi ifadələr deyənlər də olub. Məncə, bu şairin faciəsidi,ədəbiyyat sadəcə hardansa belə hallara baxıb gülür...

-Sevgidə uduzan qadına sevgidən doğulmayan körpənin onun ayaqları altına gətirdiyi cənnət təsəlli kimi nə qədər keçərlidir?

-Körpəni qaranlıq gecənin sonunda doğan günəş kimi düşünün.Yeni bir sabah açılır və qaranlığı işıq əvəz edir... Uduzan qadının qəlbi ana sevgisi ilə dolur... Bundan böyük təsəlli daha nə olsun?

-Nigar xanım, əgər sizə oxuduğunuz və oxumağı tövsiyə etdiyiniz üç müasirinizin adını çək desəm çəkərsiniz, yoxsa yetim, məni qana salma deyib susarsız ?

-Ad çəkməyəcəm,amma kifayət qədər yaxşı hesab etdiyim yazarlarımız var...(bəzən danışmaqla susmağın fərqi olmur )

-Hər şairin bir '' O''- su var.Siz onunla necə yola gedirsiniz?

-Sizin "o"hesab etdiyiniz,elə mənim özüməm, özümlə isə yaxşı yola gedirəm ) Şeirlərimi oxuyan hərkəs sevgidən dəli-divanə olduğumu düşünür)) Əslində isə qələmə aldığlarım sadəcə obrazlardı.. Mən başqalarının duyğularını özüm kimi yaşamağı yaxşı bacarıram. Hər hansı bir filmdən və ya gördüyüm bir hadisədən təsirlənib yaza bilirəm. Bəzən bir hadisəni ikinci dəfə eşidərkən, özümün də orada iştirak edib-etmədiyim barədə uzun müddət fikrimdə götür-qoy etməli oluram,çünki ilk dəfə bu hadisə danışılarkən xəyalımda elə canlandırmış oluram ki,sonradan orada iştirak etmədiyimə şübhə duyuram.

-Rüstəm Kamal deyir :Azərbaycan ədəbiyyatı hələ öz dahi yazar qadınını yetişdirməyib.Onun bu sözü qabağında nə deyə bilərsiniz.

-Hər şeyin bir ilki olur. İlklərə imza atmağı sevirəm, niyə də olmayım? Mən bacararam!

-İndi şeir yazıb şairəm iddiası ilə kitab buraxmağın modda olduğu bir anda ədəbiyyatda bir senzura olmalıdır düşüncəsinə gəldinizmi.Ədəbiyyatda azadlığın sərhədləri harda bitməlidir və sərhədləri oxucu zövqü, yoxsa ədəbi qanunlar tənzimləməli?

-Sərhədi zövqlər deyil,qanunlar müəyyən edir. Məncə, ədəbiyyatda da bu belədir..

-Şeir yazmaqla nəyi dəyişmək olar?

-Məncə,bu sual oxuculara verilsə daha yaxşı olardı,amma madam ki, məndən soruşursunuz özümün oxucusu olaraq belə cavab verə bilərəm:Mənim şeirləri ilə şeir kimi olmaq olar..

-Kino,musiqi zövqünüz barədə bilmək istəyirəm.

-Elmi-fantastik filmlərə üstünlük verirəm,lakin komediya,romantik,qorxu filmlərini də sevirəm.. Gözəl,ruhu oxşayan hər növ musiqidən zövq ala bilirəm,fərqli janrda mahnılara qulaq asıram,rok musiqisini çıxmaq şərtilə.Bəli,bəzən təsirlənib şeir yazdığım hallar da olur..

-Azadlıq nədir?

-Məncə şairin şair kimi formalaşmasında ətraf mühitin rolu böyükdür. Ədəbi mühitdə inkişaf daha sürətli baş verir.

-Yaxşı şairin reklama,tanıdılmağa ehtiyacı varmı?

-İstedadı olan hərkəsin reklama ehtiyacı var.Əks təqdirdə o qədər istedadli ,lakin tanımadığımız insanlar var ki... Yeməyi yemədən dadını necə bilə bilərsiz? Gərək o yemək sizə təqdim olunsun ki,siz də dadına baxasız...

-Yaddan çıxartdığım,amma sizin danışmaq istədiyiniz hansısa mövzu qaldımı və mənə verə biləcəyiniz sual ?

-Sonda təşəkkür edirəm,maraqlı söhbət idi) Sualım: Yetim Qacar niyə özünə məhz bu təxəllüsü seçib?)

Biz də layihə olaraq, qonağımız olduğunuz üçün sizə təşəkkür edirik.Sualın cavabı olaraq bildirim ki, Yetim sevgidən yetim qaldığıma görədir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV