• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

AY BELƏ DÜNYA...

  • Tarix: 13.09.2017, 23:00,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5215
AY BELƏ DÜNYA... AY BELƏ DÜNYA...
AY BELƏ DÜNYA

Əzəl gündən tərs qoyulub təməlin,
Bilmək olmur kim ağıllın,kim dəlin,
Baş-ayaqdır sözün ilə əməlin,
Üzün qara olsun,ay belə dünya..

Nurumuzu oğurlayıb yarasa,
Aparıb gizlədib,qoyub harasa.
Ev içində ata üzü qarasa,
Üzün qara olsun,ay belə dünya.

Düşməni dost saydın,dostunu düşmən,
Yurdsevərlər yad ellərdə sərgərdən,
Doğmaya ögeysən,yadlara vətən
Üzün qara olsun,ay belə dünya.

Açılan sabaha gümanımız yox,
Atımız ac qalıb,samanımız yox,
Bu namərd zamandan amanımız yox
Üzün qara olsun,ay belə dünya.

Dədə yox,hər hökmü gədələr verir,
Baş yatıb,qərarı mədələr verir,
Bu günüm sabaha hədələr verir
Üzün qara olsun,ay belə dünya.

Vayımız toydadır,toyumuz vayda,
Bir qarın çörəkçün hayda-harayda.
Məcnun Urisetdə,Leyli Dubayda
Üzün qara olsun,ay belə dünya.

Nə qədər ömürlər dondu ayazda,
Qış rüzgarı əsir baharda,yazda.
Səni söyüb getdi Məmməd Araz da
Üzün qara olsun,ay belə dünya.

Vaqif Qüdrət
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV