Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib

25-09-2018, 00:44 | 792 dəfə baxılıb.

Sentyabr ayının 15-də Bakı şəhərində şair Şükür Mürsəloğlunun yeni işıq üzü görmüş “Qar kölgəsi” adlı şeirlər kitabının təqdimat mərasimini keçirilmişdir. Təqdimat mərasiminə şairin yaxın dostları, ədəbiyyat və media nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə Laçın rayonundan olan tanınmış ziyalı Qəzənfər Hüseynov açaraq qonaqları salamlamış, tədbir iştirakçılarına kitab haqqında məlumat vermişdir. Qəzənfər Hüseynov şairin yaradıcılığı haqqında danışmış, kitabının təqdimatı münasibətilə onu təbrik etmiş və yaradıcılıq uğurları arzulamışdır. Sonra sözü tədbiri aparmaq üçün tanınmış şair İlham Qəhrəmana vermişdir.

Kitaba həm redaktorluq edən, həm də "Düşmədi havası bizə dünyanın" adlı ön söz yazan İlham Qəhrəmanın çıxış edərək bildirib: "Şükür Mürsəloğlu uzun illər boyu poeziyanın sehrli aləmiylə baş-başa, nəfəs-nəfəsə olsa da dağlardakı gözü açılmamış bulaq kimi qalmış, şeirlərini ortalığa çıxarmamışdır. Amma xalqımızın belə bir zərb-məsəli də var- "Cidanı çuvalda çox gizlətmək olmaz" necə ki, Şükür də gizlədə bilmədi. Bunu da qeyd etmək lazımdır ki, Şükür Mürsəloğlu həmişə ölkədəki ədəbi mühiti davamlı olaraq izləmiş, özünü o mühitin içində hiss etmişdir. Şeirlərinin birində dediyi kimi-
Keçdi aclığım, keçdi,
Bir az şeir oxuyub toxtadım.

O həmişə şeirə aclıq hiss etmiş və şeir oxuyub aclığını öldürmüşdür (toxtamışdır). Laçın şəhərində çox az adam tapılar ki, Şükürün şeir yazdığını, onun şair olduğunun bilməsin. Belə hesab edirəm ki, bu kitabın işıq üzü görməsi-yuxarıdakı fikrimə qayıtsam, bulağın gözünün açılması, onu tanıyanlara bir ərmağan olacaq. Bəri başdan fürsətdən istifadə edib, həm müəllifi, həm də bu kitabın oxucularını təbrik edirəm."

Həmçinin tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Ayaz Arabaçı şairin ədəbi fəaliyyətindən danışıb. Şükür Mürsəloğlunun ədəbiyyata, poeziyaya ruhən bağlı olduğunu deyən Ayaz Arabaçı bildirib: “Şükür Mürsəloğlunun ilk kitabını səmimi qəlbdən alqışlayıram. Şairin nə qədər şeiri olsa da, onun kitabının nəşr olunması başqa sevincli duyğudur. Mən də bu duyğudan daddığım üçün, sizin hansı hislər keçirdiyinizi yaxşı bilirəm. Çox şadam ki, bu gün "Qar Kölgəsi" kitabının təqdimat mərasimində mən də iştirak edirəm, qələminə qüvvət. Axarıncı olsun. Bir daha sizi alqışlayıram."

Tədbirdə çıxış edən Arif Gürşadoğlu, Gülşən Sadıqova, Arzu Nehrəmli, Elşad Barat, Həsən Naibov, Arif Zeynalov, Gülnisə Cabbarova, Cəmilə İbrahimova, Nizami Rza, Zəki Bayram və başqaları şairin yaradıcılıq nümunələrindən söhbət açıblar. Bildirilib ki, Şükür Mürsəloğlunun qələmindən çıxan şeirlərdə milli təəssübkeşlik, Qarabağ müharibəsinin ağrıları, vətənpərvərlik mövzusu ana xətt kimi keçir. Tanrı ona duyğu və düşüncələrini poetik dillə ifadə etmək, Vətən həsrətini və qəlbinin bütün ağrı-acılarını şeirə çevirmək istedadı verib.

Tədbir Şükür Mürsəloğlunun çıxışı ilə yekunlaşıb: “Əvvəla çox şad oldum ki, bu gün söz sənətinin görkəmli nümayəndələri, həm yerlilərim, dərin poetik düşüncələrə malik olan şəxsiyyətlər "Qar Kölgəsi" kitabımın təqdimat mərasimində iştirak etdilər. Bu çox sevindirici haldır. Poeziyaya bağlılıq məndə uşaqlıq çağlarımdan meydana gəlib. Lakin dərc olunmağı sevmədiyim üçün 55 illik ömür həyatımda ilk kitabım bu yaxınlarda nəşr olundu. Bunun da səbəbkarları dostlar, sizlər oldunuz. Sizin yüksək şeir duyumunuz, təkidləriniz məni kitab çap etdirməyə vadar etdi. Onu da qeyd etmək istəyirəm ki, vətənimizin müxtəlif rayonlarında, xaricdə yaşayan həmyerlilərimiz, dostlarımız, tədbirdə iştirak edə bilmədilər. Amma onların qəlbləri bu gün bizimlədir. Onlara və sizlərə dərin minnətdarlığımı bildirir, bu işdə əməyi keçən hər bir kəsə təşəkkür edirəm! Çox sağolun!”

Mən də Şükür Mürsəloğlunu şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayıram!

Laçın xəyalın gerçək olsun!...

Ramil Cəbrayıl


Analoq.az

Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilibскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Manşet

Müəllif "Vətən adlı dərdimə bax"ı təqdim etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

"Bayıldan bayıra" təqdim olunub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

BMM-də Azər Hacıbəylinin "Vətən daşı" adlı poemalar kitabının təqdimatı baş tutdu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının