Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Kim bilir bu sirri , kim bilir, Allah?-Şeirlər

9-10-2018, 14:35 | 1862 dəfə baxılıb.

Analoq.az Fərid Muradzadənin (Zülfüqar Gileyli) şeirlərini təqdim edir:

Haray

Kim çəkəcək bu yükü,
İl min beş yüz on iki.
İsti meh tərpədirdi ,
Əyri-üyrü yolların,
Tozunu, torpağını,
Az sonra başlayacaq ,
Burda qardaş qırğını....
Səriləcək torpağa ,
Cəsədlər didik-didik .
İnsan qanından bura ,
Çəkiləcək bir örtük.
Haray çatacaq hara?
Bu olacaq bir yara .
Ölən, öldürən də türk.
Qopacaq neçə ,,ah,,lar,
Axı kimdir günahkar.
Düşmənin hiyləsinə,
Vatikan fitnəsinə,
Uymuşdur şahənşahlar.
İki qardaş üz-üzə,
Çıxmışdır qanlar dizə.
İlahi, bu nə idi?
Sanki qəzəbli idi,
Kainat da həmin gün.
Çox istiydi havalar,
Sevinirdi papalar.
Qırırdı bir-birini,
İki qardaş və dindaş....
Allahu əkbər deyə ,
Çığırırdı insanlar .
Qana susamışdılar ,
,,Humanist" müsəlmanlar.
Bu ,,Çaldıran düzündə,,
Tərəflərin gözündə,
Məzhəb davası idi,
Üz-üzə durduqları ,
,,Şeytan balası"idi
Sanki, kim çox öldürsə,
,, kafir,, qanını töksə.
Cənnətə gedəcəkdi ,
Hurilər gələcəkdi,
Onları sevəcəkdi,
Mükafat verəcəkdi -
,,Əməllərinə" görə....
Şeytan Roma papası,
Hiylələrin ustası.
Uzaqgörən qoca qurd,
Nəmrudun oğlu Nəmrud.
Məktub yazdı hər yerə,
,,Allahın lütfi,,deyə.
Xəbər daşıyırdılar,
Yer altından ,,siçanlar"
İttifaq qurmuşdular,
Bütün xristianlar.
Birinə top satdılar ,
Birini aldatdılar,
Bir-birinə saldılar,
İki cahan fatehin.
Dəyişdilər talehin,
Dəyişdilər qismətin,
Çox mürəkkəb, çox çətin
Bir oyun oynadılar,
Bizim şah babalara .
Əfşar,Şamlı,Ustaclı
Qeysəriyyə, Sivaslı.
Sünni- şiə deyərək
Bir-birini didirdi,
Günəş qürub edirdi.
Torpağın üzərində -
Ölən insanlar kimi.
Amma bunun fərqi var
Bir-birin qıran ,,dindar "
Günəş sabah doğacaq ,
Torpaq nurla dolacaq.
Amma burda ölənlər
Ruhu candan gedənlər
Bir -birini didənlər
Qanlarını içənlər.
Sabah gömüləcəklər,
Geri dönməyəcəklər.
Şahların,sultanların,
Bağışlanmaz səhvləri,
Yüzillərlə yurdumu
Eylədi dava yeri.
Nə qazandız, babalar?
Sizlərin üzərində,
Neçə günah ,vəbal var.
Qəzəbli aslanlar tək,
Diddiz bir-birinizi,
Sonra tamam yorulub
Siz taqətdən düşdünüz.
Tarixin səhnəsindən,
Aram-aram getdiniz.
Düşdüz nə haldan -hala,
Meydan qaldı çaqqala.
Sizin yoxluğunuzdan,
Belə boşluğunuzdan,
İstifadə etdilər,
Arzulara yetdilər.
Sizi sizlə vurdular,
Başın qaldıranları
Yerindəcə  boğdular.
Siz kimlərə inandız,
Nəfsinizə qul olduz.
Düzəlmədik heç zaman,
Yara sağaldar zaman?
Cəhd etmədik birləşək ,
Azad olaq, hürrləşək.
Özümüz cəhd etməsək
Kim verəcəkdir izin,
Şanlı tariximizin ,
Yazıldığı vərəqlər ,
Arxiv otaqlarında ,
Künc-bucaqlarında,
Artıq bağlayıbdır kif.
Biz bütün olanlara ,
Yersiz axan qanlara,
Dedik sadəcə təəssüf.
Daha mən istəmirəm
Belə sözlər eşidəm.
Bir olsaq düşmən hürkər,
Sözüm sizədir türklər.
Türkçülüyün yoluna
Böyük Turan uğruna
Mətin duraq , dirəşək
Bütöv olaq birləşək!

****

Başqa nə qaldi ki

Sənlə keçirilmiş ömür özü suç,
Yox, edə bilməzsən ürəyimə güc,
Varlığın bir yoxluq, yoxluğun bir heç,
Başqa nə qaldı ki , geriyə səndən.

De, nə sağaldar ki həsrət dağını,
Tək sənə açmışdım könül bağını,
Bir ovuc kağızdan külün yığını,
Başqa nə qaldı ki geriyə səndən.

Ötdü neçə illər, neçə fəsillər,
Saraldı bağçada çiçəklər, güllər,
Rəngini itirmiş,solmuş şəkillər ,
Başqa nə qaldı ki geriyə səndən.

Eşqin ilk nəşəsi son xatirəsi,
Ey qəm xalısında kədər ilməsi,
Ürəkdə çalınan həsrət nəğməsi,
Başqa nə qaldı ki geriyə səndən.

Bir de olacaqmı qədrini bilən,
Axan göz yaşını bir dəfə silən,
Mənə səndən qaldı sənin faciən ,
Başqa nə qaldı ki geriyə səndən.

****

Bənövşə

Seyrinə dayandım, durdum bu sabah,
Sən kol dibində də gözəlzən vallah,
Qəlbimi dağlama, sıxma, sən allah,
Elə məlul-məlul durma , bənövşə,
Nə olar boynunu burma bənövşə.

Allah zərrələrdən aləm yaratdı,
Nə gözəl, bizləri həmdəm yaratdı,
İntizar sonunda dərd-qəm yaratdı,
İntizar səbəbin sorma, bənövşə,
Nə olar boynunu burma bənövşə.

Çox acı çəkmisən, bağrın göynəyib?
Neyçün bükülmüsən, qaməti əyib,
Hər kəsdən utanıb , həya eyləyib,
Başını köksünə vurma bənövşə,
Nə olar boynunu burma bənövşə.

İstədim əl atam dərəm mən səni,
İnlədi qəlbimin ən həssas simi,
Söylədi cismimin adil hakimi,
Əlini çək geri, qırma bənövşə!
Nə olar boynunu burma bənövşə.

****

Yağış

Yağışa bax,necə yağır,
Döyəcləyir pəncərəmi.
Baxıb yağış damlasına,
Unuduram dərdi,qəmi.
Yağ ey yağış, ruh ver yerə,
Yağ ey yağış, narın-narın
Gilə-gilə.
Yağ ey yağış
Pislikləri yuyub apar,
Yağ ey yağış
Pisliklərdən bizi qurtar.
Yağ , tarlalar cana gəlsin,
Yağ çəmənlər dona girsin.
Qidalansın hər ot, ağac,
Yaşıl olsun dərə, yamac.
Yağ,  bu bahar günündə sən,
Qoy cücərsin torpaqdan dən.
Yağ ey yağış,
Buz bulaqlar , çaylar coşsun ,
Aşsın, daşsın.
Qoy çağlasın yerdən sular,
Qoy su içsin boz qayalar,
Susuz çöllər.
Hətta, hətta ,
Hər şəhidin məzarında
Boynun bükən qərənfillər,
Kökü torpaqdan ayrılan
Bütün güllər.
Yağ ey yağış, suya həsrət,
Səhralara həyat gətir,
Yağ səhrada otlar bitir.
Yağ göylərdən yer üzünə
Bir nur kimi.
Damlaların şəfəq altda
Parıldasın büllur kimi.
Yağ sən ikiyə  bölünmüş
Həm o taya ,həm bu taya,
Yağ dünyamı nura boya
Yağ ey yağış, yağ ey yağış.

****

Türkəm mən

Dostum Ramin Dəryaya

Salam olsun mənim şair dostuma
Bilirsənmi dünya durub qəsdimə.
Ey Türk oğlu düşməninə bəs demə,
Zənn etmə ki kafirlərdən hürkəm mən
Ağ Hunam ,Oguzam, əski Türkəm mən!

Allahdan aldığım ilhamla, güclə
Gahdan İç Ox Uzla, gah Dış Ox Uzla.
Sivri qalxan ilə əyri qılıncla
Yağıya qəddaram, ona görkəm mən
Ağ Hunam ,Oguzam, əski Türkəm mən!

Tarrixin yükünü çəkməz dəvələr
Ey qoç babalardan miras nəvələr
Kafirlər tarixdə görmüşlər nələr.
Yenə də görsünlər səsi ötkəm mən
Ağ Hunam, Oguzam ,əski Türkəm mən!

Tarixə adını yazmış və yazır
Qılıncla düşmənin məzarın qazır.
Şəhadət şərbətin içməyə hazır
Bil nə sonuncuyam ,nə də ilkəm mən ,
Ağ Hunam ,Oguzam ,əski Türkəm mən!

İlk məskən sayılır Ana ÖTÜKƏN
Tarixi imzayla böyük köç edən
Otuz min çinliylə təkcə cəng edən
O türk əsgəriyəm, qolu bərkəm mən
Ağ Hunam ,Oguzam ,əski Türkəm mən!

“Tanrinin qirmancı” Atilla hanı?
Ey çaqqal sürüsü yerini tanı
Qorxutmaz bizləri döyüş meydanı.
Tarixən vüqarlı başı dikım mən
Ağ Hunam, Oguzam ,əski Türkəm mən!

Dövlətlər qurmuşuq vaxtla, zamanla
Sən ey cahil insan, gəl bunu anla.
Tarixlər yazmışıq qılıncla, qanla,
Coğrafi məkanım ,elim ,bölgəm ,mən
Ağ Hunam, Oguzam ,əski Türkəm mən!

Əyməz Zülfüqarı qanlar ,qadalar
Döyüş meydanında ölər, ad alar.
Düşmənin başına yanar od olar
Gərilən əsəbim ,övkəm ,hikkəm ,mən,
Ağ Hunam ,Oguzam ,əski Türkəm mən!

****

Mənə ilk eşqini yazdığın vərəq

Bu gün təsadüfən dəydi gözümə,
Mənə ilk eşqini yazdığın vərəq.
İnan, min sualla baxdı üzümə,
Mənə ilk eşqini yazdığın vərəq.

Bilmirəm , kağızda nə hikmət vardı,
Elə bil dünyadan məni apardı,
Qaysaqlı yaramı dartdı, qopartdı,
Mənə ilk eşqini yazdığın vərəq.

Bir anlıq xəyalən qovuşdum sənə,
Kağızı oxudum mən dönə-dönə,
Sanki o günləri yaşatdı yenə-
Mənə, ilk eşqini yazdığın vərəq.

Fələk xoşbəxtliyi satdı çox baha,
O günlər köksümdə döndü bir aha,
Göz-gözə gətirdi bizi bir daha,
Mənə ilk eşqini yazdığın vərəq.

Xatirən silinməz yaddaş olacaq,
Ömürlük mənimlə yoldaş olacaq,
Pünhan eşqimizə sirdaş olacaq,
Mənə ilk eşqini yazdığın vərəq.

****

Ey ana Vətənim,Azərbaycanim.
Könül sarayımın ləli, gövhəri,
Ruhumun yön yeri qəlbimin piri,
Bir ovuc torpağın mənə and yeri,
Dağına , daşına fədadır canım
Ey ana vətənim,Azərbaycanım!

Yüz ildir həsrətdən alışan ,yanan,
Həsrətlə boylanıb sərhəddən baxan,
Bu tayda Arazdır, orda Savalan,
Qoy mən də alışım ,qoy mən də yanım
Ey ana vətənim,Azərbaycanım!

Tarixin ,tarixin özündən qədim,
Qoparaq sərhədi ,qıraq sərhədi,
Qələbə çağrısın ruhum  istədi,
Şəninə yazılsın yeni dastanım
Ey ana vətənim,Azərbaycanım!

Gəl ,ataq ayrılıq yükünü beldən,
Qələbə kəlməsin çıxarma dildən,
O taylı o taydan, bu taylı burdan
Birləşib ,haqlayıb ,boğaq düşmanı
Ey ana vətənim , Azərbaycanım!

Həsrətdən, möhnətdən qisas alarıq,
Cəbhədən cəbhəyə yollar açarıq,
Birləşib yenidən biz bir olarıq,
İtməyib ümidim, çoxdur gümanım,
Ey ana vətənim , Azərbaycanım!

Duysun cümlə cahan , görsünlər kimik,
Ruh ilə, dil ilə, din ilə birik,
Biz ki buralara qərib deyilik,
Güney də qüzey də mənim məkanım,
Ey ana vətənim , Azərbaycanım

****

ÜNVANIMI SORUŞURSAN ?

Ünvanımı soruşursan ?
söyləyim
Hay-küylü şəhər
Küçələrə döşənmiş qənbər,
Pəncərədəki dəmir məhəccər.
Ünvanımı soruşursan?
söyləyim
Daş bina ,
Binadan o yana
Qarşıdakı ağac.
Binaların altındakı
Saxlanc.
Ünvanımı soruşursan?
söyləyim
Mavi Xəzər,
Çılğın ləpələr ,
Adadakı qumsal təpələr,
Ünvanımı soruşursan ?
söyləyim
Ağacdakı yarpaq ,
Qalın bir budaq,
Meyvəni budağa bağlayan
Saplaq ,
Qoxusu gözəl
Nemətləri bol torpaq.
Ünvanımı soruşursan?
söyləyim
Başı qarlı dağlar,
Gur sulu çaylar,
Dolanbac yollar,
Ağ buludlar.
Ünvanımı soruşursan ?
söyləyim
Dəli rüzgar,
Ağappaq qar
Ruhu oxşayan
Kaman , tar
Ünvanımı soruşursan?
söyləyim 
Çarəsizlikdən doğan ümidlər
Sözə həsrət lal dillər,
Duyğulu könüllər,
Nəğmələr, sözlər,
Utancaq ala gözlər ,
Qara tellər,
Bir də ,bir də
Hüdudsuz göylər!
                       
****

BƏLKƏ DƏ

Bəlkə də sözünün hökmü nədir ,bax,
,,Bəlkə də",ümidə, arzuya bir bax,
Suallar yığılıb bəlkə də  heç vaxt,
Bir də sönməyəcək bu odsuz ocaq .
Kim bilir bu sirri , kim bilir, Allah?
Bəlkə də...
Bu kəlmə özü özündə ,
İçində, bətnində yaxud üzündə
Neçə min müəmma , sirri gizləyib .
Bəlkə də bu kəlmə neçə min ildir ,
Bir gün çözüləcək sirri gözləyib?
Bəlkə də...
Gecənin yarısı saat da iki ,
Gecədən keçəcək səhərin yükü.
İndi nə səhərdir nə də gecədir ,
Şəhəri qoynuna alan bu vaxtın
İlahi görəsən rəngi necədir?
Bəlkə də qaradır, bəlkə də ağdır ,
Bəlkə rəngin sormaq özü günahdır .
Allahım, kömək ol donub qalmışam,
Gecənin bu vaxtı çaşıb qalmışam ,
Bəlkə də yuxudur ,yatıb qalmışam,
Bəlkə aldadıblar mən aldanmışam.
Bu geniş dünyada, kiçik ölkədə
,,Aldanmış kəvakib" mənəm bəlkə də...
Bəlkə də......

****

VER ÖPÜM ƏLİNDƏN.

Ver öpüm əlindən, o əllər mənə ,
O qədər şirindir, o qədər əziz.
Səninlə birlikdə ötən günlərim,
O sənli günlərim, o şən günlərim
Büllur sular kimi şəffaf, tərtəmiz.
Ver öpüm əlindən, ver öpüm onu ,
Ona dodağımla oxuyum mahnı.
Oxuyum yarımçıq qalan nəğməmi ,
Bürüsün mahnımız  bütün aləmi.
Duyulsun qəlbimin hayı, harayı,
Yarımçıq sevgimin yarımçıq payı.
Ver öpüm əlindən yandırsın məni,
O əlin istisi, alovu, odu,
Ver öpüm əlindən, söndürsün məni
O əldən aldığım busənin dadı.
İllərin həsrətin unudum bir an
Tələsmə ötməyə, tələsmə zaman.
Dayan yerində qal, yox olsun qəmim
Dayan ki, qurusun gözümdə nəmim.
Sən çəkmə əlimdən əlini gülüm,
Zaman da dayandı,qoy mən sevinim.
Ver öpüm əlindən, ver öpüm yenə,
Çatlamış dodaqlar toxunsun sənə.
Nə fərqi əlindən yaxud üzündən ,
Nə fərqi dodaqdan ya da gözündən.
Axır ki bir təmas , bir öpüş olsun,
Bu öpüş qığılcım bir görüş olsun.
Ver öpüm əlindən , öpüm doyunca,
Saxlayım bu sirri ömür boyunca.
Sual tək qarşında əyilib dedim,
Ver öpüm əlindən bitsin həsrətim.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Bütün xəbərlər / #Kriminal

Qazax rayonunda 8 və 10 yaşlı iki qardaş suda boğulub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Şou-Biznes

Pərvin Abıyeva:"Səidə mənim ailəmə toxundu"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ədəbiyyat

Çicək Tağıyeva

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının