Ay görən ağlar- Ayişə Nəbi yazır



Ağbirçəklər gəlinlərə tapşırardılar ki, axşam körpə uşağın paltarını eşikdə sərgidə qoyma,Ay çıxmamış yığ, Ay görməsin.Yoxsa uşaq narahat olar, paltarını Ay görən uşaq ağlayar gecə yatmaz, hətta tezliklə xəstələnər.

Nənələrimiz mövhumatçıdırmı, müasir gəlinlərin dediyi kimi geridəmi qalıb, yaxud da düşünürlər, nə olsun, paltar gecə eşikdə qalsın, üstünə ay doğsun, külək sovursun, evin içindəki uşağa nə ola bilər?

Nə dəxli var, deyə ağız büzürük yaşlıların bu fikrinə.Əlbəttə, kim fikir verir belə şeylərə.Üstəlik də indi maddiyyatın baş rolda olduğu bir dövrdə və yerdə.

Sözümü qəribçiliyə salmayın, amma Ay enerjisinin gücünü, nəyə qadir olduğunu, hətta uzun müddət aya baxmağın psixoloji xəstəlik yaratdığını və s. elm də izah edir Məsələmiz Ay deyil, bu gün məsələmiz paltardır.

Əgər ağbirçəklərimiz paltarın ayla görüşməsindən narahat olur və bu incə durumu anlayıb hiss edib sözlə ifadə edir, buna əməl də edirdilərsə, görün bizim keçmişimiz nə qədər üstün həssaslığa sahib olub, nələrə diqqət ediblər.

Adamlar uşaqlarına qohum əqrəbanın paltarını geyindirmir ki, köhnədir.Bu köhnə sözünün içində daha fərqli bir məna gizlənir, yəni onda başqasının enerjisi var, artıq işlənmiş, emal olunmuş bir enerji.Bu emal olunmuş, kirli enerjidən uşaq nə üstün, incə, həssas enerji ala bilər.Heç nə.Yaxud da tərsinə.

Bəzi adamlar uşaqlarının artıq geymədiyi paltarı başqasına vermir ki, uşağımın aurası zərər görər.Qız uşaqlarının paltarını isə daha çox qoruyurlar ki, qızımın bəxti bağlanmasın.

Təbii ki, mən bunu belə düşünmürəm, çünki özümün hansısa paltardan güclü olduğumu, heç bir paltarın aurasının mənim ruhuma və iradəmə üstün gələcəyinə inanmıram, ona görə də paltarları ehtiyacı olanlardan qorumuram.

Bilirəm ki, hamısı özümüzünküdür, zədələnən auranı öz sevgimizlə bərpa edirik.Ağır taxtalı, xanım xatın Leyli anam (nənəm) deyirdi ki, yoxsulluq vaxtı evdən çıxanda həmişə üst-üstə iki don geyinirdim, yolda qabağıma üstü başı yamaqlı, donu cırıq qadın çıxsa donumun birini çıxarıb ona verirdim.

O da alxış eləyə eləyə geyinib gedirdi.Və danışırdı ki, birinin uşağı olub öləndə əhd eləyib deyirdi ki, yeddi yaşına qədər çox və sağlam uşaqları olan filankəsin uşağının köhnəsini geyindirəcəm uşağıma, qoy o da salamat böyüsün.

Biz belə həssas insanların törəmələriyik.Bəs indi nə olub ki, biz öz paltarlarımızı geyinmirik, Avropanın tör-töküntüsünə möhtac qalmışıq, şəhərin harasına gedirsən orada iri hərflərlə adamın gözünə girən “Avropadan paltarlar” yazısı asılıb.Bilmirikmi ki, geyim, əşya insandan insana hal transferi yaradır, nə qədər ruhən güclüyəm desəniz də başqasının paltarı onu geyinən adamın halını, taleyini, xarakterini özünə hopdurub sənə ötürür.

O da ola Avropada kimdən, necə adamdan, hansı millətdən gəldiyini belə bilmirsən, onu geyinən ölüdürmü, diridirmi bilmirsən. Mən hələ onların gətirdikləri xəstəlikləri demirəm.

Yaxşı, deyək, ona çarə tapıblar, dərmanlayırlar. Bəs mənəvi olan, ruhani olan, gözlə görünməyən, gizli “şeytanlar”, onlardan necə qorunursunuz.Niyə yaxşı (o da hələ bilinmir yaxşımı) görünmək adına özünüzü bəlaya salırsınız.

Qarşımda durub deyir, xarakter gen və tərbiyəylədir.Əlbəttə, amma yan etkilər unudulmamalıdır.Hal elmindən bir az bilgisi olan bilir əşyanın insana təəsirini.İnanmırsızsa başqasının paltarını geyinin və ultra həssaslıqla diqqətinizi toplayıb fikir verin.Hiss edəcəksiniz.

Gorun (gor təkcə torpaqda olmur ki) nurla dolsun, mənim çox sevdiyim Mahatma Qandi, niyə biz onun təcrübəsini tətbiq edə bilmirik, yəni biz hindlərdən zəifik?Heç olmasa xaricdən gələn köhnə paltarlara boykot elan edək, almayaq, geyməyək.

Kiminsə pul qazanması üçün öz həyatınızı, taleyinizi niyə korlayırsınız.Bəlkə bu təsirlər bu gün görünməyəcək, hiss edilməyəcək, amma proses gedir, hal köçməsi davam edir, cılızlaşırıq, ruhsuzlaşırıq, mənəviyyatsızlaşırıq.

Bunu indi çoxları yeməklə bağlayır, siz buna bir də geyimi əlavə edin.Mən hələ geyimin daha dərin təsirlərini demədim. Bunun ulusal, ruhsal, metafizik ölçülərini demədim.

Gəlin, bu Avropadan köhnə paltarlar satılan dükanlara girməyin, öz köhnələrimiz olsun, pis olsun, amma özümüzün olsun.Bu bir xarakter, mənlik məsələsidir.Qürur məsələsidir.”Verən əl alan əldən üstündür”, hansısa paltara görə dəyərmi.

Nənələrin Aydan belə qoruduğu körpələri ölüm saçan “gözəllikdən”, başqalarının köhnəsindən qoruyun.


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
No Prescription Cheapest Viagra cialis Buy Flags Online Iwant To Bay Cialis