Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Şeirlərindən tanıdığım şair

5-11-2018, 14:30 | 412 dəfə baxılıb.

Əbülfət MƏDƏTOĞLU - 60

ŞEİRLƏRİNDƏN TANIDIĞIM ŞAİR

Bu yazım şair-publisist Əbülfət Mədətoğlu haqqındadır. Ancaq sözümə xeyli əvvəl «Ədalət» qəzetinin ünvanına yazdığım bir Məktubla başlamaq istəyirəm:
«Hörmətli redaksiya, salam!
«Ədalət» qəzeti mənə təsisçi və məsləhətçisi, tələbəykən «Rast» povestimin qərəzli tənqidinə qarşı Sovet sıxaclarından ehtiyatlanmadan etiraz səsini ucaldan Aqil Abbas, Məmməd Araz yadigarı baş redaktor İradə xanım Tuncay və baş redaktor müavini, redaksiyanın yorulmaz «yazı maşını - motoru» Əbülfət Mədətoğlu imzaları ilə əzizdir. Sevdiyim, oxucusu olduğum qəzetdə bir daha çıxış etmək mənə xoş olardı.

2016-cı ilin yubilyarlarından (80 yaş) biri də mənəm. «Üstünlük» statusumdan istifadə edərək sizə hamının sevdiyi nadir istedad, orijinal üslub sahibi, vətənçi poeziyamızın bayraqdarı Məmməd Araz haqqında xatirələrimi göndərirəm.

Vaxtilə onun xeyirxah əli mənə doğru uzanmasaydı, yəqin ki, indi bu məktubu sizə yazmaq imkanında olmayacaqdım. Əməlləri yaşayanın ruhu həmişə şad olur.

Bu xatirələr M.Arazın həyatında indiyədək əks olunmayan bir bucaqdan işıq saldığı üçün oxuculara maraqlı görünəcəyinə əminəm. Çap amacı ilə yazını «Ədalət»in ədalətli ünvanına göndərirəm.

Dərin hörmətlə: Qərib Mehdi,
Məmməd Araz mükafatı laureatı
21 aprel 2016-cı il, Gəncə şəhəri».

Əvvəlcədən deyim ki, yazım o üçlüyün içində adını qara hərflə, seçdirdiyim Əbülfət Mədətoğlu ilə bağlıdır.

Bəli, Məmməd Araz haqqında xatirələrimi məktubla birlikdə redaksiyaya göndərdim. Yazının həcmi iri olduğundan dərcindən ehtiyatlanırdım. Hələ əlimdə zərfin hərarəti soyumamış xatirələr işıq üzü gördü – özü də ard-arda üç nömrədə. İntizardan, yəni gözü yolda qalmaqdan çox çəkmişəm. Bu dəfə dərcin operativliyi məni təəccübləndirdiyi qədər də sevindirdi.

Sən demə, burada, redaksiyada üçüncü imza sahibinin – Əbülfət Mədətoğlunun müstəsna qayğısı və həssaslığı varmış. Sonra onun haqqında əlavə məlumatlara malik oldum.

Hamı onun müəllifin yanında olmasından (əlbəttə, yazı dərcin tələblərinə cavab verdiyi halda) ağızdolusu danışdı. «Ədalət»də yazılarımın dərci çoxaldıqca, necə deyərlər, mən də ona iman gətirənlərin cərgəsinə qoşuldum.

«Ədalət»i fərqləndirən bir cəhəti də qeyd etməyə ehtiyac duyuram. Etiraf edək ki, diktator xislətli baş redaktorları çox görmüşük.

Müşahidəmə əsaslanıb deyə bilərəm ki, adını çəkdiyim qəzetdə tam demokratik əhval-ruhiyyə hökm sürür. Bu azad nəfəsalmanın təmin olunmasında Mədətoğlunun da xidməti hörmətə layiqdir.

Bu yazının yazılmasının səbəbkarı Azərbaycan yazıçılarının «Ensiklopedik məlumat» kitabıdır. Kitabı nəzərdən keçirirdim. Təsadüfən Əbülfət Mədətoğlu haqqında verilmiş məlumatla gözləşdim. Özümdən asılı olmayaraq doğum gününə diqqət yetirdim.

Gördüm ki, iki ilin təhvil-təslimində – 2018-in dekabrını aşıb 2019-cu ilin yanvarına çatanda hörmətli şairimizin 60 yaşı tamam olur.

Nə gözəl! Bu tarix hər kəsə onu tanıdığı qədər söz demək imkanı yaradır. Mən isə bu sırada axırıncıyam. Nə olar axırıncı olanda?! Hərdən axırıncı olanın ağlına elə sözlər gələr ki, bu heç birinci olanın da yadına düşmür.

Mən Əbülfəti şəxsən tanımıram. Ancaq qabaq-qabağa bir stəkan çay içmədiyim, bir tikə çörək kəsmədiyim bu adama böyük hörmətim var. Deyə bilərlər ki, görmədiyin adama nə hörmət?! İntəhasız təcrübə var. Allahı da görmürük. Ona olan hörmətimiz, dua-sənalarımız hansı qucağa, hansı məcraya sığar?!

Bəndə Allah ola bilməz. Amma Allah istəyir ki, onun müəyyən sifətləri bəndəsində təcəssüm olunsun. O xoşbəxt bəndələrdən biri də şair Əbülfət Mədətoğludur. Allahı sevərlikdən onun da qismətinə bir pay düşübsə, bununla ancaq qürur duymaq olar.

Əbülfət qarabağlıdır, Xocavənd rayonunun Tuğ kəndində anadan olub. Doğma ocağı erməni tapdağında inildəməkdədir. Bu ağrı onun ictimai-siyasi mövzuda yazdığı şeirlərindən qırmızı bir xətt kimi keçir. İnanır ki, (biz də inanırıq) azad edilmiş doğma yurduna qovuşmayanadək nə qocalmayacaq, nə də ölməyəcək. Vüsala inam arzusu onu yaşadacaq.

İşğalçı, yadelli ermənilər Qarabağda hansı qırğınları törətməyiblər?! Bunu hamı bilir. İstila, ölüm-itim bu gün də davam edir. Bu dərdi hər bir azərbaycanlı çəkir. Təbii ki, qarabağlılar bu dərdin iki mislini çəkirlər. Etiraz etməyə yer yoxdur.

Üstündə ev tikdiyi torpağını, əlindən tutduğu əzizlərini, dağa-dərəyə, gülə-çiçəyə, yola-izə saxlanca verdiyi xatirələrini itirənlər dərdin nüvəsində yaşayırlar.


Onlardan biri də şair Əbülfət Mədətoğludur.O, dərdini, sevincini, ümidini şeirlərində paylaşıb. Onları göz içinə alan, danışdıran həssas oxucu şairin nəyin üstündə əsdiyini, nəyi asıb-kəsdiyini dərhal anlayır.

Fərddən tutmuş, dövlətlərə, BMT-yə qədər yardımçı olmayanda ədalətsizliklərin, işğalların, qaçqın-köçkünlüyün ömrü uzanır. Bu hal, bu halı yaşayan şairin müşahidəsindən necə qaça bilər?!

Bu qocalan ümidlərim,
Vaxtsız-vədəsiz qarıdı…
Ümidsiz, ümidli yetim –
Güldü, həsrətim yarıdı!..
***
…Hay vermir məscid, kilsə,
Gələn də deyil ta kimsə,
Sən deməsən də, kim isə –
Deyər: Əbülfət varıdı.

Əbülfət gerçəyi söyləyən şairdir. O, yaxşı bilir ki, yalançı təsəllilərə uymaq, şirin vədlərə aldanmaq heç bir yaranı sağaltmır. Bunun üçün də oxucusuna yuxarıda söylədiyi fikri bir az da dərinləşdirir:

Bu yer bir tala – düşmüsən,
Tapmısan bəla – düşmüsən!
Çıxılmaz hala düşmüsən –
Daha… tora ehtiyac yox!..

Əgər haqlı səsinə hay verən yoxdursa, dövlət başçılarının başı öz mənafelərinə qarışıbsa, bəs çıxış yolu nədədir, kimdədir? Şair bu suallara da cavab verir:

Bata-bata günaha,
Mən çıxsam da sabaha.
Səsim çatmır Allaha –
Çatsa, dizi bükülər!..
***
Daş atıram quşa hey,
Dəymir, yerə düşə hey…
Bağırmaqla: «Şuşa!» hey –
Düşmən çətin çəkilər!

Deməli, çıxış yolunu özümüzdə – Azərbaycan xalqında, Azərbaycan əsgərində axtarmalıyıq. Uzağa getməyək, 2016-cı ilin qələbə qoxulu aprel döyüşlərinin nümunəsi var.
Valideyn övlad üçün istək, qayğı, bütün acılara sinə gərən səddir.

Bu sədd ata olanda daha möhkəm, daha keçilməz olur. Düşmənin yenə bilmədiyi bu səddi vaxt yenir. Onda övlad yetimliyin çeşidli sınaqları ilə üz-üzə dayanır. Elə atasını itirən Əbülfət kimi:

Uçdu söykəndiyim zirvə kökündən,
Həzm edə bilmirəm bu yetimliyi…
Səndən ayrılmağın lap ilk günündən,
Duymağa başladım mən çətinliyi…
***
Sözümün söykəyi göyə çəkildi,
Başıma qoyulan ağılla birgə…
Dünyanın ölçüsü itdi, kiçildi,
Uşaqlıq adlanan nağılla birgə…

Şairlər lirikadan – eşq, məhəbbət sınaqlarından, macəralarından yan dura bilməzlər. Sirdən danışan bu kəsim sanki sirlərini aləmə car çəkmədən həzz alırlar. Bəlkə də, ürəklərində gəzdirdikləri bu yükü oxucuları ilə bölüşməklə yüngülləşir, ovunurlar.

Əbülfətin lirik «Mən»i məhəbbət məbədinin bütün hücrələrində dolaşır. O, məşuqun sevincindən çox, əzabını dadır; həsrətin üzərindən vüsal körpüsü salmağa çalışır, neyləmək ki, zəhməti əlində qalır. Bu cür uğursuz sevdalarda Əbülfət babası Füzuli yolu tutur. Füzuli dərdi bəyirin (dəvənin) başına qoyur.

Bu dərdi, əzabı çəkmən bəyir o qədər incəlir ki, axırda sap kimi iynənin deşiyindən keçməli hala düşür. Zərif duyğuları kövrək misralara çevirən Mədətoğlu da həmin halı yaşayır:

Özümü Məcnun bildim, –
Bitməyən dərdə dözüm də…
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..

Keçmişli, indili Azərbaycan poeziyasında gözəllərlə, sevgi ilə bağlı bir xristianlıq xətti də görünür. Əsli, Kərəm, Qara Keşiş əhvalatı bir nakam sevgi dastanı yaradıb. Bundan başqa ayrı-ayrı məqamlarda da mənfili-müsbətli xristianlıq (tərsalıq) çaları özünü büruzə verir.

Ələsgərin vəsfə çəkdiyi türk qadını o qədər gözəldir ki, Aşıq inanır ki, onu tərsa görsə, çönüb müsəlman olar.

Şəhriyarın xristian gözəlinə vurulan lirik «Mən»i sevgilisinə qovuşmaq naminə onunla bərabər ibadət etməyə kəlisaya (kilsəyə) getməyə hazırdır.

Şeyx Sənan da xristian dinli gürcü gözəlindən ötrü irəli sürülən şərti qəbul edir, müsəlmanların müqəddəs kitabı sayılan Quranı oda atıb yandırır.
Mədətoğlu da bu qəribə versiyalardan birinə müraciət edir.

O, hər şeyini – ümidini, inamını, eşqini tapşırdığı ürəyi ilə mükaliməyə girir. Ürəyinə istədiyini əsirgəmir. Bununla belə, yolunu sapanda «cəzalandırmaqdan» da çəkinmir:

Qu tükündən yumuşaq,
Bir beşikdi ürəyim.
Sığışa bilmədiyin –
Ev-eşikdi ürəyim.

Hisslərin toqquşmasından, əzabın çoxluğundan, etinasızlığın, vəfasızlığın, ədalətsizliyin ağırlığına, ağrılarına tab gətirmir ürək:

Gözümə Yer-Göy dəyir,
Qamətimi Göy əyir.
Hava çəkir, göynəyir –
Gəl, deşikdi ürəyim.

Hansı tərəfin təqsiri üzündən ortada fikir ağrılığı yaranır? Ürək yolunu-ərkanını, əvvəlki and-qəsəmini, ibadət etdiyi, tapındığı dinini geri itələyib yeni istiqamət götürür. Ayırıcı rəmzə qucaq açır, ruhun candan, aşiqin məşuqdan ayrılmaq acısına meydan verir:

Batıb aha, günaha,
Əlin açıb Allaha…
Dinindən dönüb daha –
Bax, keşişdi ürəyim.

Qələm əhli oxucularının görüşünə gedən kimi, vaxt da şairin görüşünə gəlib – 60 yaş! Bu illərin indi də davam edən qələmli mərhələsində Əbülfət Mədətoğlu çox şeirlər yazıb, çox kitablar ərsəyə gətirib. Sözlərini bir Allaha, bir də kitablara tapşırıb. Nə vaxt arzuları çin olacaq? Nə vaxt parçalanmış vətəninin yarasına məlhəm qoyulacaq? Yuxarıdakı da gözləyir, aşağıdakı da. Nəyi gözləyirlər? Suallarına cavab istəyən şairin ruha çevrilməsinmi?

Əbəs gözləntidir. Şairin insanla açılan, bütöv Vətənlə bitən öz gözləntisi var. Bu gözlənti gerçəkləşməyincə şair nə ruhdan düşəcək, nə öləcək!.. 60 yaşlı Əbülfət Mədətoğlu bu fikri aşağıdakı misralarıyla təsdiqləyir:

İçimdəki səsdi O,
Aldığım nəfəsdi O…
Sabaha həvəsdi O –
Ruhumda, canımdadı…
Şeirlərindən tanıdığım şair
Qərib MEHDİ


скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

"Dərbəndin səsi " təqdim edildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

QALA DƏRDİM

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

MƏMMƏD ARAZ

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının