Sənə gələn yolların biri də açıq deyil-Aysel Nəsirzadənin şeirləri



YAXŞI BAX ÜRƏYİNƏ

Sənə gələn yolların,
Biri də açıq deyil.
Ürəyində kimsə var,
İndi sən dur çıx deyir.

Mənə olan sevgini,
Nə vaxtdan, de, tərgitdin.
Aid olduğum yerə,
Kimləri sakin etdin.

Mən ki, dəli deyildim,
Sənə olan sevgidən.
Özün oldun hər zaman,
Həsrətlə sevgi güdən.

Bilmirəm hələ neynim,
Beynim yaman dumandı.
Ürəyim ürəyinin,
Saflığına inandı.

"Açıq ürəkli" oldun,
Təpik döydü hər gələn.
Məharətlinin qızı,
Məni etdi yerimdən.

Daha çətin görüşək,
Son vidam olsun sənə.
Qoyma çox incitsinlər,
Yaxşı bax ürəyinə.
Aysel Nəsirzadə
****
Qəfəs darlığı yaşayıram,
Nəfəs darlığı yaşayıram.
Ölmüşəm,oxuyuram
Özümə ağı, yaşaylram.
Bilmirəm Allah zülm edir ,
Ya öz hesabıyla rəhm?!
Gözlərim nəm,
qismətim qəm.
Dörd göz ilə gözləyirəm
Hər gün sevincin gəlişin.
Xatirəyə dönüb vallah,
Son dəfə ürəkdən gülüşüm..
Donub bütün arzularım,
Qoy açılsın Günəşə yol.
Allah mən də sənin bəndən,
Dua etdim yadına sal.
Aysel Nəsirzadə
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cheap Kamagra Paypal Gimalxina cialis without a doctor's prescription Order Direct Legally Levaquin Website Saturday Delivery Overseas