Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Dostum, mübarəkdir qurduğun bu ev-Sadiq Qaranın şeirləri

10-11-2018, 15:20 | 662 dəfə baxılıb.

Bu gün tanınmış şair, görkəmli ictimai xadim Sadiq Qaranın vəfatının dördüncü il dönümüdür.

Sadiq Qara zun illər Sovet dövründən bəri müxtəlif dövlət vəzifələrində çalışıb. Qazax, Qax, Oğuz rayonlarında müxtəlif işlərdə: qəzet redaktoru, Xalq nəzarəti komitəsinin sədri və.s çalışıb.

Tariximizə, toponimikaya, folklorumuza aid yüzlərlə müxtəlif səpkili yazının müəllifidir.
Səkkiz kitab müəllifi olan mərhum yazar Jurnalistlər İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Onun bir neçə şeirini sizlərə təqdim edirik:

****
Sənin balan deyildimmi,
Bir baxsana bəri, dağlar.
Sızlayır könlümün simi,
Dönəmmirəm geri, dağlar.

Ulu Vətən-böyük ana,
Göyçəm oldu viranxana,
Qoyub gəldik yana-yana,
O müqəddəs yeri, dağlar...

Güllər açmaz, bülbül ötməz,
Səsim çatmaz, əlim yetməz,
Karvanımız ora getməz,
Yoxdur axı nəri, dağlar.

Cəllad çəkməzdi bu dağı.
Bulaqların qussun ağı,
Əridi qəlbimin yağı,
Sən də dağıl, əri dağlar!

Yurda daraşıb zəlilər,
Koroğlusuzdur dəlilər,
Allaha da çatmır əllər,
Kim kəsəcək şəri dağlar ?!

1989
****
Göyçə bayatıları

Göy çəmənə,
Sürü dolub göy çəmənə,
Dava düşdü, həsrət qaldıq
Mən Göyçəyə, Göyçə mənə.

Bələd ağlar,
Dərdimə bələd ağlar.
Erməniyə qalınca
Uçaydı belə dağlar.

Göy nərə,
Ağ mayaya, göy nərə.
Boşaldı Ulu Göyçəm,
Yer ah çəkdi, göy nərə...

Qönçəm haray,
Çiçəyim, qönçəm haray.
Gör ürəyim nə deyir:
"Ay mənim Göyçəm haray".

Vətən siz,
Vətən bizik, Vətən siz.
Zor ilə "vətən" quran,
Qalacaqdır vətənsiz..

Saz gördüm,
Çox az kefi saz gördüm.
Burda didərgin aşıq,
Burda qaçqın saz gördüm

1988 Qazax

****

Dostum, mübarəkdir qurduğun bu ev,
Sözümü qəlbinə sən yaz, unutma.
Ürək tutan yarı başa kimi sev,
Sevilən gül heç vaxt solmaz, unutma.

Ailə qaladır, qoy deyim barı :
Möhkəm olsun gərək onun divarı.
Hər kiçik şey üçün incitmə yarı,-
Tökülən çox zaman dolmaz, unutma.

Yüz əl düzəldəmmir bir dil əyəni,
Çıxarma qulaqdan anan deyəni.
Yarıntək sevənlər çox olar səni,
Anantək istəyən olmaz, unutma.

Sadiqin sözünün bax budur canı:
Sev ömrün uzunu sənə yananı.
Hər vaxt üzə vurma evdə olanı,
Yoxsa hörmət, izzət qalmaz, unutma.

1967 ci il

****

Oğul toyunda sağlıq əvəzi

Unutmayaq kökü-soyu,
Birgə olaq dünya boyu.
Dost məclisi, övlad toyu,
Hamınıza qismət olsun.

Var-dövlətdir, bilin, övlad,
Var-dövlətdir, ağıl, savad,
Var-dövlətdir sakit həyat-
Hamınıza qismət olsun.

Uğurlu yurd, halal çörək,
Çiçək açan arzu dilək,
Həm dolu, həm açıq ürək
Hamınıza qismət olsun.

Doğmaların məhəbbəti,
Sevənlərin sədaqəti,
Yaradanın mərhəməti,
Hamınıza qismət olsun.

Sadiq Qara qocalsa da,
Deməz günlər getdi bada.
Uzun ömür bu dünyada
Hamınıza qismət olsun.

1989 cu il

****

Çoxalır buxovar, artır xaltalar,
Mis kimi qaraldır paxır xalqımı.
Sapı özümüzdən olan baltalar,
Sınaq meydanında yıxır xalqımı.

Bir quşam, əynimə dar gəlir donum,
Bilmirəm ki, hansı budağa qonum...
Düşmən əlindədir neçə rayonum,
Qüssə məngənəsi sıxır xalqımı.

Çıxdı kürsülərə satqınlar, səylər,
Sabahı görmədi bambılı-keylər.
Səhnədən gec getdi özündənbəylər,
Yaman günə qoydu axır xalqımı.

Saxta yolla çıxan, əl çəkmir taxtdan,
Oğurluq dizdəndir, rüşvət qurşaqdan.
Sadiq də seçəmmir haqqı nahaqdan
Allah, bu quyudan çıxar xalqımı.

17 noyabr, 1994 cü il.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Ağamalı Sadiq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Əbülfət Sarıoğlu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Bir ruhda iki adam

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının