Sularda yaranan poeziya...



“Ecoprint” nəşriyyatında Səxavət Əmvəroğlunun “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib. Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərin ana xəttini təçkil edir.

Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir.
Vətənimizin dilbər güşələrindən olan Quba rayonunun Qımıl kəndində dünyaya göz açan S.Ənvəroğlu ixtisasca dənizçidir, Q.Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini gəmi mexaniki ixtisası üzrə bitirib, ömrünün yarısından çoxu sularda üzməklə keçib.

Çox vaxt həmdəmi dəniz olub. Dünyadan küsəndə, insanlardan qaçanda, saçları ilə küləyə, baxışları ilə dənizə sığınıb. Nəhəngliyinə, maviliyinə qısıldıqca sanki təsəlli tapıb. Mavi gözlü Xəzərimizin ilin ayrı-ayrı fəsillərində, günün fərqli saatlarında sirli bir aləmə dönən gözəlliyini görmək, duymaq üçün mütləq onun qoynuna sığınmaq, seyrinə dalmaq lazımdır. Xəzər həmişə söz-sənət adamlarının ilham mənbəyi olub, bu mövzuya həsr olunan saysız-hesabsız sənət inciləri meydana gəlib. 

Su – insanın arzularının səda, ruhunun qida mənbəyidir. Su - möcüzədir və bəzən nəsil-nəsil söz adamlarının ən seçmə poetik nümunələri də elə sularda yaranıb, bu möcüzədən qaynaqlanıb, - Səxavət Ənvəroğlunun poeziyası kimi.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında az-az şair tapılar ki, bu təbiət gözəlinə heç olmasa bir şeir həsr etməsin. Səxavət Ənvəroğlunun yaradıcılığı ilə tanış olduqda, şeirlərinin məhz üzdüyü sonsuz ümmanlardan, göy ləpələrdən ruhlanaraq yarandığına əsla şübhə yeri qalmır. Şair dənizi özünün beşiyi, sahilləri isə bəxtinin aynası hesab edir:

Dəniz mənə qayğıların beşiyi,
Əsən yellər ürəyimə layladır.
Tufanları - ümidlərin keşiyi,
Sahilləri - taleyimə aynadır.
Şairin ruhunu ovudan göy ləpələrdir. Həyatı sınaqlardan keçsə də, saçları ağarsa da, ruhu göy ləpələrdən dinclik tapır:

Güzgüdə baxanda özümə hərdən,
Ağaran saçımdan gileylənirəm.
Ruhum nəğmə deyir göy ləpələrdən,
Sahildə işarır gözlərimdə nəm.

Şairin ömrünün böyük bir hissəsi qürbətdə, sularda üzməkdə keçib. Lakin, hara üz tutubsa qəlbində Aərbaycanı aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə - Vətənə can atıb, ürəyi Vətən eşqi ilə alışıb – yanıb. Bu hisslər onun bütün vətənpərvərlik şeirlərindən, xüsusən, “Qurban olum ey Vətən” şeirindən açıq-aydın duyulur:

Mən hər zaman səni deyib gəzərəm,
Yollarına tər çiçəklər düzərəm.
Qürbət yerdə möhnətinə dözərəm,
Dayağına qurban olum ey Vətən.

Quba – gözəl Vətənimizin dilbər güşələrindən biridir. Əslən qubalı olmasam da, şəxsən mənim üçün (müəll.) Quba həqiqətən doğmadır. Bunun bir sıra səbəbi var. Amma məncə ən əsas səbəbi, vaxtilə məzunu, indi isə əməkdaşı olduğum Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət bazasının məhz Qubada, II Nüğədi kəndində yerləşməsidir.

50 ilə yaxındır ki, BDU-nun Biologiya fakültəsinin tələbələri çöl təcrübələrini həmin bazada keçirlər. Mən özüm o yerlərdə ilk dəfə hələ II kursu bitirərkən (1996-cı ildə) olmuşdum.

Müəllimlərimiz və tələbə dostlarımızla birgə iki həftə o yerləri qarış-qarış gəzib, gözəl təbiətini öyrənmişdik. 2013-cü ildə o bazadakı taxtadan olan yarıuçuq tikilini 4 mərtəbəli, göz oxşayan bina əvəzlədi.

Biz hər il tələbələri Qubaya çöl təcrübəsinə apararaq, hər dəfə o gözəl yerlərin havasından udur, suyundan içir, qonaqpərvər camaatı ilə mehriban ünsiyətdə oluruq. Hər dəfə də o torpağa qədəm qoyduqda ilk olaraq görkəmli folklorşünas-alim, AMEA-nın müxbir üzvü, “Ataların sözü – Xalqın gözü” kitabımızın redaktoru olmuş ailəmizin əzizi, mənə də hər zaman səmimi yol göstərən, unudulmaz Azad Nəbiyevin məzarını ziyarət edirəm.

Bundan savayı fakültəmizin professoru, uzun illər prorektor işləmiş Məcnun Babayev və dosent Zemfira xanım Abdulova ilə tez-tez o gözəl yerləri xatırlayırıq. Elə Səxavət Ənvəroğlunun “Qubam” şeirini ilk dəfə oxuyanda da, mən xəyalən o doğma yerləri gəzdim, gözlərim önündə Qubanın tanış mənzərəsi canlandı:

Parlayan ulduzsan, yanar çıraqsan,
Ömür yollarımda nurlu mayaksan.
Fəxrimdir qoynunda zirvəli dağlar,
Gəzməli ormanlar, görməli bağlar,
Hər yer tamaşalı, maraqlı Qubam.

Müəllim peşəsi çox şərəfli peşədir. Biz hamımız ilk müəllimlərimizə borcluyuq. Və hamı kimi, Səxavət Ənvəroğlu da müəllimlərin qarşısında baş əyir, hər yaşda bu şərəfli peşə sahiblərinə möhtac olduğunu dilinə gətirməkdən çəkinmir:

Yüz yaşım olsa da möhtacam yenə,
Mənə bilik verən müəllimlərə.
Müqəddəs bir kəlmə ANA sözünü,
Yazdırıb öyrədən müəllimlərə.

Şair möhkəm dözüm, iradə sahibidir. O, bu həyatda nə qədər ağrı-acı görsə də, yenə dözür. Çünki, dözüm – Ulu Yaradanın insana bəxş etdiyi unikal xüsusiyyətlərdəndir:

Cavanlıq havası ötməyib hələ,
Qəlbim arzulara yetməyib hələ.
Yaddaşım yerində, itməyib hələ,
Dözür ağrılara kövrək ürəyim.
Kitabda təqdim edilən şeirlər Səxavət

Ənvəroğlunun ağrılı-acılı, ələkdən keçirilən günlərindən bir xatirə olsa da, şairin arzuları tükənməyib, yoldadır. Əsən küləklər də onu qorxudan deyil:

Həyat çox keçirib məni ələkdən,
Nə qədər arzular yoldadır hələ.
Gözüm qorxan deyil dəli küləkdən,
Ağrılar, acılar güc gəlsə belə.

Qələm dostumun məhəbbət şeirləri də sünilikdən çox – çox uzaqdır. Onların çoxu ümidsiz məhəbbətdən soraq versələr də, təbii hisslərlə, qısa və aydın kəlmələrlə zəngindirlər:

Necə də yolunda qurban vermişəm,
Ömürdən qoparıb gözəl illəri.
Kövrək ürəyimdə boran bilmişəm,
Mənə uzatdığın soyuq əlləri.
və ya:

Xəzan yarpaqları vaxtsız tökəndə,
Küləklər telinə sığal çəkəndə.
Ürəyin qəm yeyib, kədər əkəndə,
Məni xəyalında yaşadacaqsan.

Səxavət Ənvəroğlu qayğıkeş ailə başçısıdır. Şairin “Adını Vüsal qoymuşam”, “Solmazdım qızım”, “Nəvələr bir yerə yığılan zaman”, “Olar qardaş” və s. şeirlərində onun ailə üzvlərinə, qohumlarına və nəvələrinə hansı sevgi və qayğıyla yanaşdığı diqqəti çəkir:

Sizsiniz ömrümün bahar çağları,
Sevincli günlərin barlı bağları.
İnadla aşaraq uca dağları,
Qartal tək uçardım, yatmazdım qızım.

Şair 2016-cı ildə qardaş Türkiyə sularında üzərkən belə bir şeir yazmışdı:

Şimşəklərin işartılı anında,
Nur çiləyən ulduzların yanında.
Qürub çağı günəşin al qanında,
Dalğaların nəfəsində tap məni.

Zirvələrdə əriyən dağ qarında,
Bağçaların ətirli gül barında.
Sevgi adli sərvətində, varinda,
Küləklərin naləsində tap məni.

Səxavətəm, ruhum sözümə candır,
Yazdıqlarım söz duyana həyandır.
Ürəyində mərhəmət odu yandır,
Anaların xoş səsində tap məni.

Şair Səxavət Ənvəroğlu mərhəmət sahibidir və hər kəsi ürəyində mərhəmət odu yandırmağa səsləyir. Mən inanıram ki, əziz qələm dostum həyatın sərt dalğaları ilə üz-üzə duraraq, illər boyu sözdən ruhlanacaq və söz duyanlara həyan olası hələ çox sözlər yaradacaq – həm dəryadan, həm də dünyadan. Odur ki, mən bu həyat yolunda ona fırtınasız sular, təlatümsüz səyahətlər arzulayıram.


Anar Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti,
şair-publisist, Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliklərinin,
Türkiyə Elm və Ədəbiyyat Əsəri
Sahibləri Məslək Birliyinin üzvü


скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Achat Ligne Xenical buy zoloft on line Kamagra Australia Shop Mail Order Viagra From Canada Propecia Nizoral Hair Loss