Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Camal Yusifzadə:"Mənim yaşımda heç kim məhəbbətdən ölmayib hələ"

20-03-2016, 23:29 | 7942 dəfə baxılıb.

Camal Yusifzadə:"Mənim yaşımda heç kim məhəbbətdən ölmayib hələ"



Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.

Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990).

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998).

Hazırda həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktorudur (1998-ci il-dən). Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur.

Əsərləri

1.Lənkəran nəğməsi. Bakı: Gənclik, 1970, 22 səh.
2.Atlılar, qanadlılar. Bakı: Gənclik, 1975, 53 səh.
3.Yol içində milyon seçdik. Bakı: Gənclik, 1980, 56 səh.
4.Payızdan gələnlər. Bakı: Yazıçı, 1983, 88 səh.
5.Ümiddən keçən yol. Bakı: Yazıçı, 1988, 88 səh.
6.Küləyi döymək olmaz. Bakı: Gənclik, 1993, 48 səh.
7.Ağ Poeziya-şeirlər


***********************

Bura bax, həsrət
Salam, salam,
Mənim səfil həsrətim.
Sən hara, bura hara?
Harda idin ay avara?
Ay mənim dəcəlim,
sənə nə deyim...
O vaxt sən yox idin.
Sənin yerinə
Bir cüt göz yanardı başımın üstə.
O vaxt sən yox idin,
O vaxt mən səni
onun yoxluğundan yoğurmamışdım.
O vaxt ki, ayaqlar getdi, gəlmədi,
O vaxt ki, baxışlar söndü mənimçün,
O zaman ümiddən səni qoparıb
Çox uzaq, çox uzaq bir yerə atdım.
Gör neçə il keçir indi o vaxtdan?
Nə yaman böyümüsən?
Sınıxmısan, tutulmusan,
Yoxsa mənsiz darıxmısan?
Kimsəsiz ocağın gecə təkliyi,
Payızın yağışlı uzun günləri
yordu deyəsən?
Yordu yollar səni,
Yordu yar səni?
Bax, belə təkliyin yaralar səni!
Bura bax, həsrət,
Bu gecə tənha qəlbimə
Fil kimi ölməyə durub gəlmisən.
Bura bax həsrət,
əl çək yaxamdan!
İlişmə mənə!
Bura bax həsrət,
Gəl belə danışaq-
Belə yaşayaq;
Mən səni gözləyim-
Sən də qayıtma?!
Bura bax, həsrət,
Axı mən səni öldürə bilmərəm!
Bura bax əzizim,
bura bax, həsrət,
Bağışla məni!
Bura bax həsrət,- burax yaxamı!...
Əlvida, əlvida!
Hələlik! Getdim...
Boylan, salamat qal,
Ay mənim yaxalığı al,
Ay mənim....
Ay mənim səfil həsrətim!...
Dənizim, göyüm!...
Ay mənim dəcəlim, sənə nə deyim.
23.03.1970

*********************

Mənim yaşımda
Heç kim məhəbbətdən
ölmayib hələ,
Mən də ölmərəm.
Ölmərəm , ancaq
Görünür yaşamaq çətin olacaq.
Mənim yaşımda birisi yumar gözünü,
Yıxılar həsrətin daş hasarından
Başqa birisinin qolları üstə.
Mənim yaşımda
Zənciri qırılmış dəli bir fəryad,
Sərsəri başına bir cüt diz tapar.
Başqa birisi də bıçaq yerinə
Ruhunu soymağa bir cüt göz tapar.
Nə isə,
Mənim yaşımda , yaşayır bu dövrü
hərə bir təhər.
Nə isə, nə isə.......
Mənim yaşımda
Heç kim məhəbbətdən
ölməyib hələ,
Mən də ölmərəm........
1970

*********************

Qürbətə səfərim var-
Qayıtmaq da olar,
Ölmək də olar.
İnsaf elə qarışma-
Payız, çıxma qarşıma!
Fələk kələk əkəcək,
Dərd gözümə çökəcək.
Ta yaş da o yaş deyil,
Hörmət elə yaşıma;
Payız, çıxma qarşıma.
Bu saralan otların ağrısını aparram,
Gecə yağan yağışın ağısını aparram,
Kürəyimdə gəzişən
Qanadlı qarışqanın yağısını aparram;
Payız, çıxma qarşıma!
Qürbətə səfərim var-
Qayıtmaq da olar,
Ölmək də olar-
Payız , çıxma qarşıma.
Bir ömürlük iş deyil
Bitə, tükənə, itə.
Sən o ölümə məhkum
Son yarpağın xətrinə,
Saralıb gəlmə yenə-
Çıxma, çıxma qarşıma!
Qarışma da işimə!
Atam, anam, qarışma!
Qarışma da, qarışma!
Allı-güllü yaz çağı
Payız düşdü yadıma-
ALLAH çatsın dadıma!
1987

*********************

Əllərim əlində qalsa
Qaytarma mənə-
Nəyimə lazım?!
Belinə dolarsan mən olmayanda,
Saçına çəkərsən
Mən olmayanda!
Gözünü silərsən
Mən olmayanda!
Əllərim əlində qalsa
Qaytarma mənə-
Nəyimə lazım?
Əllərim əlində qalsa
Kədəri dörd əllə boğazlayarsan
mən olmayanda.
27.09.1968

*********************

Unutmağa nə var ki?,
bir gün, beş gün, bir həftə...
bir ay, bir il vəssalam;
hər şeyi unudaram.
Ancaq necə unutmaq?
Ancaq nədən başlamaq?

*********************

Divar dəlinin dəftəridi

Bir dəfə
Dəsmal olsaydın göz yaşına,
İslana bilsəydin,
İsinə bilsəydin yaşına-yaşına.
Ağlaya bilsəydin bir dəfə-
Sənə bir nağıl danışardım.
Keçərdim taqsırından,
Sənə bir nağıl danışardım;
Quca bilsəydim belini,
soyuqluğunu.
Sənə bir nağıl danışardım;
Divar olmasaydın.
1972

*********************

AY QONŞU, BU EVİN YİYESİ HANİ ?!
(anamın xatirəsinə)
Uzaqdan,uzaqdan,
Cox cox uzaqdan,
Darıxıb gəlmişəm,qacıb gəlmişəm,
Ay qonşu, bu evin yiyəsi hanı?
Eyvanda çıxardım ayaqqabımı,
Açdım pəncərəni,açdım qapını,
Görmədim qonağı qarşılayanı
Ay qonşu, bu evin yiyəsi hanı?
Yağış suvağını yuyur bu evin,
Külək şüşəsini döyür bu evin,
Sükut hay- küyünü qovur bu evin,
Zaman taxtasını ovur bu evin,
Ay qonşu, bu evin yiyesi hanı?
Qapıda soyumuş bir əl yeri var,
Həyətdə qurumuş ayaq yeri var,
Alça ağacının sol tərəfində
Külü laxtalanmış ocaq yeri var;
Ay qonşu, bu evin yiyəsi hanı?
Uzaqdan gəlmişəm, ay ev yiyəsi,
Darıxıb gəlmişəm,uçub gəlmişəm,
Kül olub gəlmişəm, ay ev yiyəsi.
Hər dəfə,hər dəfə ay ev yiyəsi,
Qovrula-qovrula gəlib gedirəm,
Hər dəfə,hər dəfə, ay ev yiyesi,
Bu həyət-bacadan,
qonum-qonşudan
Soruşub gedirəm;
Ay qonşu bu, evin yiyəsi hanı ?

*********************

Uşaqlıqdan xoşlamıram ovalı.
Nə dairəni,
Nə çevrəni,
Nə qövsü!
Çəkdiklərim iti olub - üçbucaq!
O da ancaq...
Gəlib, gəlib, gəlib çıxıb içimə -
İti olub,
ağrı olub,
Dərd olub! -
Amma nə qəm;
Nə olubsa mərd olub.
Ulu TANRI,
Günahımı ürcah elə özümə;
özü də ki, incimə.
Yaratdığın yerə, göyə nəzər sal;
Ya dairəvi,
Ya çevrədi,
Ya oval.
Göy qübbəsi, yer kürəsi,
Göy qurşağı, qafa tası,
Alma, nar...
Saysan saysız sadalanar!
Sənə nə var? -
Sənə olar!
Bu hardasa sevda payı -
Təsəllidi, sığaldı.
Bu hardasa
Dünyasını dərk etməyən
bəndəsinə mərhəmət!..
Uşaqlıqdan xoşlamıram ovalı.
Çəkdiklərim iti olub - üçbucaq!
Ulu TANRI, yalvarıram, incimə! -
Bu hardasa səngiməyən ehtiras!
Bu hardasa etirazdı! -
Və ancaq!

21.05.2007

*********************

Əhməd Oğuza

Payızın başı üstdən
Birər-birər qar gəlir;
Payızım oy, qışım oy.
İndi bilirəm ki, nə itirmişəm;
Birər-birər günlərim;
Birər-birər yaşım oy.
Göy üzündən
Yer üzünə qar gəlir,
Kişilikdən danışmaq
Yaman mənə ar gəlir.
Ümidi vağam olan
Torpağım oy, daşım oy!
Ovcumun arasında
Havalanmış başım oy.
Düzü-dünya ələnibdi ağappaq;
Meşəsi ağ,
Baxçası ağ, dağı ağ;
Dağım, bağım, qarım oy.
Nə yaxşı ki, sifarişlə ələnmir,
Yağır, yağır, yağır oy,
Yağır, yağır özbaşına;
Ayının yuxusuna,
İgidin qorxusuna,
Alçağın baş daşına;
Namərdim oy, mərdim oy!
Hələ məni gözləyən
Diri gözlü dərdim oy.
Varlığım qara təşnə,
Ardıc gözlü ocağım,
Çörək dolu tabağım,
Eşq havalı otağım;
Ocağım oy, eşqim oy.
Laxtalanmış bəxtim oy.
Dostların başı üstə
Qaldırılan taxım oy.
Payızın başı üstdən
Birər-birər qar gəlir...
Niyə belə soyuqdu?
Vətən mənə dar gəlir!
Vətən mənə dar gəlir.

27.10.2006

*********************



Pin It
07.12.2011

Müharibə evləri,
Qadınları taladı -
Kasıblaşdı, qocaldı,
Kişiləşdi qadınlar.
Yoruldular götür-qoydan,
"Neyləyim"dən, "nə edim"dən,
Gözləməkdən, təsəllidən,
Yordu fikir,
Yordu ümid,
Yordu həsrət,
Yordu yollar,
Yoruldular,
Qovruldular.
Kobud kişi əli olmadığından
Soyunub yatmadılar.
Bəs sonra?
Sonra da
Qəfil xəbərdən -
Qara xəbərdən -
Qorunmaq üçün
Üzü dənizə,
Üzü günəşə
Daşa döndülər...

1970
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Görkəmli yazıçı vəfat etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Ruhulla Axundov kimdir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının