Bizi izləməyi unutmayın

#Ədəbiyyat

"Rəssam, şəklimi çəkəndə gözlərimi qapalı çək"-Adilə Nəzərin şeirləri

17-01-2019, 18:50 | 2492 dəfə baxılıb.

Öncə dönmə başladı,
dönüb, sənə yönəldim...
Ardınca qorxutdular,
əyildikcə əyildim...
Sonra haqqı öyrəndim,
öyrəndim ki,
əyilmək sadəcə şükr üçünmüş,
bax onda həyəcandan tüm bədənim uçunmuş..
Sonra sayqı bəslədim...
Sonra sevdim könüldən...
İndi aşiq olmuşam..
Mən bu çətin həyatda cəzalar da almışam,
imtahan da vermişəm,
bu eşq ömrüm boyunca aldığım ən dəyərli
mükafatımdır mənim..
Ey doğmam, ey yaxınım,
Aşıqəm sənə, Tanrım!

****

Rəssam, şəklimi çəkəndə
gözlərimi qapalı çək...
Qoy görməyim
könlümü bulandıran heç kimsəni, heç nəyi...
Qoxusundan anlayım ən gözəl çiçəkləri,
ürəyimdən keçirim ən içli tabloları..
Saçlarımdan as məni şeirlərin yanına,
Elə as ki dodağım dəysin sözün alnına..

****
SƏNİ GÖZLƏSƏM, GÖZLƏSƏM

Aşkara görməsəm belə,
Yuxuda görüb sözləşəm.
Gündüz Günəş, gecə Ay tək,
Səni gözləsəm, gözləsəm.
Dəyirmanda yel olmazmı,
Sevən ürək kül olmazmı,
Gün, ay keçib il olmazmı,
Yolu sazlasam, sazlasam...
Sonra qan-tərə boyanıb,
Qəfil fikirdən oyanıb,
Gəlib qapına dayanıb,
Bir də sızlasam, sızlasam.
Gəlmiş-keçmiş nəsillərin,
Seçib yığsam əsillərin,
Sənin üçün fəsillərin
Cəmin yazlasam, yazlasam.
Tənə yeyirəm bu yaşda,
Xəyalın dolanır başda,
Çiçəkləyib quru daşda,
Yenə özləsəm, özləsəm.

****

İSTƏMƏM

Nə işi var dağda mən tək naşının,
Bu qədər gədik olmasın istəməm.
Namərd kəsin heç bir halda başının,
Mərd yanında dik olmasın istəməm.

Kim deyir ki qəmi olmaz hər ahın,
Bağışlanar sevən kəsin günahı.
Bu dünyada heç kimsənin, İlahi,
Kölgəsi də tək olmasın istəməm.

Keçmək olmur gözlərinin yaşından,
Öpmək olmur gənci qara daşından,
Heç ananın balasının başından,
Bircə əksik tük olmasın, istəməm.

Bəd günündə yad al geyər, dost qara,
Yaman günə yoldaş qazan, dost ara.
Getmək elə çətin deyil, dostlara
Yoxluğumun yük olmasın istəməm.

****

ÇƏTİNDİR YA HU

Lütf eylə, söylə, Ya Hu,
Kimə yanım- yaxınım?
Kimdən qaçım, İlahi,
Qaçım, kimə sığınım?...

Ya rəhm eylə bu cana,
Ya ətəyin silkələ...
Qanad çalır quş kimi
Ürəyimdə bəlkələr...

Sudan yaranır insan,
Yuxuları kəşf olur...
Niyə əli dəyən yer,
Yanır, od-atəş olur...

Qeyridir dinlər, irqlər,
Nəfs şərə meyl edir.
Ağlayan gözlər fərqli,
Gözyaşları eynidir...

Adilə, haqq arama, -
Gecədə yox, gündə yox.
Səndə olmayan nəsə,
Deməli heç kimdə yox...

Saraylar günah yeri,
Günahsız küçə, tindir.
İlahi, bu dünyada
Adam doğulmaq asan,
Adam ölmək çətindir...

****

SƏNİ XATIRLAYIRAM

Dikilir uzaqlara
hər axşam baxışlarım.
Boz dumanlı payızam,
kəsilmir yağışlarım.
Bir mənəm, bir buz otaq,
bir də ki, göz yaşlarım.
Xəyalındı, şəklindi,
duam və alqışlarım…
Yoxdu elə qüvvə ki,
məni səndən ayıra…
Səni xatırlayıram,
səni xatırlayıram…
Həyatın kənarında
unudulmuş yolçuyam,
iki sıfır uduzdum,
naşı bir oyunçuyam.
hər baxanda güzgüyə,
deyirəm niyə varam?
Anam demiş: ay mənim,
alnı ağ, bəxti qaram…
Səni xatırlayıram,
səni xatırlayıram…
Səndən sonra nə qədər
büdrəyib yıxılmışam,
nə qədər qəribsəyib
nə qədər sıxılmışam.
Yüz dəfə vurulmuşam,
min dəfə çıxılmışam.
Gərək yuyum üzümü,
oyadım gerçəkləri.
Yolum uzundu hələ,
a mənim könül yaram.
Səni xatırlayıram,
səni xatırlayıram…
Dərdə çarə olmadı,
nə ayinlər, əzanlar.
Həsrəti aparmadı,
payız donlu xəzanlar.
Məni yazıb qurtarmaz

bir ömür də ozanlar.
Yanıram için-için,
ölürəm aram-aram…
Səni xatırlayıram,
səni xatırlayıram…
Səninkidi bu şeir
çiçək kimi təzə tər.
Əsib hərdən gətirir,
nəfəsini küləklər.
Bilir nə çəkdiyimi,
bilir ayrı düşənlər.
Neçə ki yoxsan yoxam,
neçə ki varsan varam.
Səni xatırlayıram,
səni xatırlayıram...

****

DEYİRLƏR KI, GƏLDI, GETDI...

Dünya həm yaxşı, həm pisdir,
Pis də yaxşıyla ötüşür.
Olum da, ölüm də hissdir,
Gəlib alında öpüşür...

Ömür dediyimiz elə,
Özü də bir siyasətdir.
Bütün sevgi-məhəbbətin,
Sonu fərqli xəyanətdir...

İçimdə ayrı dünya var,
O, xəritədə yer almaz.
Çölümdə dünya dardı, dar,
Orada mənə yer olmaz...

Heç kim deməsin ki, ölüm,
Yaşla, iplə, ya qanladır.
Ölümün ən gözəlini,
Elə dirilər anladır...

Günəşi qovur Ay, qaçır,
Gül tikanı mənimsəyir.
Göylər ruha qucaq açır,
Torpaq üzə gülümsəyir...

Həyat budur: sual, nida,
Üç nöqtə və son, bitdi.
Salam, təşəkkür, əlvida...
Deyirlər ki, gəldi, getdi...

****

QAYIT GƏL QARDAŞ

Həsrətdir boynunu bükən,
Yolların daş-kəsək, tikan,
Nədi, ora səni çəkən,
Qayıt gəl, qardaş, qayıt gəl.

Hər işin agızda, dildə,
Nə qazandın əlli ildə,
Nə isin var qürbət eldə,
Qayıt gəl, qardaş, qayıt gəl.

Səsimə özüm kar oldum,
Dağıldım tarımar oldum,
Yoruldum, vallah yoruldum,
Qayıt gəl, qardaş, qayıt gəl.

Yoxdu seçən,yoxdu sayan,
Bu harayı bilən, duyan.
Nə cox yatdın, nə çox, oyan,
Qayıt gəl, qardaş, qayıt gəl.

Dilimiz ağıda qaldı,
Zəhərdə, ağuda qaldı,
Bacılar yağıda qaldı,
Qayıt gəl, qardaş, qayıt gəl.

Dağdağana lent bağladım,
Zəfər gözlədim, ağladım.
Bir nəfəslik can saxladım,
Qayıt gəl, qardaş, qayıt gəl..
Qarabağa, gəl, qayıt gəl.

****

MƏN QARABAĞAM

mənə şeirlər yazma,
mənim şərəfim uğrunda vuruş.
mən Qarabağam…
bacarsan ağrılarıma, acılarıma
duruş gətir duruş…
mən Qarabağam,
otları, çiçəkləri, kəpənəkləri Tanrı dilində oxuyan.
hər misrası, hər hərfi qan qoxuyan…
mən Qarabağam.
minlərlə şəhid oğulların anası,
vətənin çiliklənən aynası…
mən Xocalıyam,
hər il yaralarının sağalmasına ümid bəsləyən,
ər oğullarını qisasa səsləyən.
mən Kəlbəcərəm, Şuşayam, Laçınam..
bağlı qalmış qapınam,
düyün düşmüş saçınam,
mən vətənəm,
mənə şeirlər yaz,
könül parçalayan, ürək dağıdan,
seyrçi qalma belə,
gəl, al məni yağıdan.
mən Qarabağam!

****

ÜZGÜN-ÜZGÜN

Əqrəblər arası əriyib gedən,
Saat üzgün-üzgün, an üzgün-üzgün.
Bir sevgi oxuymuş qəlbimi güdən –
Axır gözlərimdən qan üzgün-üzgün.

Hardadır rahatlıq adında o taxt,
Bir anda dəyişə alnımdakı bəxt,
Varmı bu yaradan olmayan "xoşbəxt",
Üzülür, süzülür can üzgün-üzgün.

İnandım nağıla - gözlərim dola,
Tükətdim ömrümü qəmlə qol-qola..
Gecəni birtəhər verirəm yola,
Açılır üzümə dan üzgün-üzgün.

İçimdə bir işıq - durudan duru,
Yalvardım Tanrıya o nuru qoru...
Ürəyim, nə dayan, nə də ki yorul,
Görmədin, bilmədin san, üzgün-üzgün.

Adilə, bir daşdın, ya da ki qaya,
Susubsan, sus yenə, gələn yox haya,
Götür addımını get saya-saya,
Ötür, keçən ömrə yan, üzgün-üzgün.

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Keçən günlərimi gətirdim dilə-Eldəniz Uğurun şeirləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Pərvin: "Sevdim səni"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Nə gözəl xəyallar qurduq səninlə.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının