Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Miskin evlər-Hekayə

24-01-2019, 12:00 | 2602 dəfə baxılıb.

Üzü bozarıb qaşqabağını sallayıb ağlayır evlər.Miskin bir görkəmə düşüb.Kosmosdan çəkilən şəkillərdədir günah deyirdim öz-özümə, sonra gördüm, yox, bu elə belə bir təsəllidir.Bir vaxtlar mənim xoşuma gələn, ağayana görkəmi olan o evlər indi köntöyləşib, danlanıb mısmırığını sallamış pisikmiş adam kimidir.Bax, danlanmış uşaq kimi deyil bu evlər, danlanmış böyük kimidir, çünki böyüklər danlananda üzləri bozarır, onlar təkcə yazıqlaşmır, onlar həm də içlərində boğduqları hikkənin rəngini çökdürürlər sifətlərinə.

Bu şəkildə ən çox Dilara mamagilin evinə yazığım gəldi.Onların evi həqiqətən ağlayırdı.Bu ev ən qəşəng ev idi, onun tərzi, aynabəndsiz balkonu, balkonun oymalı naxışlı taxta məhəccəri mənim çox xoşuma gəlirdi.İki döngəli pilləkan da evinin qabağından, balkonun düz ortasından aşağı enirdi, balkonun bir də eyni məhəccər kimi oymalı taxta qapısı da vardı.Qapının balaca zirəzəsi içəridən taxılırdı.Dilara mamagilin balkonundan baxanda bizimkindən fərqli mənzərə görünürdü, onlardan daha uzaqlara baxa bilirdin, Dəvəboynu əl içi kimi görünür, hətta Dəvəboynundakı üç vışka da buradan daha aydın seçilirdi.

Ev Dəvəboynundan nə qədər uzaq olsa da onunla qabaq qənşər idi.Amma arada dərəli təpəli çox yer var idi, az qala yarım günlük.İvananın bir tərəfdən arxasına düşən Qızıl qayanın da bir tərəfi görünürdü.Amma bizdən Qızılqaya heç görünmürdü, İvana tamam kəsirdi onu qabağını, Ağ Tap da görünmürdü, Ağ tapdan aşağıda qoyun günlənən adsız təpə də, Qəhrəman təpəsi də, Sarı təpə, Şəymən gölü, qəbirsanlıq da görünmürdü.Bir də aşağı baxanda Kəkilli, Sarımsaqlı təpə, Yatağa enən yol,Kəkillinin tütünlüyü, biçənək də görünürdü.Biçənək dedim, vallah da billah da burnuma ordakı yonca gülünün qoxusu gəldi.Onu deyirəm o papırrı bənöyüş yonca gülünü.Harda olsa onun iyini uzaqdan tutar, o iyin yolu ilə gedib o yoncalığı tapar, o papırrı gülü yığardım.İyisi məni məst edərdi.Hələ indi də ətir alanda o yoncagülünün iyisini axtarıram.

O zaman bu evlər o adamlara, o dağlara, təpələrə, gül ətrinə şahlanırdı.Bu evlər o zamanlar çox çəkmişdi bu yonca güllərinin ətrini divarlarının canına.Bizim ev yaz gəlib molla başı çıxandan evə daşıyıb qom qom masanın üstündə suya qoyduğumuz güllərin ətrini yaddaşından çıxarmaz yəqin.Mollabaşı tez solurdu, evə gətirib qom bağlayana qədər başını salırdı, həm o zərif balaca olduğundan qom tutulub suya qoyulmurdu.Bənövşə çıxırdı, onu balaca qom bağlayırdıq, sonra nərgiz çıxanda anam dedi nərgizdən yaxşı iri qom bağlayıb ortasına da bənövşə qoyun, qəşəng olsun, həm də ikisinin də ətri bir yayılsın evə.İndi divarlarımızın yadındadımı görən o bənövşəli nərgiz qomları, o ətirlər?

Yox, yəqin ki, evimiz kimi divarları da bizdən küsüb yaddaşını itirib, yoxsa o yaddaşla o iztirabla indiyə qədər qala bilməz uçardı.Amma görürəm ki, o kənddə bir ev də uçmayıb, onların hamısı bizə xidmət etdiyi kimi indi də erməniyə xidmət edir.Bizim satqın evlərimiz, nankor evlərimiz, bizə naxələflik edib düşmənə sahib çıxan daş evlərimiz.Daşdır də nə olacaq, durub bizim dalımızca ağlayıb sızlayıb vərəm tutmaycaqdı ki, mamır bağlasa da erməni onun mamırını təmizləyib içində kef eləyir indi, biz də uzaqda uzağa çiynimizdə daş qaldırıb tər töküb tikdiyimiz evimizə indi, ilin günün bu çağında hansısa erməninin yazığı gəlib çəkib kiməsə göndərdiyi, o da yekəxana yekəxana “alın a yana yana qalın a”, məndə kənd şəkilləri var deyə deyə feysbukda paylaşır, görənlər də altından ağlamalı şərhlər yazırlar, həsrət sözlərini ipə düzürlər.Mən şəkillərə baxdıqca evlərə hirslənirəm ki, niyə uçub o ermənini altında qoymur, niyə əlimizin əməyini ona buna peşkəş çəkir.

Amma yox, sağ olsun bizim evi,o özünün ev namusunu qoruyub, ermənini 7 gündən artıq saxlamayıb, öldürüb.Bizim evdə yaşayan erməni qadın giley edirmiş ki, biz kəndə gəlib ev axtaranda gördük burada çoxlu kitab var, ev ziyalı evinə oxşayır, dedik elə biz də ziyalıyıq, gəlin ziyalı evini tutaq.Evi tutduq, ancaq biz gələnə qədər evi talamışdılar, çox şeyinizi aparmışdılar,qalanları da biz yığıb saxlamışıq.Anam deyirdi gözünə girsin saxladığı, evdə yaxşı nə varsa dedi qoy bu bizə qalsın, atam da ona erməni nəfsi keçdi artıq qoy qalsın deyə evin ələ gələn hər şeyini onlara qoyub bir çuval kitab, şəkillər,bəzi tək tük sənəd, xırda para anam demiş bir iki əməlsiz yorğan döşək, üç dörd qab qab qacaq götürüb.

O boyda evdən vur tut bunlar gələsi imiş.Erməni qadın deyib baxın sizin kitabları da qoruyub saxlamışıq, deyə atamgili evin dalına aparıb bizim kuşetkanı göstərib.Zalımlar heç olmasa içəridə də qoymayıblar qala, aynabənddəki kuşetkanı çölə qoyub içinə kitabları necə gəldi doldurublar.Atamgil kitabları yığıb gətiriblər, ASE ensklopediya, uşaq ensklopediyası, lüğətlər, mənim məktəbə getməyən vaxtlarımda şəkillərindən hadisələrini əzbərə bildiyim Füzulinin “Leyli Məcnunu”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvanı”, “Vis və Ramin”, “Kəlilə və Diminə”, “Hophopnamə”, və s.gözümü açandan üstündə ailəcə hamımızın xatirəsi olan kitablar.Amma mənim xatirə dəftərim gəlməyib, mənim sevə sevə düzəltdiyim herbarim, kosmonavt şəkillərindən düzəldib yazılarını fəxrlə rusca yazdığım albomum, onuncu sinfə qədər saxladığım gündəliklərim, birinci sinifdə sıx cızdıya yazdığım xəttimin gözəl olduğu üçün qoruduğum dəftərim, daha sonra inşa dəftərlərim, kitab kimi səliqəli dəftərlərim, tikmələrim, qəzetlərdən kəsib yığdığım maraqlı yazılar, kosmos şəkilləri, yarım qalan ikinci albom.Xatirə dəftərimə lap çox hayıfım gəldi.O vaxt onuncu sinifdə uşaqlar xatirə dəftəri tutar və müəllimlərdən gizlin yazardılar.Uşaqlar elə bilirdilər mən atamdan qorxub xatirə dəftəri tutmayacam.Amma mən fərqli xatirə dəftəri tutdum və heç qorxmadan açıq aşkar hamıya verdim yazmağa.

Çünki mənim dəftərim maraqlı idi, mənim uşaqlara maraqlı suallarım vardı və girişdə də müraciət yazmışdım ki, sadəcə bu suallara cavab yazılsın.Bir gün sinifdə uşaqlar hansısa dəftəri yazırmışmı, baxırmışmı bilmirəm, dəftər rus dili müəlliminin əlinə keçdi.Elə bu vaxt sinifdə bir dalğa xısınlaşma getdi ki, sənin qanın batdı, direktor səni öldürəcək, Qönçə daldan qələmin ucu ilə kürəyimi deşdi ki, dəftərin müəllimin əlindədir, indi nə olacaq.Hamı təlaşlıdır.Mən dönüb Qönçəyə dedim ki, qorxma, o dəftərdə qorxulu bir şey yoxdu.Cəfərov ayaq üstə gəzə gəzə dəftəri xeyli araşdırdı, oxudu, hər yerinə baxdı, dəftərdə adım yazılmamışdı, ya da onun gözündən qaçmışdı bilmirəm, axırda Cəfərov gözlüyün arxasından baxıb dəftəri də əlində sinfə göstərərək dedi,bu dəftərin sahibi kimsə böyük adam olacaq, mən ilk dəfədir bu kənddə belə xatirə dəftəri görürəm, bu dəftərə xatirə yazmaq lazımdır.Sonra dəftər kimindir dursun götürsün dedi.Mən dəftəri götürmək üçün ayağa duranda Cəfərov heç təəccüb etmədi, heç bir söz demədi, sakitcə dəftəri gətirib mənim qabağıma qoydu, üzümə baxıb razı bir ifadə ilə getdi. Dərsə davam etdi.İndi mənim o dəftərə çox heyfim gəlir, o gündən sonra bizim məktəbdə hamı xatirə dəftərinin stilini dəyişdi, artıq mənim suallarımı yazır və qorxmadan cavab verirdilər.Çünki bu sualların arasında sən kimi sevirsən, kim səni sevir kimi utandırıcı suallar yox idi.

İndi o miskin evlər bizim hansı xatirəmizi qoruyur, görəsən? Heç birini yəqin, yəqin o evlərdən, o evlərin divarlarından, döşəməsindən, tavanından erməni nəfəsi sildi yox elədi bizim xatirələrimizi, bizim oraya hopan nəfəsimizi perikdirdilər.
İndi erməninin göndərdiyi şəkillərə baxıb köks ötürürük, gövşəyimizə gətiririk o dərələrdə, o təpələrdə gəzməyimizi, o çöllərdə ot biçib odun kəsib meşələrdə allahın bərəkətindən meyvələr dərib yediyimizi.Kol armudu, cır alma, əzgil, indi zoğalın tam mövsümüdür.Bir azdan cöyüz-fındıq dəyəcək.Hələ zirniç, yayda susuzlayanda zirnicin yarpağını yeyirdik, payızda meyvəsini.Bizim meşələrdə qış yaz hər zaman dişə vurmağa nəsə olur, hər mövsümdə meyvə vardı.Qara moruq, qırmızı moruq, böyürtkən.Yaz gəlib gün çırtlayandan camaat meşələrə, çotalara vururdu özünü, süntürük, xımı, qazayağı, yemlik, qıjı, quzuqulağı, qoyunqulağı, sarımsaq, cıncılım, yalotu, əvənköməci, əvəlik yığırdılar, daha nələr vardı, mən adlarını bilmirəm lap lap çoxunun.Hə indi bunları sadala, sadala, özü-özünə tez-tez de ki, yadından çıxmasın, a haqqıxlı.


Şəkillərdəki o miskin evlər bir zamanlar nə qədər canlıydı, diriydi, rəngliydi, nəfəs alırdı elə bil.İndi ev şəkildən mənə baxıb ağlayır, sanki başını qabağa əyib peşmanca büzüşüb ağlayır.Dilara mamagilin evi ən çox da.Əyilib elə bil, başını aşağı əyib, boynunu büküb.Şəkil üzbəüz çəkilib bəlkə ondandır.Amma ev rəsmən ağlayır şəkildə, o erməninin çəkdiyi, içində erməni yaşayan ev.Sonra onun yanında Hürü xalanın-Qəhrəman Hürüsünün, ordan Vahid əminin evi, üstə Taryel əmi, Talıb əmi, sırayla Eldar əminin evləri görünür.Bu yana gələndə Simzərin evi görünür uzaqdan, bəri gələndə Kərimovun, Mahmudun, Hüseyin müəllimin evi, ondan bəri gələndə də İbrahim əminin evi.Burda durmalıyam, İbrahim əminin evi bəlkə uzaqdan balaca sadə görünürdü, amma bu ev bir kompleks idi.
Evin özü gözəldi, ayrıca çörək damı, dovşan damı- buranı sonra cücə damı elədilər, əslində bura boyalı qəşəng ev idi, əl damı, mal damı, it damı vardı.Düzdü kənddə bütün evlərdə bunlar var, amma İbrahim əminin evi fərqli idi, üç yerdən qapısı vardı həyətin, evinin isə iki.

Əsas qapı sement beton pilləkəndi, Təpənin yanındakı taxta qapı, bir də Süleyman babanın evi tərəfdən keçid qapısı.Ən çox əsas pilləkanlı qapıdan xoşum gəlirdi mənim, çünki buradan həyətə pilləkənlə çıxılırdı.Evin içi də maraqlı idi, təzə evdə-bizim kənddə hər evdə ayrıca qonaq otağı vardı və bu qonaq otağına təzə ev deyirdilər, oraya evin ən gözəl, ən təzə əşyaları qoyular işlədilməz, bu otaq sadəcə qonağa açılardı.Onların qonaq otağının qapısında sarı məxmər teatral pərdə vardı, mən hər onlara gedəndə bu pərdəyə baxardım uzun uzun.

Bizim evdə belə pərdə yox idi, çünki atam heç pərdə sevməzdi.Amma çox sonralar özü uzun pərdələr almışdı aynabəndə.Servantlarının üstündə çoxlu füqurlu cürdəklər vardı, onlar servanta bufet deyirdilər,həm də onlarda iki servant vardı, iksinin də üstündə rəngli qəşəng müxtəlif ölçülü cürdəklər və bəzilərinin də içində durna teli, süni gül vardı.Bizdə də cürdək vardı, amma bizdə süni gül yox idi, cürdəyimiz də o qədər çox deyildi.Masaüstü büllur saat vardı, çox ağır idi.Bir də onların divarında gözümü çəkə bilmədiyim böyük bir savaş tablosu vardı.Uzun uzun baxardım ona, amma anlayammazdım.

Mənə elə gələrdi ki, bu tablodakı savaşda döyüş sonrasını təsvir ediblər,yarı çılpaq bir birinə sığınmış, sanki qorunurmuş kimi bir birinə söykənmiş insanlar, yerdə böyüklərin ayaqları altında uzanıqlı uşaqlar.Amma heç kimin əlində silah yox idi, ona görə mat qalıb anlaya bilmirdim.Müəllifinə baxmaq o zaman ağlıma gəlməmişdi, sonralar bu şəkli çox axtardım, heç yerdə rast gəlmədim ona.Deyirdim bəlkə bu əsl tablonun surətidir, əsli muzeylərdə olar, hətta Tretyakov qalereyasında bu tablonu axtardım tapmadım.

Şəkildə İbrahim əminin evindən sonra Razim əminin evinin bir tərəfi düşüb, onun da evinin damında quş yuvası kimi gözəl balaca bir aynabənd vardı, bu o evi gözəl ağayana göstərirdi.Ordan keçəndə Qədim əminin, ordan da bizim evdir.Bu evlərin heç biri ağlamır, bu evlər susub.Bu evlərin hər biri bir ifadəylə bizə baxır o şəkillərdə.İbrahim əminin evi təlatüm yola salmış bir yorğunluqdur, Qədim əminin evi “hələ bir qoy görüm sənə neyləyəcəm” pozasındadır.Razim əminin evi sanki Raya bibinin uzaqdan Əfruzu çağıran səsini yollayr bizə.

Hüseyin müəllimin evi üzü Sarıtəpəyə, o uzanıb gedən dağların ardınca uzun uzun baxır, nələr olur deyir.

Bizim ev isə susub düşünür, çöməlib əllərini dizlərinə dirsəkləyib dərin fikrə gedib.Fikrə gedib, bütün gücünü toplayıb fikirdən qayıdanda sıxıb içindəki yad adamı.Evimizdəki yad anlamayıb ki, hər adam hər evdə yaşaya bilməz, hər evin də adam kimi ruhu var, canım sənə desin, hissi var, əli ayağı var.Gözünə dönüm ay ev, sən gəl sənə sahib çıxmaq istəyən ermənini, həm də sapa sağlam donuz kimi ermənini yıx canını çıxart.

Erməni arvad deyib: ərimini heç nəyi yox idi, nə xəstə deyildi, nə heç nə.Gəldik sevinə sevinə yığışdıq evə, ərim başladı yazı makinasını qurub yazılarını yazıb qəzetə göndərməyə.Elə ilk yazısını yazdı, o da yarımçıq qaldı, sizin ev vurdu onu.O ölməzdi, vallah ölməzdi, sağlam adam idi, nə oldu bilmədik, həkimlər də dərdini bilmədi, dağ kimi adam birdən birə qəfil yıxıldı öldü.Altı gün yaşadı, yeddinci gün qəfil öldü, e birdən, başa düşürsən qəfil, ev vurdu onu.Erməni arvad anamla atamın əl ayağına düşüb ki, nə olar deyin, bu evin bir sirri var, deyin nədir sirri?Ərimi vuran nəydi.

Atamla anam əllərinin qabarı ilə tikdikləri evə son dəfə baxıb birdəfəlik çıxanda dönüb bir də içəri baxıblar, o zaman artıq içəridən yad nəfəs üzlərinə dəyib.Ev onların dalınca yad nəfəsi içindən qovur, amma yad nəfəs bir daha içəriyə üfürülür.Ər isə yazı adamı olub, bu evin ruhani havası, ocağın gücü özünü göstərib.
Yad nəfəs.

İndi o evləri miskin edən də o yad nəfəsdir.Şəkillərdə belə yad nəfəs bir yel kimi, hava kimi durur evlərin başının üstündə.

AYİŞƏ NƏBİ

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı

Dördüncü mərtəbədən yıxılan uşağı havada tutdu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə

Sənədsiz evlər rəsmiləşdirilə bilər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Yeni evlər veriləcək

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının