Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Söz rəngli göyqurşağı..

11-02-2019, 16:30 | 3442 dəfə baxılıb.

İlham Qəhrəman! Bu ismin bir başka doğmalığı var məndə. Bu isimdə görmədiyim Laçınımın qoşalaşan, sıx meşəli İşıqlı dağının, Zoğal burnunun, doya-doya ciyərlərimə çəkə bilmədiyim Xırman dərəsinin tər-təmiz havasının, için-için alışdığım zaman ovuc-ovuc buz kimi suyunu birnəfəsə başıma çəkə bilmədiyim Qırxbulağın həsrətinin hərfləri cəmlənib. Çox düşündüm, haradan və necə başlayım deyə. Baxdım ki, köksümdə düyümlənən görmədiyim Vətən ağrısını şair sözlərlə elə gözəl tablolara döndürərək ürəyin divarlarından bir-bir çərçivələyərək asıb. O tablolardan duya bildiklərimin eşqiylə şairin yaradıcılığına oxucu baxışı keçirtmək istədim —bu sətirləri oxuduqdan sonra:

Həyatımızı sınaq meydanı etdilər-
Kimin nə ağlına gələr..
Kimin nə kefinə düşər.
Vay o gündən,
Aşağıdakı ağacın kölgəsi,
Yuxarıdakı ağacın üstünə düşər!

Altı sətrlik bir şeirdə özümü dərk edəndən bu yaşıma qədər olan həyat yollarını yüz dəfə getdim-gəldim bircə anlığa! Nə qədər böyük hikmət, nə qədər dərin fikir—anlamasını bilənlərə əlbəttə. Məhz bu sətirlərin izinə düşərək şairin yaradıcılığına səyahətə başladım .

Yəqin ki, şairi dərindən tanımaq istəyənlər üçün də maraqlı olardı. O zaman ilk tabloya baxaraq qələmimi ağ varaqlara toxundurmağa başlayıram :
Laçın rayonu, Sus kəndi! 1959-cu ildə Umud kişinin evində bir körpə dünyaya gəldi. Gəlməsinə gəldi də, nə zaman böyüdü, necə böyüdü özü də bilmədi. Bir zaman gözlərini ətrafa zillədiyi an, özünü bir yazı taxtasının qarşısında görməyə başladı. Əslində hər şey görünə bilirdi, amma dərk edə bilməsi hərflərin sehriylə başladı. Elə sehr ki, nə palçıqlı küçələr, nə yamaqlı geyimlər, nə bir parça quru çörək—kitabların verdiyi dad kimi olmadı. Və beləliklə orta təhsilini uğurla başa çatdıran şair Bakıya doğru üz tutmağı qərara alır. Əslində mühasib ixtisasına yiyələnsə də, hələ orta məktəb illərindən sözün rənglərini bir-bir seçərək göy qurşağı yaratmağa başlamışdı. Ustalıqla seçilmiş söz boyaları şairi ədəbiyyata 1980-cı ildə gətirmişdir.

İlk dəfə 1986-cı ildə “Ulduz “ jurnalında şeiri çap olunan şairin sonrakı illərdən indiyədək “Gülüm yarpıza döndü”, “Ağlama qu quşu”, “Ey dil”, ”Sevgi durna çırağıdır”, “Tehranda əsir dağlar”, “Ağlama, qələm eşidir” adlı kitabları dərc olunmuşdur! Bəli, ilk tablonun əsas rənglərini görmüş və anlamını anlamış oldunuz. İndisə növbəti tablolara keçək, hansı ki, onları hiss edə bilmək üçün şairi yaxından tanımaq gərək. Amma məlum—mən şairi yaxından və uzaqdan tanımıram. Şairi anlamaq üçün ruhunu verdiyi şeir tablolarına bir izləyici kimi baxmaq istədim—bəlkə bir şair dünyasında tüğyan edən çırpıntıları, fırtınaları azacıq da olsa duya bilim deyə—bu şeirində hiss etdiklərim kimi :

Məni bir ağac hesab eləsən-
Hər budağımda bir xatirəmi.
Bir budağımda o gizlin,
Görüş yerini unudarsan.
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağını-
Öpüş yerini unudarsan!

Əslində ağac köküylə torpağa bərkisə də, budaqlarıyla göylərə yüksəlir də, insan da ürəyiylə bərkiyir, ruhuyla yüksəlir. Şair şeirindəki ürəyinin gücünü, təmizliyini, saflığını, ruhunun da sədaqətini, iffətini ifadə edib —qarşısındakı xəyali gözəldən də eynisini budaqların çarpazlarına uyğun olaraq istəyib unuda bilməsin deyə.
Şairin sevgi şeirləri çoxdur-bəli. Amma bir az fərqli yanaşmaq doğru deyə düşündüm.
İlk bilirsiz nə diqqətimi çəkdi? Şair verdiyi müsahibələrin birində deyir:
-Bakıya 1978-ci ildə gəlmişəm. Belə demək mümkünsə, qaçqın statusum yoxdur! Amma işğaldan əvvəl əlimə fürsət düşən kimi ilin hər fəslində Laçına gedib gəlirdim!

Amma gəlin görək qaçqın statusu olmayan bir şairin qələmindən hansı dərd yağır:

Bu uşağın sir-sifəti
Ağactək sevdiyi,
Xiffətini çəkdiyi
Torpağa oxşayır.
Bu uşaq susuz ağacda,
Bürüşən yarpağa oxşayır!

Bəlkə də adi söz kimi görünür. Ancaq o qədər kədər, o qədər sızıltı, o qədər ağrı var ki, bu sözlərdə. Hətta ağrının yara izləri şeirlərə elə sıçrayıb, elə sıçrayıb oxuduqca insan gözlərinə söz keçirə bilmir. Acınacaqlısı bilirsizmi nədə? Uşaqlar uşaqlığında yaşadığı sevinci və kədəri ömür boyu unuda bilmir—hər nə qədər həyatı dəyişsə də—yaxşıya və pisə doğru. Şair də özünün uşaqlığından gəncliyinə qədər olan o çətin və heç zaman geri döndürə bilməyəcəyi o xoşbəxt, qayğısız çağlarını heç zaman unuda bilmir —yəqin ki, də unuda bilməyəcək də—elə bu şeirində unutmadığı kimi!

Telli balam, elə indicə,
Laçında ardıc meşəsiylə ,
Üzü enişə çaya endim.
Yoldakı ardıcın altından keçəndə
Qolunu boynuma saldı, əl tutdu.
Saqqızı əlimə yapışdı.
Kor tikanları qulağıma,üzümə batdı.
Budağında buğda dimdik
Qaratoyuğu dinlədim.
Acıya çalan ətrindən pay qoydu,
Büküb burnuma düyünlədi.
Ayrılanda gözüm nəmlədi,
Əlim titrədi.
Telli balam,
Laçında ardıc ətri, həsrətin ətridi,
Hara gedirəm o ətir mənimlədi.

Gəl indi Vətən görməyən gözlərim -ağlama, Vətən duymayan ürəyim -sızlama!Necə dözmək olar həsrətin açdığı göz bağlamayan yaralara— bunları daşıyan bir şair olarsa hələ ki, gəncliyini Laçın torpağında yaşayan bir şair! Özü demiş:

Ayrılıq, dostum aradan ,
Sel aparan körpüdü.
Sənə iki yol qalır-
Ya geri qayıtmaq,
Ya dizi qucağında,
Çayın qırağında oturmaq.
Birinciyə ürək lazımdı,
İkinci də ürək istər,
Baxır sən hansı ürəyə sahibsən!

Bəli, yalnız o ürəyi daşıya bilənin köksü Vətən həsrətindən dağ-dağ olar! Gündüzləri belə sayıqlayar həsrətinin yuxularını. Elə bu şeirində gördüyü yuxu kimi!

Nə vaxtdı sayırıq günləri,ayı
Nə vaxtdı sağ gözüm Zabux çayıdı.
Nə vaxtdı sol gözüm-Həkəri çayı.
O vaxtdan boğazım Çayqovuşandı,
Bu da bir gecədi, belə yaşandı,
Bu gecə evimiz yadıma düşdü.....

Bu sətirləri oxuduqca babamın təsbehini qoynunda gəzdirən nənəm gözlərimin önündə durdu. Hər səhər o təsbehi çıxarıb bir az baxdıqdan sonra dərin bir ah çəkib, təsbehi körpə uşaq kimi sığallayıb, sonra da öpərək yenidən qoynuna qoyar. Bir dəfə sual etdim, səbəbindən qanadı qırılmış göyərçin kimi əllərim yanıma düşdü.

Sən demə bu təsbehi babam həyətlərindəki fındıq ağacından oyub düzəldibmiş. İndi hər o təsbehə baxanda —o fındıq ağacı, onun kölgəsində oynaşan 9 uşaq yadıma düşür —deyir. Baxın, şairin bu şeiri də məhz hər kəsin yaşadığı bir xatirəni canlandıra bilmək gücündə. Nə deyim, Allah yuxularını bir gün çin etsin deyirəm, şair! Bir gün sən də azad ola biləsən həsrətinin qəfəslərindən, bir gün sən də Laçının üzərindən deyil də, ürəyindən uça biləsən—əgər azad ola bilsən. Amma şair azad ola bilməz necə ki, sən demisən!

Xalqım,
Yaxşı şairlər üçün,
Dar ağacın var olsun,
Kəndirini daram tut!

Xalqım,
Yaxşı şairlərinə,
Adəmə buğda kimi,
Azadlığı haram tut!

Nə deyim, bilmirəm axı! Mənim kimi kiçik barmaqlar bu cavabsız sualların cavabını tapmaqda aciz! Amma unutma şair, sözü dəyərə, qiymətə gətirən əsl şairlər hələ də var—siz və sizin kimi şairlər. O “azadlıqda” gəzənlər qoy gəzsinlər—bir gün Sözün dar ağacından asılacaqlar əmin olun. Və bu gün də, o gün də sizin və sizin kimi şairlərin veriləcək bir cavabı vardır:

Bu da belə zamanadı,
Söz alan, söz satan var.
Bazar gördüm deyən yoxdu,
Ədəbiyyata gəlib ,
Nə gördün-
Bütün ölçülər yerindədi,
Meyar gördüm deyən yoxdu.

Kim deyə bilər
Yazdığın səmimi deyil.
Qəm yemə kölgədəsən-
Sən yazanı yaza bilmək,
Hər şairin yemi deyil!

Kəlmələri seçə-seçə cümləmin sonuna gəldim axır ki. Son olaraq elimin şairinə bir sözüm var, hər kəs şeir yaza bilər, amma ŞAİR olan sizin kimilərdir İlham Qəhrəman—TANRI SİZİ QORUSUN!

MƏRYƏM ƏLİYEVA

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Mən sevirəm payıztək,əsən yeldən qorxum yox-Məryəm Əliyevanın şeirləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Üzeyir Abbas:"Kafedə 21-25 yaşlı bir qıza..."

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Köhnə məktublar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının