Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Şeirimizin Şahnaz Şahini-Məryəm Əliyeva yazır

23-02-2019, 16:00 | 3992 dəfə baxılıb.

Möhürlü imzalardan biri. İxtisasca həkim olan şeir xanım! Bir xanıma gərəkli olan bütün yüksək keyfiyyətləri—kübarlıq, nəciblik, baxımlılıq, ədəb, əxlaq, mərhəmət kimi hissləri ruhuna hopduran gözəl insan!

Bir xanımın dünyasını bir xanım gözəl anlayar deyirlər də, görəsən bu kiçik ürəyim dağ boyda ürəyin çırpıntılarını duya biləcəkmi? Qələmi layiqincə daşıyan ruh insanlarından yazmağı qərara aldığımda xanım olaraq Şahnaz Şahin üzərində dayandım. Nədənmi? Özüm də çox düşündüm. İlk ağlıma gələn ixtisas yaxınlığımız oldu.

Bioloqla həkim münasibəti insan və həyat üzərində bərabər nöqtə qoyar deyə düşündüm. Və şairənin şeirləriylə yaxından tanış olandan sonra köksüm altındakı döyüntülərin əbəs yerə atmadığını anladım. Bəli, məni məhz bu sətirlər riqqətə gətirib, ürəyimin vədəsiz yatan duyğularını özünün sözlü məlhəmiylə sağalda bilərdi. Ürəyiniz dərd görməsin deyərək həkim xanımın şeir dünyasını adasından dənizinə, Günəşindən Ayına kimi baxış bucağımda saxlamağa çalışaraq bir-bir yığdığım kəlmələri sətirlərə düzməyə başlayıram—ruhuma çökən şeiriylə:

Gecənin səhər ağrısı var,
Qorxu çəkir hey.
Ta nağılla inanmır,
Ürək çökür haa.
Bir ismarıc göndərib ,
buludlar mənə.
Gözlərim iltifat edib,
Yağış tökür hey.
Bu da belə bir axşamdı,
Əgər istəsək,
Lap bu saat Ay çıxar,
Günəş doğar ha.
Gecənin ortasından ,
Səhərə yol var.
Bir sevgi ətəyindən,
Çəkib aparar.

Ruhun məngənə arasından fəryadı deyərdim. Eyni zamanda ümidlərin təsəlli etməyə çalışması. Gəlin bu xəyal dənizində üzməyi məharətlə bacaran su pərisinin sahilə can atma çırpıntılarını birgə seyr edək.

Şanhaz Şahin, yəni Babayeva Şahnaz Feyzulla qızı. Bəlkə də çoxunuz üçün Şahin təxəllüsü maraqlı olar. Şahin qartal növündən olan quşdur. Qartallar həmişə ən uca, ən əlçatmaz zirvələrdə yaşayır axı. Hər zaman da həyatda qalib gələ bilmək üçün bütün əngəllərdən məğrur çıxır. Məhz bu əzmli xanım da eyni iradəyə, eyni mənəvi gücə malikdir. Nə deyim, hər zaman zirvələrdə olmaq diləyi ilə səmanız açıq olsun.

Şairənin yaradıcılığında ilk məni cəlb edən bu sətirlər oldu:

Yanağımda ilk müəllimin
sillə həddi,
Saçımda yoldan tapdığım lentin,
Acı parıltısı.
Qulağımda qonşu partada oturan
Qızın “bu mənim lentimdi”
Pıçıltısı.
Sürətlə sifətimə çırpılır
Qaynar qanımın qızartısı
Robot əsridi indi,
Şagirdə çırtma vurmağa müəllimin
Nədir həddi.......

Sətirləri oxudum və uşaqlığımdan bu günə kimi yaşadığım və heç zaman unuda bilmədiyim acı xatirələrim yenidən öz kösövlərini dəmirçi kürəsi kimi yanan yaddaşıma toxundurdu. Bəli, uşaq ikən çoxumuzun saçlarını hörükləməyə lenti yox idi. Ya kiçik bez parçasıyla, ya da kiminsə bəyənməyib tulladığı rəngi solmuş, cırılmış lentlərini tikərək min bir həvəslə təzə imiş kimi bağlayardılar. Sevincimiz yerə-göyə sığmazdı. Ta ki, ömründə nahar yeməyində pendir -çörəyin həzzini yaşaya bilməyən, amma süfrəsində quş südü əskik olmayan biri düz gözlərinə baxaraq—yenə kim verib lentini ?—deyənə kimi! Elə o andaca bütün həvəsin zəlzələ kimi üzərinə elə çökürdü ki, altından sağ çıxdığına inanmırdın. Şairənin bu sətirləri məhz yaşadığımız belə anların heç də filmlərdə deyil, məhz çoxumuzun yaşadığına misaldır. Həmçinin şeirdə müəllim sözünün əvəllər necə böyük olması, müəllim cəzasının yersiz olmaması sayəsində yüksək ixtisaslı və ədəbi mühitdə sözüylə şeirləri müalicə edən həkim, şairə xanım kimi yetişdiyini varlığıyla bir daha sübuta yetirmiş olur. Bu da indiki dövrün məktəbdən, müəllim tərbiyəsindən uzaq olan bəzi dırnaqarası valideynlər üçün tərs sillə olsun deyirəm—şairənin son sətirdəki sözləriylə.

Eyni zamanda şairənin yaradıcılığında qadına dəyər, qadının zənginliyi, qadın ürəyinin labirintləri də ustalıqla keçilə bilmişdir.

Mən bir az çöl qadınam,
Bir az da orman qadın.
Bir az şeir qadınam,
Bir az da roman qadın.

Qadınam,qadın..Ana
Hər dərdə sipər qadın.
Bətnimdə böyüyübdü,
O Həcər, Nigar qadın...

Leyli mənəm, Şirin mən,
Ocaq qadın, pir qadın.
Tanrının yaratdığı,
Ən gözəl əsər...Qadın!

Nə deyim, nəyi yazım bu sözlərə İlahi! Bu sətirlərdən ilhamlanıb uca Tanrıya bir daha minnətdar oldum—mən də qadınam deyə!Şairənin qadına, qadınlığa verdiyi dəyərə cavab olaraq özünün yazdığı şeirindəki bu bəndləri yazıram:

Dənizdə fırtına doğub elə bil,
Bu qız adi Allah bəndəsi deyil.
Saçları Günəşin saçaqlarıdı,
Sular qırçın-qırçın səcdəyə gəlir.

Göz olun ,o Allah əmanətidi,
Bu qız Allah bəndəsi deyil.
Yerlərin,göylərin ortaq mələyi,
Könlümdən bir yana gedəsi deyil.....

O ki,deyirik dörd tərəfim insan dolu—amma təkəm. Şeir tənhalığı içində daşıya bilən duyğuların ritmləri kimi gəldi. Hələ bir şeir var ki,onu oxuyarkən gözlərimi yumuram,həzin bir musiqi dinləyə-dinləyə bütün varlığımın titrədiyini hiss edirəm—mənsizliyi də—sənsizliyi də.

Ən uzun şeirdi
sənsizliyim,
Ən qısa yaz günüdü
vüsalın.
Allahın altında
əlimə düşə,
Batam savabına,
Neçə günahın.
Asan tikə deyil ürəyim,
Yem ola balıqlara,
Doldur badələri nurla,
Götür içək ilahi ,
Sağlıqlara.


Ürəyin pıçıltıların eşitdim bu şeirdə. Həm də sanki ruhumun bağlanmış qulaqlarına birbaşa nüfuz elədi. Necə ki, digər şeirlərin oyatdığı kimi. Bilmirəm, bəlkə də bir qadının dünyasında bir qadının səyahəti çox dolanbacları keçə bilmədi, amma ən azından yol üstündəki ləpirlərdən düz zirvəyə qədər qanad almağa çalışdı —eynən Şahinin yüksəldiyi uçuşlar kimi!
Zirvələriniz hamar olsun qartal baxışlım, bir gün bir qızılgül koluna baxmaq istəsəniz, bilin ki, qönçəsi açılmayan budaqlar yolunuzu gözləyir—sayğılarımla!

MƏRYƏM ƏLİYEVA


Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Həkim öldü

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Həkim-yazarlar axtarılır.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Maya yazır...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının