Günay Ümid:"Hərif-hərif pıçıldadı barmaqlarım"

Günay Ümid:
Tarix: 11-03-2016, 21:54 Toplam: nəfər paylaşdı.


Günay Ümid:"Hərif-hərif pıçıldadı barmaqlarım"Qafiyə xətası və...

Əllərim…
Rəngsiz…
Qafiyyəsiz xatrlayırdı
Ovuclarımın Alın yazısını…
Gözdən itənəcən
baxmışdı arxanca əllərim.
Kövrəlmişdi
yay yağışının torpaq qoxulu gedişinə…
Pəncərədə
nəfəsimin üstünə
darıxmağın rəsmini çəkmişdi-
cırmaq-cırmaq…
Yumruq olmağı öyrənmişdi-
barmaq-barmaq…
Sığal olmuşdu təqvimlərin
rəqəm yaddaşına…
Savab olmuşdu günahlarıma,
çətir olmuşdu göz yaşlarıma,
qılınc olmuşdu hisslərimə,
qalxan olmuşdu tənələrə,..
Əllərim
pərdə olmuşdu qorxularıma,
kabus olmuşdu qandal yuxularıma…
Ana olmuşdu,
ata olmuşdu,
övlad olmuşdu,
yar olmuşdu,
qabar olmuşdu ...
Əllərim
qadın olmuşdu
doğman olmuşdu,
yadın olmuşdu…
Hər şey olmuşdu,
təkcə
xoşbəxt ola bilməmişdi əllərim…

9.2.2016

*************

Retro


Gecə səhərə kimi sancılanıb
Uladı qapımda külək.
Manitor isığında,
Klavyatura üstündə səhnəyə çıxdı
barmağlarım.
Xatirələrin qışqırığını
Hərif-hərif pıçıldadı barmaqlarım
kompyuterin qulağına.
“Bir axşam taksidən düşüb payıza”
oxudu Flora.
Sən hələ də
Həyətdəki, axsaq velosipedə söykənib
İllərin arxasından gülümsəyirdin.
Ayaqlarını gizlədirdin
taykeş çəkmələrində.
Donmuş əllərinlə üşənə-üşənə
əyninə kiçik gələn köynəyini dartişdırırdın
açəlmış göbəyinin üstünə.
Uşaqlığıma yaxınlaşdıqca
Böyüməyim qocaltdı-
budağına nərdivan söykəyib
asdığın yelləncəyimi.
Kiçik ovcumuzun xəritəsində
ərköyüncə oynadı taleyimiz.
Anamin hörüklərimə bağladığı
filim lentiydi, hər yağiş yağanda
xəyallarımın kinoteatırında dönə-dönə baxdığım .
Bu axşam
Sənə yazdığım bütün şeirlərimi
Bircə düyməylə silib,
Düymələdi və
monitoru söndürüb
səhnədən endi barmağlarım.
Amma sən
Hələ də əyni nazik dayanmısan
Xəyallarımın ən istı yerində.

*************

Qadın şairin dramı və ya qatilə çevrilməsi.
Neçə şeir öldürdüm
Biri ütü masasının üstünü
Vərəq sandı,
Biri mətbəxdə qaynayan
Qazanda yanı.
Biri çirkli paltarlara
Yuyulub getdi.
Biri göz yaşımda əriyib itdi.
Biri qələmin boğazına ilişdi,
Biri qab yuyanda suda sürüşdü.
Biri soyuq evimdə dondu,
Biri pərvanə axtaranda
Qaz sobasına qondu.
Biri ilişdi süpürgəyə,
Sürüm-sürüm süründü ev boyu.
Birini uddu içimdəki
Dibi görünməz quyu.
Birini oğlumun qiymət cədvəlinə
Qurban verdim,
Birini qızımın qayğısının
Ayağ altina sərdim.
Indi doğradığım soğan
Nakam şeirlərimə göz yaşı olsun.
Bu şeirdə,
Bütün ölən şeirlərimin baş daşı olsun.

28.11.2015скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10