İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi



Analoq.Az xəbər verir ki, Aprelin 7-də İstanbulda Azərbaycanlı gənclərin təşkilatçılığı ilə Aprel qələbəsinin 3-cü ildönümü qeyd edildi və şəhidlər anıldı. “Azərbaycan ordusunun 2016 Aprel zəfərini qutlama, şəhidlərini anma və şeir proqramı” devizi ilə anım tədbiri keçirildi.

Türk Ədəbiyyatı Vakfının, İrak Türkmən Kültür və Dayanışma dərnəyi və Azərbaycan Gənclərinin İstanbul Hərə katının təşkilati dəstəyi ilə təşkil edilən tədbirdə Türkiyə, Azərbaycan, Təbriz, Borçalı ve Kə rkük türkləri iştirak edirdi. İlk olaraq, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə tədbirin təşkilatçılarından Azəbaycan Yazıçılar Birliğinin üzvü, Azərbaycan Gənclərinin İstanbul Hərəkatı idarə heyətinin üzvü Qabil Ədalət açaraq Aprel, ardınca da Afrin zəfərindən dolayı bütün türk dünyasını bir daha qutladı. Sonra tənqidçi-yazar Rübabə Sahib Aprel döyüşlərinin təfərrüatlarından, aprel zəfərinə beynəlxalq aləmdə verilmiş dəyərdən, həmin döyüşlərdə qazanılan qələbə nəticəsində Azərbaycan xalqında böyük ruh yüksəkliyinin yaranmasından danışdı .

Daha sonra iştirakçılar – AGİH-in rəhbəri Rəşad Rza, Sosial şərhçi Ramiyə Məmmədova, gənc fəal Ağa Əlizade, İstanbulda fəaliyyət göstərən Iraq Türkmən Kültür və Dayanışma Dərnəyinin üzvü Ümid Kərkük, Türk şairlə ri Ankara’dan Kəmaləddin Kalkan, Mehmet Ali De mircan, Hamdi Balık, Kerküklü şair Eyyub Kərkük, Ankara Sənət Platformunun Azərbaycan üzrə rəsmi nümayəndəsi Qalibə Cəfərova, tədbirin təşkilatçılarından gənc şair, AYB-nin üzvü, Günay Nəriman və gənc şair, DGTYB-nin üzvü Gülnarə İsrafil çıxışlarında Lələtəpədə qazanılan qələbənin mahiyyətindən və həmin döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq haqqında tədbir iştirakçılarına geniş məlumat verib, öz şeirlərini səsləndirdilər.

Tədbirdə QHT və bir sıra mediya nümayənləri, o cümlədən TRT-nin əməkdaşı Ahmet Bahceci iştirak edirdi. Tədbir Türkiyəli Ud ifaçısının bəstələdiyi “Qarbağlı uşaq” əsəri ilə yekunlaşdı.

Analoq.Az


İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi
İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi
İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi

İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi
İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi
İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi