Bizi izləməyi unutmayın

#Ədəbiyyat

DƏRVİŞ-Ənvər Çingizoğlu-ESSE

6-05-2019, 20:20 | 842 dəfə baxılıb.


SORĞU.-Nə gəzirsən, baba dərviş?
--Qismətimi!
SÖZÜN CANI. Səbr elə qismətin ayağına gəlsin. Gözləyən dərviş, muradına ərmiş. Tanrıya təvəkkül de, baba dərviş. Təvəkkül edən mətləbinə çatar. Yüyürüb-yortmaqla qismət tapmaq olmaz. Yola çıxdığın andan bəri yoxsulsan. Yoxluğa da tələsirsən. Baylıq, bolluq boyuna biçilməyib. Dərviş dilriş, -deyiblər. Dərd xirqəli, qəm bürüncəklisən. Bu yaşamı özün seçmisən. Bəla sənin libasındır. Səbr elə, baba dərviş, səbr elə!
Touhidə tapın, hikmət öyrən, məqamətdən keç, mənavini duy, nüktəni bil, vəzifəni tanı, qardaşını tap, nəfsini saxla, baba dərviş.
Təkcə yun xirqəylə, qurcuqlu zillə papaqla, kəşküllə, yoxsulluqla dərviş olmazsan. Saqidən sucuq alıb iç, əsriyib olduğun yeri unutma. Üzdüyün gölü, süzdüyün göyü unutma.
Arif ol, baba dərviş, alim olma. Aşiq ol, baba dərviş, abid olma. Abdal ol, baba dərviş, ağa olma. Bəndə ol, baba dərviş, bəy olma. Taxt-tac sənin nəyinə gərək. Doqquz dərviş bir kilimə sığmış, iki padşah bir iqlimə sığmamış.
QINAQ. Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi? Malım var deyirdin, ölüm var demirdin. Dünyanı dördəlli qamarlayırdın. Qarnından ötrü dünyanı dağıtmağa hazırdın. Çox aş, ya qarın ağrıdar, ya baş. Yemək adamı iki eləməz, uzaqbaşı yekə elər. Yekəliyə, yoğunluğa görə dünya dəyərmi?
Ərənlər arpa cadını, acı soğanı öynəliyə yeyib, doğru-düzgün diriliklərini sürmüşlər. Gözünü aç, ibrət götür. Qulağını aç, hikmət duy…
Səbr elə, baba dərviş, səbr elə!
SÖZÜN CANI. Ayda, ildə bir bazar, onu da dərviş pozar. Doğurdanmı, baba dərviş?!
Təqdirə yazılan tədbirlə pozulmaz. Fələyin yayını çəkən gəlmişmi cahana? Cəhd eləmə, baba dərviş, artıq cəhd çarıq yırtar. Səy etmə, artıq səy sərkərdanlıq gətirər.
Artıq-haramdı. Əl uzatdın harama, kəşkülü basdır samana. Şəriətdən, təriqətdən, mərifətdən, həqiqətdən əl çəkmək olarmı? Haqq didarını, tanrı qoxusunu nəyə dəyişdin baba dərviş? Dünya malı şirinmi?
Heçi, puçu baqidən üstünmü tutdun? Təkkədəkini də, Məkkədəkini də unutdun. Qaib ortaya gəlincə hazır haqqa yetir dedin. Uduzdun, baba dərviş, uduzdun.
İllət ilə dirilən möhnət ilə can verir. Fikrin nədi, baba dərviş, zikrin nədi?
YIR. Dərvişlik bir, iki deyil,
Hər kəslərin yükü deyil.

ÖYGÜ. Heydəri Səftərdi bizim pirimiz,
Qırxınıza taydı bizim birimiz.
SÖZÜN CANI. Ərənlər demiş: söyənə dilsiz, döyənə əlsiz, dərviş könülsüz gərək. Qorxma, baba dərviş, hər kəs ki, sənə toxuna, sinəsi tuş gələr tanrı oxuna. Güc gəl qorxuna. Nəfsini yen. Hikməti Loğmandan, budağı Salmandan alıb irəli get. Bağda gül açıb, gül üstə bülbül ötür. Dünya əmin-aman içindədir.
YUM. Yolun açıq olsun, baba dərviş.

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı / #Ədəbiyyat

Mənim atam-Dərviş Cavanşir böyük qızı Aysunun xatirələri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Gənc şair Təhminə Şənəldinin yeni şeiri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

Dərviş Cavanşir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının