Bizi izləməyi unutmayın

#Ədəbiyyat

İGİDİM-Ənvər Çingizoğlu-ESSE

14-05-2019, 23:59 | 832 dəfə baxılıb.

SORĞU. -Könlündən nə keçir igidim?
--Vətən!
--Nə var vətəndə?
--Yanar ocaq, isti qucaq!
--Öküzün yönsüzü kotan, oğulun yönsüzü vətən arzular igidim. İlqar çalıb irəli get.
--Nə var irəlidə?!.
SÖZÜN CANI. Öndə qazilik var, qəzavat var. Öndə şəhidlik var, şəhadət var. Öndə mücahidlik var, cihad var. Öndə qələbə var igidim.
Getdiyin yerdə torpağımız var-düşmən tapdağında. Yurdumuz var-yağı qaynağında. Qarımız var bucağa atılı. Qızımız var qucağa sıxılı. Evimiz var-oda yaxılı, ocağımız var-su calanmış…
YUĞ. Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər bir eli qurtarar igidim! Ölərsən yer sevər, qalarsan el sevər. Yəhər altında at, qeyrət altında ər ölər igidim. Namından ləkəni, namusundan qaranı təmizləməyin çağıdır. Ah igidim, vah igidim!..
SORĞU. -Kimə güvənirsən igidim?
--Biləyimə!..
SÖZÜN CANI. İgidlik biləkdə olmaz, ürəkdə olar. Biləyə güvənməzlər, kürəyə güvənərlər. Qəribin sinəsinə vurmuşlar «vay arxam» demiş. Arxalı arxayın olar. Söykəncin el, güvəncin ulus olsün. Mənəm-mənəm demə, biz varıq de. Sağına bax, soluna bax, cinahına, qoluna bax. Dar gündə qardaşına güvən. Ağır vaxtda yoldaşına arxalan.
YUĞ. Dağ başından çən, ər başından qəm əskik olmaz igidim. İgidin başı qalda gərək. Başın sağ olsun, igidim. Qovğada qardaş itirdin, yollarda yoldaş itirdin. İtirdin ağrı çəkdin, itirdin acı çəkdin. Başa gələn çəkilər igidim. Ağacı olandan yarpaq düşər. Kökün sağ olsun. Butan budaq olar. Olar igidim! Olmazmı heç?..
YIR. Alp igidim, aslan igidim.
Atın yadlara qaldımı?
Ağa igidim, azman igidim.
Adın adlara qaldımı?!.
SÖZÜN CANI. At ölmüş, igid qalmış--deyə elə xəbər gəlmiş. Dul arvad oğluymuş demiş el ağsaqqalı. Atadan görmüş olsaydı atdan öncə ölərdi. Atına dəyən zərər, adına dəyən xələldi. Adı batsın elə igidin-demişlər.
Bizim eldə quşlar qanadı, oğullar adı ilə tanınır igidim. Adına alp demisənsə layiq ol. Qılınc qında yox, qırğında olmalıdır. Qırğına gedirsənsə qənim ol. Qənimsənsə qəhrəman ol. Qəhrəmansansa adına qurban!..
SORĞU. Könlündə aslan yatıbmı igidim? Qəlbindən sultanlıq keçirmi igidim?
YUM. Atdığını atasan, vurduğunu tutasan. Dostun dolu gəlsin, düşmənin boş getsin. Yağın yalın olsun, kölgən qalın olsun.
…Olsun inşallah!

Ənvər Çingizoğluскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

DƏRVİŞ-Ənvər Çingizoğlu-ESSE

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Işğal altında qalan şair məzarı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Gəray Göyyurd - Öldürməyə gedirik !

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının