Bizi izləməyi unutmayın

#Ədəbiyyat

DƏDƏ QORQUDUN DAHA 7 BOYU TAPILDI

10-06-2019, 14:14 | 2292 dəfə baxılıb.

Türkiyənin Qazi Universitetindən Prof. Dr. Necati Demir illərdir apadığı çalışmaların bəhrəsini gördü və Dədə Qorqud dastanının itmiş yeddi boyunu tapdı. Yaxında kitab halına gələcək araşdırma xülasə ilə dastanın Orxun yazılarından öncəyə dayandığını ortaya qoyur.


Dədə Qorqud dastanıTürk mədəniyyətnin sirları və ənənələriylə ilgili qədim bir rəvayət... Keçdiyimiz aylarda Dədə Qorqud dastanıyla ilgili önəmli gəlişmələr yaşandı. Keçən ilin sonlarına doğru dastan UNESCO Maddi Olmayan Mədəniyyət Mirası siyahısına daxil edildi. Dünya Kültür Mirası Dədə Qorqud Uluslararası Simpoziumunda, Prof. Dr. Metin Ekinci mövcud 12 boy (dəstanda hər bir nüsxəyə, rəvayətə boy deylir) xaricində bir boy daha tapdığını açıqladı. Qısa bir müddət sonra isə əsl bomba partladı, ilərdir mövzu üzərinə çalışan, Qazi Üniversiteti Türkcə Təhsil Anabilim şöbəsi müdiri Prof. Dr. Necati Demir Dədə Qorqud dastanının itmiş yeddi boyunu daha tapdığını sosial media hesabında açıqladı. Bu an tapdığı mətnləri kitab halına gətirmək üçün çalışmalar aparır. Demir ilə bir araya gəldik.
- Dədə Qorqud müdrikliyi və ona aid edilən dastanlar türklər üçün və Türk kimliyi üçün nə kimi anlamlara gəlir? Bu mətnlər bizimlə ilgili nələr anladır?


- Dədə Qorqud kitabı heç şübhəsiz "Oğuznamə"dir və ya "Oğuznamə"nin bir bölümüdür. Dədə Qorqud isə bu Oğuznamə parçalarını tərtibləyən, hazırlayan və anladan şəxsdir. Yəni "Oğuznamə"ni tərtibləyən, hazırlayan və anladan Dədə Qorqud olduğu üçün "Oğuznamə"nin bəzi bölümlərinin adı Dədə Qorqud boyları, bir başqa söyləyişlə Dədə Qorqud dastanı olmuşdur. Dədə Qorqud digər adı ilə Qorqud ata, Türklüyün dərin hafizəsinin bir dəyəridir. Oğuz türklərinin boy təşkilatlarını, yaşayış tərzlərini, günlük həyatlarını anladır. Qısacası Oğuz türklüyü haqqında X əsrdə çəkilmiş bir film, bir sənədli film kimidir Dədə Qorqud boyları...

- Qədim nüsxələr ilə yeni tapılanlar arasında nə kimi fərqlərdən söz gedir?

- Dədə Qorqud kitabının indiyə qədər bilinən iki nüsxəsi vardı. Bunlar Drezden nüsxəsi və Vatikan nüsxəsi olaraq bilinir. Bu nüsxələrdən Dədə Qorqud kitabının Drezden nüsxəsində 12 boy, yəni bölüm və Vatikan nüsxəsində 6 boy yer alır. Dədə Qorqud kitabının Drezden nüsxəsi və Vatikan nüsxəsi XVI əsrdə üzü köçürülmüş yəni başqa bir əlyazmadan kopiya edilmiş kimi görünür. Bu nüsxələrin ortaq bir qaynağı vardır. Əsl önəmli olan o qaynağın yəni əsl nüsxənin nə zaman yazıldığıdır. Dədə Qorqud kitabının girişində belə bir bölüm vardır: "Bir gün Dədə Qorqud coşdu, Oğuz bəyləri içində soy soyladı, onlara nəsihətlər verdi. Bəylərə belə səsləndi: "Axir zamanda xanlıq təkrar Qayı boyuna keçəcək. Kimsə əllərindən alamayacaq. Axir zaman olub qiyamət qopuncaya qədər". "Bu dediyi Osman nəslidir, iştə sürüb getməkdə". Eyni ifadələrin yazılışı 1436-cı ildə tamamlanan "Təvarix-i Al-i Osman"da da keçməkdədir. Anlaşılan Yazıcıoğlu Əli bu ifadəni Dədə Qorqud kitabından almışdır. Bu ifadələr ayrıca Osmanlı dövlətinin əndişələrini bitirib dünya dövləti olmağa üz tutduğu bir dönəmdə yazılmışdır.


Sizi yeddi yeni boyu tapmağa götürən araşdırma müddətindən bəhs edərmisiniz?

- 30 ildir "Oğuznamə" mövzusuna çalışıram. Bu dairədə əsasən Almaniya, Fransa, İngiltərə, Rusiya, Özbəkistan, Azərbaycan, Avstriya, Monqolustan, Hindistana şəxsən gedərək kitabxanalarını arayıb-daradım. Digər ölkələrin də kitabxanalarını ya internet üzərindən daradım ya da dostlarımdan yardım istəyərək axtardım. Topladıqlarımın hamısıni nəşrə hazırladım. Bir az əvvəl bəhs etdiyim kimi Dədə Qorqud dastanına əlavələr də buradan meydana çıxdı. Nəticədə "Oğuznamə" ilə ilgili 10 cild kitab yazdım. Oğuznamənin müxtəlif nüsxələri içərisində Dədə Qorqud dastanının bölümləri çıxdı.

KÖPRÜNÜ DƏLİ DOMRUL SATMADI!

- Tapdığınız yeddi yeni boy bizə, Türk mədəniyyəti və Dədə Qorqud haqqında bilmədiyimiz nələr söyləyir? Bizi hansı yönləriylə çaşırdacaq?


- Ərəb dilindən çevirərək əlavə etdiyim bölümlərin birində Dədə Qorqud dastanının əslində "Oğuznamə"nin bir davamı olduğu ortaya çıxmışdır. Ərəbcə qaynaqda türklərin iki önəmli kitabından birinin "Oğuznamə" olduğundan bəhs edilir, "Oğuznamə"də Oğuz xaqanın doğuşu, uşaqlığı, xaqan oluşu və fəaliyətlərinin anladıldığını bildirilir. Və davam etməkdə: "Oğuznamə"də ayrıca Basatın Təpəgözü öldürdüyündən də bəhs edildiyini bildirməkdədir. Bu durumda Dədə Qorqud dastanının bir bölümünün ya da bəzi bölümlərinin əslində Orhun yazılarından öncəsində hətta 580-ci ildən öncə təşəkkül etdiyi ortaya çıxmaqdadır. Tək əlyazma nüsxəsi Berlin Kral Kitabxanasında tapılan "Kitab-i Oğuznamə-i Türki" adlı əsərdə yer alan Dədə Qorqud ilə ilgili bölümdə isə Dədə Qorqud uzunca bir şəkildə özünü tanıdır. Dədə Qorqud dastanının farscadan çevirdiyim qismi isə Oğuz türklərinin əsasən X əsr tarixi mövzusunda tayı tapılmaz bir qaynaq durumundadır. Eyni şəkildə Cığatay türkcəsindən tapdığım üç boy da bu mövzuda önəmli bir qaynaqdır. Topkapı Sarayı Kitabxanasında təsbit edərək əlavə etdiyimiz bölümdə isə Dədə Qorqud dastanında adı keçən qəhrəmanları daha yaxşı tanıma imkanı tapmışıq. Örnək olaraq bir körpü tikdirib gəlib keçəndən gömrük xərci alan şəxsin adının Dəli Domrul deyi,l Toğrul Sultan olduğunu öyrənirik. Cəm Sultanın "Oğuznamə" və "Dədə Qorqud dastanı"na olan marağı çox yaxşı bilinir. Hətta bir oğlunun adı da Oğuzdur. Cəm Sultan Bayatîyə bir "Oğuznamə" yazdırmışdır. Kitabın adı isə müəllifi tərəfindən Cəm Sultana istinadən "Cam-i Cəm-ayin" olaraq qoyulmuşdur. Bu əsərin içində yer alan Dədə Qorqud ilə ilgili bilgilər, Türk tarixi baxımından önəmlidir. Bir nüsxədə Dədə Qorqud, Kazan oxçusu Kozan bəylisi Karımışoğlu Dədə Qorqud olaraq tanıdılmışdır. Digər bir nüsxədə oğlunun adı Ürgənc Dədə olaraq keçir.

Müsahibəni "Zaman" qəzetindən çevirdi:

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət

Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar

BU İŞ BÜTÜN FOLKLOR ARAŞDIRICILARININ BORCUDUR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

“Kitabı- Dədə Qorqud” multikulturoloji güzgüdə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının