Bizi izləməyi unutmayın

#Ədəbiyyat

SÜLEYMAN ABDULLANIN HƏYATINA VƏ YARADICILIĞINA QISA BAXIŞ BUCAĞIM

13-06-2019, 10:00 | 332 dəfə baxılıb.

Çağdaş Azərbaycan poeziyanının "qara beretli, əqidəsinə sadiq adamı", "ölümün ölümü"nün şahidi, poeziyada "rənglərin simfoniyası"nı, "Vətən tablosu"nu, "hərbi gödəkcə nağılı"nı yaradan, Azərbaycan Bayrağını heç vaxt enməyə qoymayan "dostun köhnəsi", özü Vətənin əsgəri ola-ola həm də "əsgər atası", "tanrının nəfəsi"ni başının üstündə duyan qazi Süleyman Abdullanın ömrünün "əlli ilinin hesabatı"nı dinləyəndə anladım ki, şairin ömrü Vətən, torpaq, insan, söz sevgili Vətən oğlunun həyatının dolğun anlarının məcmusudur.

..."Bir dağ kəndinin ümidiylə uğurlanan safdan saf, durudan duru kənd balasına şəhər havası ağır gəldi. Ayrıldı bu şəhərdən, getdi uzaq Brestin keşiyini çəkməyə. Gəncliyi inqilablar qoynunda keçən gənc şair-döyüşçü düşünürdü: "Bizə verilmirdi azadlıq niyə?"

Erməniyə vurduğu bir şapalağa görə qazamatın (qaupvaxta) dadını görən əsgər Süleyman anladı ki,azadlıq verilmir, mübarizələrdə əldə edilir, azadlığın yolları səngərlərdən keçir.

Süleyman Abdulla tam əmindir ki, "Çörək itirənlər çox olsa da, o, Vətənin namına xələl gətirməyib". Ona görə də Vətən qarşısında həmişə üzüağdır:
Döyərmiş qapımı çox vaxt dərd, demə,
Hər gələn kədərə açmadım, Vətən!
Mənə nə deyirsən, de, namərd demə,
Heç zaman döyüşdən qaçmadım, Vətən!..

Ağacdakı quşun qanadlanmasından rəngi qaçan bir çox Vətən sevgisi dəllalları "ölümün ölümü" ilə üzbəüz dayansaydılar neylərdilər, görəsən? "Ölümün ölümü"nü oxumağı bacarsaydı Süleyman Abdullanın ölümə qarşı "soyuqqanlığı"na Əzrayıl da heyrətlənərdi və bağırardı: "ŞAİİRRR!":

İlan kimi fısıldayıb
Lap yanımdan ötüşdü,
Son gücünü toplayaraq
Kolun dibinə düşdü.
... Tez götürdüm o bədbəxti əlimə,
Hərarəti isti-isti axdı əlimə.
Aman, Tanrım,
Əlimdəcə ölürdü.
Ölüm adlı o biçarə
Ölümdəcə ölürdü.
...Lap soyuqdu...
Öldü demək...
Ölməyi də nə pis oldu.
Əvvəl adı güllə idi,
Öldü, dönüb mis oldu...

Süleyman Abdulla Qarabağ qazisi, dostu Bəhruz Məmmədova yazdığı "Yada salma" şeirini ağrısız oxumaq olmur. Siz nələri görmüsünüz, nələrdən keçmisiniz, gözünüzdə od daşımısınız Qazi igidlər?! Bu şeiri oxuyanda sanki səngərdəsən. Hətta xatirələri yada salanda "dil yanır, nəinki dodaq, lap dağ odlanır". Orada "ciyərin yananda qan var içməli, çünki qumquman qanla dolub, hər can bir bulaqdır "qrad"lı tində, yağış qırmızı yağır, soğular gözünün çanağında qan".

Bəhruz kimi gümüşü saçlı gənc Vətən oğullarının şücaətindən bəhs edən bu şeir Qarabağ müharibəsinin yığcam hərbi salnaməsidir:
Üzünü çevirmə uşaq tərəfə,
Qorxacaq...
üzündə meyid rəngi var.
Mərmi kirpiyini qırpma, hər dəfə,
Səngər gözlərindən cəsədlər çıxar.
... Acı gülüşündən tank oda düşər,
Bu top mərmisidir...
futbol oynama.
Mina çəkmələrin ofsayda düşər,
Uçar göy qapıya qıç...
qol...
oynama!..
Və sonda bir misra Qazi Süleymandan, bir misra bəndənizdən:
"Mənə ölüm dərsi keçmə, əfəndim",
Deyirəm dönə-dönə.
Həyat dörd il "ölüm" auditoriyasında "seminar" keçib mənə...
"Canımsan dediyinin aldığı da can imiş",
Saxta Vətən sevgisi qorxağa qalxan imiş...
Şairlərə taleyin payı can ağrısıdır, Qazi qardaşım. "Canın ağrıyırsa, sağsan, deməli"...
Var ol, müdrik İNSAN!..

VAQİF OSMANOV

Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ədəbiyyat

Abbas Səhhət

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

VƏTƏN QƏHRƏMANLARINI UNUTMUR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Əsgər Quliyev - Vətən hər şeydən əzizdir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının