Bizi izləməyi unutmayın

#Ədəbiyyat

Bayraq Quşçuoğlu: Tanımadığımız Azərbaycan şairi - ARAŞDIRMA

25-06-2019, 18:30 | 1412 dəfə baxılıb.

Bayraq Quşçuoğlunun həyatı onun mənsub olduğu Əhl-i Haqq təriqətinin qapalı quruluşundan dolayı tamamilə sis pərdəsi arxasında qalmışdır.

Bayraq Quşçuoğlu əslən Qaraqoyunlu türkmanlarındandır. Urmiya və Zəncan ətrafında yaşam sürdüyündən avşar əsilli də hesab oluna bilər.

Doktor Hüseyn Məhəmmədzadə Siddiq Quşçuoğlunu 24 söyləyicidən ilki olaraq sayır. Onun İran Azərbaycanında qarış-qarış dolaşdığını bildirir. Bağdada da səfər etmişdir. Ayrıca şeirlərindən, dil və şivə özəlliklərindən Nəsimidən öncə Elxanlılar hökuməti zamanında yaşamaqda olduğu sonucuna varır. Atasının adının Yaqub olduğunu bildirir. [H. M. Siddiq, Kəlami Bayrak Kuşçuoğlu, Tehran, 1369/1990, s. 17-19] Ancaq Bayraq Quşçuoğlunun həyatı haqqında əldə olan tək yazılı əsər "Burhan ül-Həqiqə" [Cəmil Əfşar, Bürhan ül-Həqiqə, Tehran, 1356/1977] onun XV miladi əsrin sonu ilə XVI miladi əsrin ilk yarısında yaşadığına işarət edir. Bu əsərə görə Quşçuoğlu və ailəsi haqqında bildiklərimiz yalnız bu mənqabədən ibarətdir:

Quşçuoğlunun adı Bayraqdır. Quşçuoğlu isə təxəllüsüdür. Qədimdən sultanların sarayında ov üçün istifadə edilən quşları bəsləyən insanlar vardı. Quşçuoğlunun atası Yaqub da bazban [Məhəmməd Zəki Pakalın, Osmanlı tarix deyimləri ve terimleri, Ankara, 1993: C. I, s. 132] ünvanıyla Sultan II Səlimin sarayında xidmət edirdi. Bir gün ov sırasında, Yaqub tərəfindən bəslənən padişahın gözdəsi bir şahin, başqa bir şahin tərəfindən qorxudularaq qaçırılır. Bu əhvalatı eşidəndə çox hirslənən padişah, Yaquba qəzəblənir və quşu tapmadığı təqdirdə ölümlə təhdid edir. Yaqub, padişaha başqa bir şahin təqdim etsə də, üzrü qəbul edmir. Araya padişahın anasını elçi qoyan Yaqubun üzrü yenə qəbul edilmir. Buna görə Yaqub padişahdan qırx gün möhlət istəyir. Padişah bunu qəbul edir və möhlətin sonunda heç bir bəhanəni qəbul etməyəcəyini söyləyir. Evinə kədərli bir şəkildə dönən Yaqubun tanış-bilişləri bu duruma çox üzülürlər. Dostlarından birisi Bağdadda Şah İbrahim adında Haqqın məzhərinə qovuşmuş bir insan olduğunu, kəramətləriylə məşhur olduğunu, əgər elə indicə yanına gedərsə, dərdinə çarə ola biləcəyini anladır.

Bu məsləhətə əməl edən Yaqub həmən yola düşür. Bağdadda şeyxin təkkəsinə varid olduqda daha dərdini anlatmadan ona aradığı şahin verilir. Yaqub ona minnətdarlığını bildirib, İstanbula doğru yola çıxır. Ancaq yolda ona şahini verən şəxsin Şah İbrahim deyil, qapıçısı olduğunu anlayır və mütləq Şah İbrahimi görmək arzu-amacıyla geri dönür. Döndüyündə qapıçıya onun muradının bir şahin olduğunu necə anladığını sorur. Qapıçı Şah İbrahimin ona bir həftə öncə bir şahin verdiyini və bunu almaq üçün uzaqlardan Yaqub quşçu adında bir zatın gələcəyini və bunu ona verməsini buyurduqlarını söyləyir. Buna çox şaşan Yaqub, həmən şeyxin hüzuruna çıxaraq ərz-i ədəb eyləyər. Şeyx Yaqubun könlünü alaraq onu geri göndərir. Saraya dönüb, Sultan Səlimin hüzuruna gedən Yaqub, bu əhvalatı danışar və artıq bu diyarda yaşamayacağını bildirərək ailəsiylə birlikdə Bağdada gedəcəyini söyləyir. Padişah nə qədər qalması üçün israr etsə də, qəbul etməz və bu hərəkətiylə zalim, əmək bilməz bu padişaha bir zərbə vurmuş olur.

Bağdada ailəsiylə çatan Yaqub Şah İbrahimin məclis-mərəkəsinə baş çəkir. Onun Bayraq adlı oğlu doğuşdan görmə və eşitmə duyğusundan məhrum idi. Bu səbəbdən uşaqlarından utanan ailə onu Şah İbrahimin hüzuruna çıxarmırlar. Ancaq bunu qeyb gözüylə görən Şeyx İbrahim, Yaqubdan uşaqlarından birini nədən gətirmədiyini soruşur. O, da kor və kar oğlunun həzrətin söhbətlərindən istifadə edə bilməyəcəyini bildirir. Buna rəğmən Şeyx, bütün məqsədinin bu uşağı görmək olduğunu söyləyərək gətirilməsini istəyir. Şeyxin hüzuruna gələn uşaq, birdən onun lütfüylə dilə gəlir və belə deyir:

Quşçuoğlu adındı Bayraq,
\Gəldi Şah İbrahim gəldi.
Yaranlar kirdar eyləmək gərək,
Gəldi Şah İbrahim gəldi.

Bundan sonra dilə gələn Bayraq hislərini belə anladır:

Ey yaranlar mən nə idim, indi nəyə gəlmişəm,
Əzəldən öylə idüm indi böylə gəlmişəm.

Mən bir qurı ağac idim indi göyərdim,
Dürlü-dürlü yemişüm pişuban cəmə gəlmişəm.

O dəm ki mən lal idim, öz halimə məlal idim,
Şah İbrahim söylə dedi indi söyləyə gəlmişəm.

Daha sonra Həzrət-i Şah İbrahimə şərt verən Quşçuoğlu, gorani diliylə söylənən bütün "Kəlam-i Sərəncamı" türkcə söyləməyə başlayır. [Əfşar, 1356/1977, s. 10-15.]

Bu mənqabədə diqqət çəkən bir neçə xüsus vardır. Birincisi, II Sultan Səlimin hüzurunda bir saray işçisi bu dərəcə pərvasız ola bilməyəcəyinə görə, bu hekayənin o dönəmdə Osmanlı sahəsindən Səfəvi sahəsinə köçən şairlərin durumunu anlatmaq üçün təmsilən qurgulandığı düşünülə bilər. Hekayədə II Səlimə biçilən şəxsiyyət də o dönəm Şiə-Qızılbaş baxış bucağına uyğundur. İkinci nöqtə isə hər nə qədər əlimizdəki əsərin dil özəllikləri şairin daha erkən dönəmlərdə yaşamış ola biləcəyini göstərirsə də, o dönəmdə uşaq, ya da gəncliyini yaşayan Quşçuoğlu, XV əsrin son çərəyi ilə XVI əsrin ilk yarısında yaşamış olduğunu güman edirik. Ayrıca mənqabədəki kor və kar olma durumu, bizcə məcazi mənada, qəlbin və könlün qapalı olmasına işarədir.
Bundan sonra Quşçuoğlu haqqındakı bütün bilgilərimiz onun öz şeirlərindən ibarətdir. Bu şeirlərdən anlaşıldığına görə sıx-sıx Bağdada şeyxini görməyə getməsinə rəğmən əsasən Urmiya və Zəncan çevrəsində yaşamışdır və ehtimalən burada ölmüşdür. Ailə qurmağı, ya da oğul-uşaq sahibi olub-olmadığı haqqında da hər hansı bir bilgiyə sahib deyilik. Şeirlərində Təbriz, Zəncan, Sultaniyə, Pərdivər və Əhl-i Haqlar tərəfindən müqəddəs sayılan Göran şəhəri haqqında söz edilir:

Bağdaddan Təbrizə vardum, Haqqı sərmayədə buldum,
Ağır bəzirganlar kimi tələb iylə karbarum yox.

Quşçuoğlu, vətəndən ayru düşmüş,
Vətəni səhra-yi Bağdad olubdur.

Sultanlar qırğını Sultaniyədə,
Zəncanda ulu divan olacaqdur.

Pərdivərin çıxar bir tək atlısı,
Cihan tozdan pür-qubar olacaqdur.

Ərənlər sahib-nəzər, münkir olan yoldan azar,
Möhrün Türkistanda gəzər, zahir Göran içindəsün.

Quşçuoğlu da daha öncə lal olduğunu bildirir:

Dur ey nə yatıbsan Quşçınun oğlı,
Lal ikən söylədən dövlət sənindür.

Yenə şeirlərindən anlaşıldığına görə O, Əhl-i Haqdır və şeirlərini "Kəlam" olaraq anladır:

Cəm içində mənə derlər Əhl-i Haq
Burada qarı şəriət edə bilməm.

Quşçınun hadisidür işidün can qulagından,
Yazılıbdur kəlam üstə yar yara ha dayaq olsun.

Quşçuoğlu bilmədiyimiz bəzi səbəblərdən ötrü dövrün hakimindən şikayətçidir. Ayrıca sanırıq Türk dilindən istifadə etməsindən və inanclarını yaymasından dolayı ona bir taqım qınaq və tənə edilmiş olmalıdır ki, Türk dilini öz seçimiylə istəyərək işlətdiyini bildirir:

Cəfa ilə ayırdılar məni gül üzlü yardan,
Zalim şahlar zamanında mənə çox zor oldı zor.

Üstümüzə yürütdilər töhmət ilən siyasəti
Bizdən özgə aşıq olsa qopardırdı qiyaməti.

Bizə dəyib dolaşmayun biz o Sultan qullarıyıq,
Bizə dəyib dolaşanın tez bağlanur bəşarəti.

Əgər Türki söylər olsam, düşər ərənlər beyninə,
Niçün sizə acı gəlür datlu sözün halavəti.

Münkir nədür Quşçuoğlına diyə mücəvvət söyləmə,
Məgər diyə bilmərəm mən Türki mücəvvəti.

Yenə bəzi şeirlərindən anlaşıldığı qədərıylə olduqca qənaətkar və təvazökar bir şəxsiyyətə sahibdir. [Siddiq, 1369/1990, s. 65-66]

Bayraq Quşçuoğlunun kəlamlarına aid bir çox əlyazma nüsxə bugün İranda Azərbaycan bölgəsində, Türk əsillı müridlərin əlində dolaşmaqdadır. Ancaq H. M. Siddiqin də bildirdiyi kimi bunlardan bir çoxu əksik, yanlış ya da təhrif edilmişdir. Tehrandakı bəzi nüsxələrin isə imlası müasir Güney Azərbaycan türkcəsinə uyğunlanmış və sonradan əlavələr edilmişdir. Bu səbəbdən Quşçuoğlunun kəlamlarının tənqidi bir mətnini hazırlamaq çox çətindirr.

1990-cı ildə H. M. Siddiq, mərhum Sadıq Gülzariyə aid olan qədim bir nüsxə və üç ədəd nəşr olunan seçmələrə dayanaraq "Kəlamlar" adı altında Quşçuoğlunun 111 şeirini çap etmişdir. Ancaq bu nəşrdə müxtəlif səbəblərdən dolayı əlyazmanın imla özəllikləri diqqətə alınmamışdır. Biz bu əlyazmadan, ələ keçirdiyimiz digər bir əlyazmadan və Siddiqin nəşrindən yola çıxaraq bu şeirlərin dil və ədəbi özəlliklərini ortaya qoymağa çalışdıq.

Əsərin ən diqqət çəkən tərəfi XVI əsrdə yazılmış olmasına rəğmən dil özəllikləri baxımından tam bir qədim Azərbaycan türkcəsi özəllikləri daşımış olmasıdır. Ayrıca Güney Azərbaycan türkcəsinin lokal xüsusiyətlərini də kökündə-bünyəsində daşıyır. Bu lokal özəlliklərin bir qismi bu gün belə canlıdır.

Kəlamlar şeiriyyət baxımından dördlük və ikilik şəklindədir. Dördlüklər klassik qoşma, ikiliklər isə qəzəl şəklində qafiyələnmişdir. Ancaq vəzni daima heca vəznidir. Səkkizli, on ikili və on dördlü heca ölçüsü ən çox işlənən ölçülərdir. Kəlamları mövzu və məna olaraq da bir neçə qurupa ayırmaq mümkündür:

1. Əhl-i Haqqın dövriyəsi sayılan sərəncamlar
2. Yenə Əhl-i Haqq düşüncəsini anladan, fəqət oxucuda heyrət oyandırmaq üçün şathiyə tərzində yazılanlar. Şathiyə: "Şath" kəliməsi ərəbcəda satirik söz anlamına gəlir. Təsəvvüfdə isə sûfînin özündən keçdiyi bir sırada söylədiyi şəriətə zidd söz və hərəkət anlamına gəlir.
3. Əhl-i Haqq düşüncəsini təbliğ edən şeirlər
4. Dua və yalvarış mahiyyətli şeirlər
5. Aşıqanə yazılan şeirlər.

Kəlamların üslub və söyləyiş özəllikləri baxımıından diqqət çəkən özəllikləri isə bunlardır:

1. Özəlliklə Əhl-i Haq1 inanclarının anladıldığı şeirlərdə ey, gəlin, varalım kimi dəvət və xəbərdarlıq ifadə edən ibarələrin çox sıx işlənilməsi: Yaranlarım gəlin varalum şaha, Gəlin gəlin siz yaranlar yarluqda kəc-baz olmayın (100), Dur ey qafil nə yatıbsan, sabah-ı salihan oldı.

2. Bəzi şeirlərdə öncə bir beyt ya da misra söylənir, digər misra və beytlər isə təmsil vəzifəsi daşıyır. Çoxluqla da geri qalan qismdə xalq müxayyiləsinə xitab edən bənzətmələrə yer verilir:

Dünyaya gələn kar-i cahandan ötə bilməz,
Heç kimsə bu nəfs-i yamandan ötə bilməz.

Dünya dedigin bir qaraca çalıya bənzər,
Kimsə ki, ilişə daha ondan ötə bilməz

Pərvanəni gör şəmə nə məstanə dolanur,
Nadan sığınur pərvanə candan ötə bilməz.

Yüz min hacı dəvəyə binüb hacca varurlar,
Mindən birisi astanasından ötə bilməz.

3. Bəzi şeirlərdə də rədif, ya da kəlimə qruplarının təkrarıyla qüvvətli bir iç ahəng təşkil edilir. Belə bir ahəng təşkilinin səbəbi, bu şeirlərin Əhl-i Haqq məclis və ayinlərində sazla oxunmasıdır:

Ərənlər bir nəzər eylər,
Bu Bağdada, bu Bağdada.
Padişahın güzər eylər,
Bu Bağdada, bu Bağdada.

Əvvəldən axırə gəldüm,
Bu meydana, bu meydana.
Başum top eyləyüb saldum,
Bu meydana, bu meydana.

Bu gecə dil-xürrəm oldum,
Mübarək şəb, Mübarək şəb!
Qəmüm getdi biqəm oldum,
Mübarək şəb, mübarək şəb!

4. Deyimlərə və gözəl türkcə ifadələrə çox yer verilir. Bunlardan bəziləri bugün ya itmiş, sıradan çıxmış, ya da anlam dəyişməsinə uğramışdır.

Qəribəm, təşnəyəm, zarəm, bulunmaz dərdimə çarə,
Üz tutub Haqqa yalvarıram, bundan artıq açarum yox.

Üstadına daş yondurur, şagirdinə iş qandırur.

Nökərinə donluq verməz, başının çarəsün qılsun.

Üstünə yad yağı gəlmiş, əslahası yarağı yox.

O sultanun hökmü ilə onun dəst-i qüdrətiylə
Bir əliylə rəhmət virür, bir əliylə siyasət eylər.

Kimsə ki, geybətimüz eylər, çox çox vəbalızı yuvar
Yaranlarün sabıları xalqın ağzında dil imiş.

5. Bugün də yaşayan günlük danışıq dili özəllikləri olduqca canlı və işləkdir:

Dünyada qızıl gül tikənsiz olmaz,
O nəcə güldür ki, heç xarı yoxdur.

Bir əldə iki qarpuz dutmaq olmaz,
Kimin ki, əşki var, heç arı yoxdur.

Başlar bütün ayaq olar, ayaqlar isə baş olar,
Alur miskinlər dadunı bu davanı abad eylər.

Gəlürsən bu yola gülə gülə gəl.

Qalıbdur bir yağcı yalaxçı dünya,
Məni məmur edib virana gəldüm.

Quşçuoğlunun kəlamları xalqdan ötrü yazıldığı üçün ədəbi sənətlərə çox az yer verilir. Hətta onun şeirlərinin dilinin ortalama bir təkkə-təsəvvüf şairindən çox, daha sadə olduğu söylənə bilər. Buna rəğmən çox az da olsa, tövriyəli söyləyişlərə, dini-milli təlmihlərə, xalq qəhrəmanlarına və klassik şeirin məzmunlarına göndərmələr var:

Tövriyəli söyləyiş örnəkləri:

Mən bu səfərə varıram,
Dürlü mətalar almağa.
Hırs u həvanı tərk idüb
Salusluğı salmağa.

Zamanəni soyuq görüb tərk etmə Quşçuoğlunı,
Gidər bu sovuq zəmhəri Gərmiyan oldı gəl.

Klassik şeirin ədəbi qəhrəmanları haqqında:

Necə ki, aşıqdur Leylayə Məcnun,
Elə ki, Şirinə Fərhad olubdur.

Yaqubı Yusuf içün ağlatdun,
Əyyub dərdinə sən oldun Əttar.

Quşçuoğlu carla talib işitsün,
Tərpəndi İran Turan gəldi gəldi.

Zahidə həm-dəm olan aqil deyül divanədür,
Necə şəm də yanmağa aşıqlığa pərvanədür.

Quşçuoğlunun şeirləri içində bəzən elə deyimlərə rastlanır ki, sanki bu ifadələr Yunis Əmrənin və Qaracaoğlanın ağzından çıxmışdır. Bu kimi səbəblərdən olsa gərək, H. M. Siddiq onu, ədəbiyatımızda Nəvai, Yunis Əmrə, Nəsimi, Xətai, Füzuli və Aşıq Paşa kimi şairlərlə eyni qaynaqdan bəslənən şairlərdən sayaraq türkcənin təbii seyrini təqib edən şairlər qrupuna daxil edir: [Siddiq, 1369/1990, s.20]

Bir kişi ki, cəmə vara, öz xuyunu dəyişməyə,
Min kərə Kəbəyə varmış olsa da, təvafı yox.

Davuda demişdüm yolumı gözlə,
İntizar çəkərdi bostana gəldüm.
Bu fani dünyada ey Quşçıoğlı
Beş günlük ömür içün mehmana gəldüm.

Yarın cəmalini oxşaddum gülə,
Bülbüllər ağlaşub, gül az gülübdür.

Quşçuoğlu xacəsindən yalnız üç nəsnə dilədi,
Əzəl sağlıq, sonra nemət arzusı da didar imiş.

Tərəfimizdən aparılan araşdırmalar nəticəsində deyə bilərik ki, bu günə qədər Azərbaycan ədəbiyyatında Bayraq Quşçuoğlu haqqında bir kəlmə də olsun yazılmamışdır. Biz bu şairin həyat və fəaliyyətini araşdıraraq dövrün özünəməxsus mühitini, ənənələrini, mədəniyyətini işıqlandırıb, ədəbiyyatımızı daha da zənginləşdirmək qərarına gəldik.

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet

Prezident İlham Əliyev İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Gürcüstanın keçmiş prezidenti Azərbaycanı dəstəkləyib.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Şakir Məhbusi - Azərbaycan-Türkiyə!

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının