BABƏK XALİSTÜRK

BABƏK XALİSTÜRK
Tarix: 26-02-2016, 23:41 Oxunma Sayı: 262 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


BABƏK XALİSTÜRK


DÜNƏN QARŞILAŞDIQ

Dünən qarşılaşdıq yenə o qızla,
Sanki dağ sellərı bəndləri yıxdı.
Dayandı qarşımda min işvə, nazla,
Saf, həzin duyğular qəlbimə axdı.

O baxıb üzümə gülümsədikcə,
Çırpınırdı ürək yaralı quş tək.
Mən qaçıb getməyə cəhd elədikcə,
Tərpənə bilmirdim yerimdən daş tək.

Görürkən bir ömrün saraltısını,
İlahi, sınağa çəkirsən, nədi?
Bu sınıq könlümün sızıltısını,
Mən necə ovudum, kiridim indi?

Ruhum dil tapmırsa çəmənlə, güllə,
Gənc qızın nazıyla necə oynayım?
Qara tellərini bu titrək əllə,
Necə sığallayım, necə oxşayım?

İlahi, günahım nə idi görən?
Gecikmiş eşq ilə sınanıram mən.
Varsa da beş nəfər mənə haqq verən,
Onunun dilində qınanıram mən.



***

Nədən, ey gül, məni sən bunca pərişan elədin?
Faş edib sirrimizi bağrımı şan-şan elədin?

Açaraq ürəyimi mən sənə tapşırdım onu,
Əmanət bir ürəyi gör necə büryan elədin?

Demədimmi sənə mən gizli tutaq eşqimizi?
Niyə bəs gedib həmən əğyara bəyan elədin?

Hər sözü fitnə onun, hər əməli qəm ələmək,
Məni dərdlərə salıb əğyarı şadman elədin.

Ara qatmaqda ona yoxdu bərabər, biləsən,
Veribən sirrimizi dünyamı viran elədin.

Nə deyim, nə söyləyim, sadəlövh dilbər, sənə mən,
Saf, təmiz eşqimizi gör kimə qurban elədin.

XALİSTÜRK sevdi səni, bəs niyə, ey gül, sən onu,
Köksündən yaralayıb qanına qaltan elədin?


İNAN MƏNƏ, DOST-MEHRİBAN

Tapşır, gülüm, o gözlərə,
Qoy baxmasın yad üzlərə.
Gecələrə, gündüzlərə,
Qısqanıran səni, inan,
İnan mənə, dost-mehriban!

Sən təzəcə, tər çiçəksən...
Sevgi dolu bir ürəksən,
İncə ruhlu şux mələksən.
İllərdir mən sənə heyran,
İnan mənə, dost-mehriban!

Hər yuxuma sən bəzəksən,
Ömrümə də ol bəzək sən.
Eşq bağçamda güllər əksən,
Özüm ollam sənə qurban,
İnan mənə, dost-mehriban!

Qarşımdan min gözəl keçib,
Könlüm təkcə səni seçib,
Dönən deyil, o and içib.
Sözlərimdə yoxdu yalan,
İnan mənə, dost-mehriban!



QALMADI

Kölgən kimi hey arxanca süründüm,
Hərdən dönüb baxdın mənə çəpəki.
Ürək qandı, mənsə xoşbəxt göründüm,
Xoşbəxt görsün dedim məni yar təki.

Yoxdur səndə nə etibar, nə vəfa,
Vəfasızlıq sənin alın yazındı.
Eşq yolunda çox çəksəm də mən cəfa,
Ürəyini bir biganə qazandı.

Həsrətini göz yaşımla yumağa,
İllərimi qurban verdim, olmadı.
Göz kor oldu, belsə döndü yumağa,
Vüsalına bir gümanım qalmadı.






скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10