VÜQAR ƏHMƏDİN ŞAİR İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİ İLƏ BAĞLI FƏALİYYƏTİNƏ BİR BAXIŞ



Azərbaycan Respublikası Prezidentinin 2019-cu ili Nəsimi ili elan etməsi ilə əlaqədar olaraq tədbirlər həyata keçirilir. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd də İmadəddin Nəsimi həyat və fəaliyyətinin, dini-fəlsəfi, sufi baxışlarının öyrənilməsində xüsusi fəallıq göstərir. Belə ki, onun aprel ayında Tehranda “Xudafərin” jurnalının 176-cı sayında Nəsiminin dini-sufi görüşlərinə dair məqaləsi çap olunub. Məqalə Azərbaycan dilində ərəb qrafikası ilə nəşr edilib. Türkiyədə isə “İlesam” jurnalının 17-ci sayında V.Əhmədin “Nəsiminin dini-fəlsəfi görüşləri” məqaləsi dərc olunub. Bu jurnalda Vüqar Əhmədlə yanaşı, yazıçı Anar, Qəzənfər Paşayev, Bəxtiyar Vahabzadə, Səyyad Aran kimi azərbaycanlı müəlliflərin də məqalələri yer alır.

Bu ay isə V.Əhmədin Banqladeşdə ingilis dilində “Sufi views of Nasimi” (“Nəsiminin sufi baxışları”) adlı məqaləsi nəşr edildi. Məqaləni Məsmə İsmayılova Azərbaycan dilindən ingilis dilinə tərcümə edib. Həmçinin o, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəsimi-650” tədbirində iştirak etmişdir. Bunlarla yanaşı, Vüqar Əhməd Göyçay şəhər İcra hakimiyyəti tərəfindən təşkil olunan “Nəsimi-650” yubiley tədbirində İmaddədin Nəsiminin həyat və yaradıcılığı barədə bəhs açmış, şairin dini-fəlsəfi görüşlərini şərh etmişdir. Vüqar Əhməd Göyçay şəhər İcra hakimiyyəti tərəfindən medalla təltif olunmuşdur. Görkəmli alimə yaradıcılıq uğurları arzulayırıq!

TƏHMİNƏ VƏLİYEVA

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi