Almaxanımın 18 avqust, 18 yaşı münasibətilə-Rauf Bağbanın şeiri



Almaxanımı bağımda yaxından dinləmək əvəzsiz, unudulmaz xatirədir. O şirin xatirələr dilə gəldi, bu şeir doğuldu.

Almaxanımın 18 avqust, 18 yaşı münasibətilə

Bağımda o gecə necə oxudun,
Ayıra bilmədim bülbüldən səni.
O gecə mahnıdan çələng toxudun,
Sevdim Vüqar kimi könüldən səni.

Nə qədər şirindir Almanın səsi,
Yox olur dərdlinin qəmi, qüssəsi.
Könlüm gül sərrafı, çiçək xəstəsi,
Ayıra bilmədim heç güldən səni.

Sehr var, cadu var sənin dilində,
Dəf də dilə gəlir, coşur əlində.
Uymuşam muğamın bəmü-zilində,
Allah ayırmasın bu eldən səni.

Qəlbimə salmısan unudulmaz iz,
Sözündə, səsində rəvan tərtəmiz.
Zilini, bəmini zənn etdim dəniz,
Dinlərkən həm bəmdən, həm zildən səni.

Rauf Bağban

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi