"Vaxt gəlir, mən gedirəm, oldum sizə beş gün pənah"-YAVƏR SÜBHANDAN QƏZƏLLƏR



Analoq.az qəzəlxan-şair Yavər Sübhanın iki qəzəlini təqdim edir:

İmaddəin Nəsiminin ruhuna ithaf
****

Xızıram, mey əlimdə, saqi, mənəm
Verdiyim mey də sənə abi həyat.

Əbədi olmağına yoxdur şübhə,
Nəfsinə qalib olan tapar nicat.

Əyməsin dünya səni baş aşağı,
Allah eşqiylə yaşa ömrü rahat.

Elm oxu ,elmli ol, tut bir sənət,
Ruzunu halal qazan, haramı at.

Bil ki, həqq yaradıb səni yaradan,
Əqli verdi sənə ki, qurub yarat.

Adəməm, mən Adəmin bir oğluyam,
Sən də Adəm övladı, xeyri yaşat.

Gözəlin eşqi məni sərsəm edib,
Göndərib lütfü mənə, xəlqi oyat.

****

Mən gözəl aləm bildim yer kürəsini, seyrigah,
Doğuldum günəş kimi, qaranlığı etdim sabah.

Həm baxıb göydən yerə, nur çilədim sevinc ilə,
Həm baxıb insanlara, pərişan könlüm etdi ah!

Yalvarıb yaradana, əhv dilədim hər kəs üçün,
Mənə ver hər cəzanı kim ki edir yerdə günah.

Eşqi var verdim sənə, saxla könül, itirmə vaxt,
Vaxt gəlir, mən gedirəm, oldum sizə beş gün pənah.


Yavər Sübhan

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi