• 23:00 – Andjey Duda: "İstərdik ki, Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti yaradılsın" 
  • 21:00 – HİTLERİN GÖZLÜYÜ ARGENTİNADA TAPILDI 
  • 20:00 – Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir 
  • 19:00 – Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb 
  • 18:00 – Azərbaycanda axtarışda olan şəxslər tutulub 
  • 17:00 – Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir 
  • 16:00 – Azərbaycan prezidenti Polşaya rəsmi səfər edib 
  • 15:00 – Varşavada Polşa və Azərbaycan prezidentlərinin görüşü olub 

ÖMRÜMÜZ-GÜNÜMÜZ ÖTƏRI HİSSDİR...

  • Tarix: 29.02.2016, 00:04,
  • Bölmə: Ədəbiyyat
  • Baxılıb: 5156
ÖMRÜMÜZ-GÜNÜMÜZ ÖTƏRI HİSSDİR... ÖMRÜMÜZ-GÜNÜMÜZ ÖTƏRI HİSSDİR... ÖMRÜMÜZ-GÜNÜMÜZ ÖTƏRI HİSSDİR...

Məhəmməd NƏRİMANOĞLU

Bu fikirlər, yəqin ki, zaman-zaman ədəbi aləmdə müxtəlif müəlliflərin imzasında özünün yeni ömrünü yaşayıb, əlbəttə, hər kəsin özünəməxsus formada işlətməsi ilə. Bu dəfə isə Həmid Dağlının qələminin qüdrətindən boylanır.
Kimdir Həmid Dağlı? Ədəbi aləmdə bədii fikir sahibi kimi imzasını təsdiqlədibmi?
“Aşıq şeirində yeni formalar” adlı kitabın adından da məlumdur ki, burada aşıq şeirinin yeni formalarından söhbət açılır. Açaq və oxuyaq, görək Həmid Dağlının, ümumiyyətlə, aşıq ədəbiyyatına bələdliyi, onun müxtəlif şeir növlərində təqdim etdiyi yeniliklər nədən ibarətdir.
Ədəbiyyatı, onun əsas komponenti olan ədəbi-bədii söz mülkünü kökü tarixin minillik qatlarına uzanan, qollu-budaqlı bir ağaca bənzədirlər. Onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagörüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bugünümüzə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, zəngin folklor nümunələri, ozan-aşıq yaradıcılığı, yazılı klassik ədəbi-bədii nümunələr daxildir.
Təsadüfi deyil ki, böyük fikir sahiblərinin, söz sərraflarının, ədəbi nəslin klassik nümayəndələrinin yaşadığı dövrlərdən bizi ayıran zaman məsafəsi dəyişdikcə onların yaratdıqları elmi-fəlsəfi, ədəbi-bədii sənət nümunələri də formalaşaraq zənginləşir və öz dəyərini artırır.
Bütün bunlarla yanaşı, dövlət müstəqilliyinə yenidən qovuşduqdan sonra xalqımız milli-mənəvi dəyərlərinin sa¬hi¬bi olmuş və adıçəkilən sahədə də bir sıra uğurlar əldə et¬mişdir. Regionlarda formalaşan ədəbi mühitin elmi ic¬ti¬ma¬iyyətin diqqətinə çatdırılması vacib məsələlərdən bi¬ri¬nə, daha doğrusu, tədqiqat obyektinə çevrilmişdir.
Azərbaycan ədəbiyyatşünaslığında Bakı, Təbriz, Tif¬lis, Borçalı, Naxçıvan, Qarabağ, Şirvan, Göyçə, Gəncə və di¬gər bölgələrin ədəbi mühitləri lazımi qədər araşdırılıb el¬¬mi dəyərini alsa da, zəngin potensiala malik bir sıra mən¬bə¬lər hələ də ciddi tədqiqatdan kənarda qalıb.
Haqqında söz açmaq istədiyimiz şair Həmid Dağ¬lı¬nın yaradıcılığında təcnis və onun müxtəlif yeni növ¬lə¬ri xüsusilə seçilir. Deyək ki, təcnisə klassik aşıq şeir növ¬lə¬rin¬dən biri və əsasən də Göyçə aşıq məktəbi yetirmələrinin ya-radıcılığında daha çox rast gəlinib. Ustad Aşıq Alı isə Göy¬çə aşıq mühitində parlayan dan ulduzunu xatırladır. Təc¬nis, digər şeir növləri kimi təkcə duyğuların poetik ifadəsi deyil. Burada həm də şairdən kamil bilik, Azərbaycan dilinin incəliklərinə bələdçilik tələb edilir. An¬to¬nim və sinonim sözlərdən başı çıxmayan kimsə təcnisin nə olduğunu çətin ki, anlasın. Ona görə də daim hesab edilib ki, təcnis, aşıq şeir növləri arasında ən çətinidir. Hə¬mid Dağlının yaradıcılığında da təcnisə meyillilik ma¬raq¬lıdır. Daha çox diqqətçəkəni isə şairin təcnisdə yeni for¬ma tapmasıdır. Məsələn, müəllifin qoşayanaq təcnis, qo¬şayanaq divani-təcnis, tərsyanaq təcnis, tərsyanaq dur¬na qatarı təcnis, baş-ayaq təcnis, dodaqbüzmə təcnis, beş¬mis¬ralı dodaqdəyməz təcnis, dodaqdəyməz təcnis və s. Nü¬munə üçün aşağıdakı qoşayanaq divani-təcnisə diqqət yetirək:
Üzümü tutub dözüm, ya üzümdən əl üzümmü?!
Üzümü tutub üzüm, ya üzümdən əl üzümmü?!
Qoşayanaq “Yay” nə “yay”di, “üz” nə “üz” təcnisi də elə bu baxımdan diqqəkçəkəndir:
Yay ətrini, gəlsin ömrə bahar, yay,
Üz gül-çiçək, açsın güllər, gözəl üz.
Yay qaşların, ox kirpiyin, qaşın yay,
Üz qovğanı, sar gözlərə çək, bir üz.
Hə¬mid Dağlının yaradıcılığı yalnız klassik aşıq şeirinin növ¬lərindən, məsələn, divani, təcnis, qoşma, gəraylı və s.-dən ibarət deyil. Burada, həmçinin poeziyanın müxtəlif (rü¬bailər, dördlüklər, sərbəst, poema...) növləri də uğurla sı¬naqdan çıxarılır. Şairin rübailərindən nümunəyə mü¬ra¬ci¬ət etməklə fikrimizi əsaslandıra bilərik:
Göz açıb həyata bağlanan gündən,
Bənd aldıq dünyanın iki gözündən.
Gündüz – görən gözü, nurla doludur,
Digəri gecədir, kor gördüyündən.
Yaxud, bir bənd dördlüyə diqqət yetirək:
Ağac – kökü üstə bir silahdaşdı,
Ağac – dar günündə yardı-yaraqdı.
Ağac – arxa-kömək, yaxın sirdaşdı,
Ağac – od-ocaqdı, nurdu, çıraqdı.
Əlbəttə, mən Həmid Dağlının yaradıcılığını təhlil et¬mək fikrindən uzağam. Lakin bu incə qələm və könül sa¬hi¬bi¬nin ali insani keyfiyyətlərinin ifadəsi olan bəzi mə¬qam¬la¬rı dilə gətirməyə bilməzdim. Bizi bir-birə tanıdan, təbii ki, şai¬rin kövrək duyğularından ibarət yaradıcılıq nü¬mu¬nə¬ləridir. Elə bu doğmalıq və dostluğun nəticəsi idi ki, onun qələm təcrübələrini toplayaraq 2007-ci ildə “Bəşəri duy¬ğuların yeni səhifəsi” adlı ilk şeirlər kitabını nəşr et¬dir¬dik. Redaktoru və ön söz müəllifi olduğum həmin ki¬ta¬bın oxucu görüşünə gəlməsi də hər ikimiz üçün xoş bir tə¬sa¬düfdən yaranmışdı. “Azərbaycan” nəşriyyatının birinci mər¬təbəsində şair-dramaturq, kamil qələm sa¬hibi Kamal Nemətin çapa hazırladığımız kitabının siq¬nal nüsxəsini müəllifə təqdim edirdim. Bu an bir nəfər əli əsalı çox sakit (zorla eşidilən, utancaq şəkildə) bir söz so¬ruş¬maq istədiyini bildirdi. Kamal müəllim, -buyur, nə la¬zım¬dır,-deyə ondan so¬ruş¬du. O isə özünəməxsus şəkildə, dönə-dönə üzr istəyərək əlin¬dəki məktəbli dəftərini gös¬tə¬rə¬rək oradakıların nəyəsə ya¬rayıb-yaramadığını öyrənmək is¬təyini bildirdi:
-Bilmirəm kimə müraciət edim ki, bu¬ra¬da¬kı¬la¬ra bax¬sın, fikrini bildirsin. “Cızma-qaralar”ımdır. Uta¬nı¬ram onları şeir adlandırmağa...
Kamal müəllim üzünü mənə çe¬vir¬di:
-Baxarsan. Nəsə söz adamına oxşatdım. Qabında olan¬lar belə sadə və səmimi olur. Adını və imzasını so¬ruş¬¬duq. Qısaca iki kəlmə ilə özünü təqdim elədi:
-Həmid Dağlı.
-Bu dəfə mən dilləndim:
-İndiyə kimi çap olunubmu şeirləriniz?
-Olub, amma, şairlik iddiasında deyiləm. Sadəcə, ba¬¬xıl¬¬ma¬sı üçün gəlmişdim. Deməli, əvvəlcə qəzet-jurnallarda dərc edilməlidir, eləmi?
O, sanki qəbahət etmiş kimi başını aşağı saldı. Onu bu üzücü haldan çıxarmaq istədik. Kamal Nemət məni və onu qabaqladı:
-Elə yaxşı gəlmisən. Düz tapmısan. Yapış Mə¬həm¬məd Nərimanoğlunun əlindən. O, bizim kimi neçələrinin ədəbi aləminin qapılarını açıb oxuculara. Mənim 3-cü ki¬ta¬bımı nəşrə hazırlayır. Dağlı ləqəbiniz maraqlıdır. Dağ adamısız yəqin?!
-Balakəndənəm. Amma nə fərqi var, dağlarımıza vurğunluq, bir də vurğunluğumuzun dağları mənasında...
Hələ yenicə tanış olmağa başladığımız bu söz ada¬mı¬nın elə ilk fəlsəfi düşüncələrindən qaynaqlanan söhbəti bi¬zi ona doğmalaşdırdı. Bu doğmalıq qardaşlıq sə¬viy¬yə¬sinə ucaldı. Amma Həmid Dağlı eləcə həmin sadəliyində, sə-mi¬miliyində qalmaqdadır.
Aradan ötən müddət ərzində Həmid Dağlının yaradıcılığı daha da zənginləşmiş və kitabda göründüyü kimi, bir az da mükəmməlləşib.
Qısa tanışlıq: Həmid Dağlı (İsmayıl oğlu Butayev) 1958-ci ildə Balakən rayonunun Kortala kəndində ana¬dan olub. O, Zaqatala 1 saylı Qalaiçi internat mək¬tə¬bin¬də orta təhsil aldıqdan sonra Sumqayıtda texniki-peşə mək¬təbində operator sənətinə yiyələnib, “Azərkimya” Elm-İstehsalat Birliyində çalışmış və qabaqcıl işçi kimi ona “Komsomol toyu” edilmiş və o, Laçın rayonunun Mı-ğıdərə kəndində dünyaya göz açan Aybəniz xanımla ailə həyatı qurub. Bir oğul, iki qız atası kimi tanınan Hə¬mi¬din hələ gənclik il¬lərindən bədii yaradıcılıqla məşğul olan şairin “Bu həyat” şeiri o zaman “Sosialist Sum¬qa¬yıtı” qəzetində dərc edilib. İxtisasca texnik olan Həmid Dağ¬lı həmçinin II qrup əmək əlilidir.
El şairinin yaradıcılığının əsasını Vətənə, anaya, tor¬pa¬ğa, insanlığa və s. ali keyfiyyətlərə sədaqət hissi təşkil et¬mə¬si onun hər şeirində duyulmaqdadır. El şairinin şeir¬lə¬ri¬nin ədəbi üfüqündə hər bir fikir çələnginin elmi və ədəbi ampulası üzərində böyük anlam durur.
Həmid Dağlının şeirləri arasında diqqətimi çəkən, la¬kin nədən yarandığı mənə məlum olmayan bir bənd də var:
Ruhumu yaşadan pak nəfəsidir,
Kəlbəcər harayı – onun haqq səsi.
Həyatımın parlaq səhifəsidir,
Məhəmməd Nərimanoğlu guşəsi.
Təbii ki, hər bir qələm və söz adamının ya¬ra¬dı¬cı¬lı¬ğın¬¬da Vətən kəlməsi hansı misradadırsa, o, şah misradır! Bu mə¬nada Həmid Dağlının da şah misralı şeirləri ye¬tə¬rin¬¬cə¬dir. Onların sırasında bəlkə də ilk yeri tutan “Və¬tə¬nim” po¬e¬ma-sıdır.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV