Şəhla Vahid Hacıyeva: Torpağın altında nə var? Üstdü gözümüzdən gəldi.

Şəhla Vahid Hacıyeva: Torpağın altında nə var? Üstdü gözümüzdən gəldi.
Tarix: 15-03-2016, 18:00 Toplam: nəfər paylaşdı. Baxılıb: 5547


Şəhla Vahid Hacıyeva: Torpağın altında nə var? Üstdü gözümüzdən gəldi.
Saxlamır.

Gecələrin əli uzun,
Həsrətin oduna qızın.
Sənində çıxdı buynuzun,
Quyularda sirr saxlamır.
* * *
Tikiləni sökən olub,
Söküləni tikən olub.
Canımız yel çəkən olub,
Ruhumuzu tər saxlamır.
* * *
Yaş süzüldü yeddi qatdan,
Axdı gözümdəki çatdan.
Qaçır ayağımız altdan,
Daha bizi yer saxlamır.

Çətin deyilki.
Yanlış bir ürəkdə eşq bitirmişəm,
Səni unudaram çətin deyilki.
Sevdalı günlərdən nə gətirmişəm,
Səni unudaram çətin deyilki.
* * *
Məni soraqlama mənsizliyəndə,
Səni axtarmıram sənsizliyəndə.
Kar oldum bəxtimin səssizliyində,
Səni unudaram çətin deyilki.
* * *
Yaddaşım düyünlü,dilim bükülü,
Gözlərim dumanlı,əlim bükülü.
Bu yükün altında belim bükülü,
Səni unudaram çətin deyilki.
* * *
Göyərməz ümidlər yaz nəfəsində,
Soldu ayrılığın buz nəfəsində.
isinir ürəyim öz nəfəsində,
Səni unudaram çətin deyilki.

Gözümüzdən gəldi.

Torpağın altında nə var?
Üstdü gözümüzdən gəldi.
Tale bizdən ümidini,
Kəsdi gözümüzdən gəldi.
* * *
Ömrü etdik ələk-vələk,
Tapmadıq bir tutmuş dilək.
Gizlincə yandıqca ürək,
Tüstü gözümüzdən gəldi.
* * *
içimizi şübhə yeyir,
Sən say gör fələk nə deyir.
Xeyir bildiyimiz xeyir,
Nəhsdi gözümüzdən gəldi.

ÜŞÜYÜRƏM.
Sənsizəm hər anım donub,
Damarımda qanım donub.
Ruhum donub,canım donub,
Ürəyimdən üşüyürəm.
* * *
Çıxmır sabaha gecələr,
Batır günaha gecələr.
Yenədə tənha gecələr,
Ürəyimdən üşüyürəm.
* * *
Bu taleyin qarası çox,
Bütövü az,parası çox.
Ürəyimin yarası çox,
Ürəyimdən üşüyürəm.

ASILI QALIB.
iki damla yaşdı ümid,
Gözümdən asılı qalıb.
Yalançı təbəssüm rəsmi,
Üzümdən asılı qalıb.
* * *
Sus danışma dinmə dilim,
Yerdə ölüm,göydə ölüm.
Bir qələmdi,birdə əlim,
Sözümdən asılı qalıb.
* * *
Tutdum bu cığırı getdim,
Getdim dumanlarda itdim.
Yalanları edam etdim,
Düzümdən asılı qalıb.
* * *
Yarımçığam hanı yarım?
Onsuz bitmir intizarım.
Bundan sonrakı qərarım,
Özümdən asılı qalıb.

QAÇA BiLMƏZSƏN.
Qaç ayağın tutduqca qaç,
Özündən qaça bilməzsən.
Özündən qaçsan Allahın,
Gözündən qaça bilməzsən.
* * *
Gəlib çıxmaz gözlədiyin,
Sənin olmaz sözlədiyin.
Yalanlarla gizlədiyin,
Düzündən qaça bilməzsən.
* * *
Dərd qalxar dizinə çıxar,
Əməlin üzünə çıxar.
Yol dönər izinə çıxar,
izindən qaça bilməzsən.

NiYƏ GƏLDiK?
Soyuq məzar imiş dünya,
Dərdmiş,azar imiş dünya.
Köhnə bazar imiş dünya,
Təzə nə var niyə gəldik?
* * *
Yatan yatıb,oyaq getmir,
Günahları yuyaq getmir.
Ürək gedir,ayaq getmir,
Durduq səsə-küyə gəldik.
* * *
Bu quyunun daşı çıxmır,
Daş doludu boşu çıxmır.
Gələn baxır başı çıxmır,
Dəlilərə yiyə gəldik.
* * *
Yıxdı bizi artıq tamah,
Baş alıb yeriyir günah.
Birdə görəcəksən Allah,
Qaçdıq bir-bir göyə gəldik.

KEÇiM GEDiM.
Qırmızıda dayanmışam,
Yaşıl yanmır keçim gedim.
Olmadı daimi yurdum,
Birdəfəlik köçüm gedim.
* * *
Dünya sənə səadətdi,
Mənəsə acı həsrətdi.
Bilmirəm hansı qismətdi,
Qismətimi seçim gedim.
* * *
iz itirir izlədiyim,
Aşkar olur gizlədiyim.
Gəlib çıxmır gözlədiyim,
Qan ağlayır içim,gedim.

NƏ XEYRi VAR?
Boşdu bu bəxtin qazanı,
Bulamağın nə xeyri var?
Yığıb sönmüş ümidləri,
Qalamağın nə xeyri var?
* * *
Yaxınlarda uzaq olub,
Həsrət yeli sazaq olub.
Dəli bir yalquzaq olub,
Ulamağın nə xeyri var?
* * *
Böyükdü dərdin boyundan,
Uduzdun çıx bu oyundan.
Doymadın qismət payından,
Yalamağın nə xeyri var?
* * *
Ruhun budu,canın budu,
Bax çıxdığın qının budu.
Əvvəlin bu,sonun budu,
Ağlamağın nə xeyri var??
4+ sekil

KiMi.
Dolaşıb durursan hər səhər axşam,
Dilimin ucunda bəlkələr kimi.
Həsrətin qəlbimdə qara yamaqdı,
Ağ qarın üstündə ləkələr kimi.
* * *
Qoşa oturmuşam qəm bu tərəfdə.
Çürüyür ürəyim nəm bu tərəfdə.
Yığmışam kəmləri kəm bu tərəfdə.
Bölünüb taleyim ölkələr kimi.
* * *
Qalıb bir ayağın yuxularımda,
Gəlir səs sorağın yuxularımda.
Oluram qonağın yuxularımda,
Uzaqsan həyatda özgələr kimi.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10