• 20:30 – "Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı 
  • 15:00 – Ramiz Mehdiyev:" Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada,orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib" 
  • 14:15 – Aydın Əliyev:"Cənab Prezident tamamilə düzgün qərar qəbul edib” 
  • 11:30 – Müğənni Samir Piriyev:"Ehtiyatlı olun" 
  • 15:00 – Sabunçu rayon Qaz idarəsi jurnalisti niyə incidir 
  • 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 15:00 – Müxalifət lideri həbs edildi 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 

Son bir ildə Bankın aktivləri və kredit qoyuluşları 5 dəfə artıb

  • Tarix: 22.03.2016, 20:20,
  • Bölmə: Künc
  • Baxılıb: 5394
Son bir ildə Bankın aktivləri və kredit qoyuluşları 5 dəfə artıb  Son bir ildə Bankın aktivləri və kredit qoyuluşları 5 dəfə artıb
"Paşa Bank Türkiyə" ötən il 9 mln. türk lirəsi (3,047 mln. ABŞ dolları) gəlir əldə edib. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Bankın aktivləri və kredit portfeli əvvəlki ilə nisbətən 5 dəfə artıb.Bankın kredit portfeli ümumilikdə 400 mln. lirəyə (135,404 mln. dollar) çatıb.
"Paşa Bank Türkiyə"nin 2015-ci ilin yanvarında yatırdığı sərmayə 255 mln. lirəyə (86 319 123,329 USD), kredit portfeli isə 2015-ci ilin sonunda təmin edilən əlavə qaynaqlarla birlikdə 373 mln. lirəyə (126,263 mln. dollar) bərabər olub.
Bankın baş direktoru H.Cenk Eynehan deyib ki, təmsil etdiyi bank Türkiyədə xarici investisiyalı bankdır: "2016-cı ildə əsas diqqəti layihələrin maliyyələşməsinə yetirəcəyik. İnvestisiya bankçılığı və korporativ bankçılıq sahəsində fəaliyyətimizi davam etdirəcəyik. Başda xarici ticarətin maliyyələşdirilməsi olmaqla böyük imkanı olan sahələrə də diqqətimizi artıracağıq"."Paşa Bank Türkiyə"nin rəhbəri deyib ki, Türkiyədə inflyasiyanın bu il 7-7,5% olacağını proqnozlaşdırırlar: "İrana qarşı qoyulan embarqonun aradan qaldırılması, neftin ucuzlaşması, devalvasiya və başqa məsələləri nəzərə alaraq demək istəyirəm ki, bu il 4% böyüməyi düşünürük. Həmçinin, Türkiyədə inflyasiyanın həcminin 7-7,5% arasında olacağını da proqnozlaşdırırıq".
Adıçəkilən bankın baş direktorunun köməkçisi Ali İhsan Tokkuzun isə deyib ki, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi reallaşandan sonra Azərbaycanla Türkiyə arasındakı əlaqələr daha da böyüyəcək: "2014-cü ildə Türkiyənin Azərbaycana ixracı 2,8 mlrd. dollar, Gürcüstana isə 1,49 mlrd. dollar səviyyəsində olub. Tezliklə TANAP işə düşəcək və bununla yanaşı, "Star" neft emalı zavodu fəaliyyətə başlayacaq. Bu isə böyük yatırım deməkdir. Məhz bu bizim qrupumuzun Türkiyədə olması üçün əsas amildir".скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV