• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Xalq artistini prokurorluq çağırdı

  • Tarix: 11.02.2016, 13:13,
  • Bölmə: Künc
  • Baxılıb: 5306
Xalq artistini prokurorluq çağırdı Xalq artistini prokurorluq çağırdı Xalq artistini prokurorluq çağırdı
Xalq artisti, müğənni İlhamə Quliyeva istintaqa cəlb edilib. Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb. Xalq artistinin səhhətində problem yaranıb. Bu səbəbdən də onun ifadəsi yaşadığı evdə alınıb.Ötən ilin sonunda ifaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda ittiham edib. Xalq artisitinin sözlərinə görə, köməkçisi onu öldürmək istəyib. "O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır”.

Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də edib. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Bir neçə gün öncə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanması xəbəri yayılıb. Müğənni yayılan məlumatları təkzib edib.

ANS PRESS-ə açıqlama verən xalq artisti bildirib ki, məlumat yalandır: “O məlumat əsassızdır, cəfəngiyatdır, bizim ailəmizə atılan böhtandır. Hamı öz evindədir. Qətiyyən belə bir şey yoxdur. Bu məlumatı mənim həbsxanada olan qulluqçumun adamları yayıb. Axı bu yaxınlarda məhkəməsi olacaq. Yalan-yalan informasiya yayırlar".скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV