• 15:00 – Abşeron rayonunda daha bir qeyri hadisə-20 manatı olanın şəkili şərəf lövhəsində 
  • 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 

Ruhulla Axundov kimdir

  • Tarix: 13.02.2016, 01:36,
  • Bölmə: Künc
  • Baxılıb: 52 326
Ruhulla Axundov kimdir Ruhulla Axundov kimdir Ruhulla Axundov kimdir

Ruhulla Əli oğlu Axundov 1897-ci ildə Bakının Şüvəlan kəndində doğulmuşdur. Alim, publisist, siyasi və dövlət xadimi.Mədrəsə, realni və ticarət məktəbini bitirmişdir. Rus, ingilis, fransız, fars və türk dillərini bilirdi.Azərbaycanın ilk kommunistlərindən olmuşdur. R. Axundov 1916-18-ci illərdə Bakı qəzetlərinin redaksiyalarında korrektor və tərcüməçi işləmişdir.Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil almışdır, bir neçə Şərq və Avropa dillərini bilirdi.1916-cı ildə mətbəədə işləmişdir.1917-ci ildə Azərbaycanın solçu eserlərinə qoşulmuşdur. 1919-cu ildə kommunist partiyasına daxil olur. 1918-20-ci illərdə Bakı sovetinin "Xəbərlər" və kommunistlərin orqanı olan "Kommunist" qəzetini redaktə edir.1920-ci ilin aprelində Azərbaycanda kommunist rejimi qurulduqdan sonra R. Axundov Azərbaycanda və Zaqafqaziyada mühüm dövlət vəzifələrində olur, V. İ. Leninlə görüşür. K. Marks, F. Engels və V. Leninin əsərlərini Azərbaycan dilinə tərcümə edir. O, ikicildlik rus-Azərbaycan lüğətinin müəllifi və redaktoru, ədəbiyyat, incəsənət, tarixlə bağlı bir sıra əsərlərin müəllifi olmuşdur.Ruhulla Əli oğlu Axundov kommunist ideyalarının işıqlı gələcəyinə inanaraq 20 il bu yolda mübarizə apardığına baxmayaraq Stalin repressiyasının qurbanı oldu - 1938-ci ildə güllələndi.Ölümündən sonra bəraət almış və 1959-cu ildə partiya üzvlüyü bərpa olunmuşdur.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV