Jurnalistlər binasının sakinləri Bakı Şəhər İcra Hakimiyyətinə və BNA-ya müraciət ünvanladı



Jurnalistlər binası hansı təhlükə astanasındadır?

“Səbail rayonu, Səlyan şossesi 22 ünvanında yerləşən Jurnalistlər binasının sakinləri Biniheybət yolundakı sürüşmə və aşınmadan sonra , yaşadıqları ərazidən keçən yeganə marşrut olan 125 saylı avtobusdan istifadə edə bilmirlər”.

Analoq.az xəbər verir ki, bu fikirlər adıçəkilən binaların sakinləri adından BNA-ya müraciətdə bildirilib. Sosial şəbəkələr vasitəsi ilə yayımlanan statusda həmçinin qeyd olunur ki, binalarda yaşayanların əksəriyyətinin şəxsi avtomobilləri yoxdur.

“Bildirmək istəyirik ki, aramızda yaşayanların çoxunun şəxsi avtomobili yoxdur. Bİna sakinlərinin övladları buradakı dayanacaqdan istifadə etməklə məktəbə gedib-gəlirdilər. Bundan başqa həm də sakinlərin arasında yaşlı adamlar var ki, onlar da daima avtobus xidmətindən istifadə edirlər”, deyə qeyd edilən məlumatda vurğulanır ki, 6 ay bundan əvvəl çəkilən Bayıl yamacındakı yolun uçması səbəbindən ərazidə yaşayan sakinlər yenə də əlacsız vəziyyətdə qalıblar. SİTAT: “Hər səhər işə gedən insanlar 20-ci sahədən yola çıxmalı olurlar. Marşrutların sıxlığı səbəbindən iş yerlərinə vaxtında çatmırlar. Bununla da işlədikləri yerdə əmək haqqlarında azalma olur. Səhər işə gedib, axşam evə qayıdanda isə havanın qaranlıq olması səbəbindən, eləcə də 20-ci sahədə yay aylarından başlanan qazıntı və su kanalizasiya işlərinin bu günə qədər uzadılması səbəbindən yollarda keçilməz xəndəklər əmələ gəlib.

Gecələr görmə qabiliyyəti zəif olanların bu yolda ayaqları büdrəyərək yıxılmaq ehtimalı böyükdür. Həmin yolların palçığı, gecənin qaranlığında yollardakı sahibsiz itlərin gəzişməsi, naməlum insanların təhlükəsi baxımından da qaranlıq küçələrlə böyük bir yolu Jurnalistlər binasına qədər qət etmək təhlükə yaradır”.

Daha bir problem kriminal olaylarla bağlıdır. Stasudsa qeyd olunduğuna görə, hamıya məlumdur ki, 20-ci sahədə də kriminala meyilli insanlar xeyli sayda rast gəlmək olar: “Onların hücümuna məruz qalmamaq üçün, Jurnalistlər binasının sakinlər BNA-ya müraciət edərək, xahiş edir ki, təcili sürətdə bizim yaşadığımız əraziyə marşrut təyin edilsin. Həmin marşrut Ali Neft Məktəbinin yanına gedib, arxa yol ilə 20-ci sahədən dönə bilər.

125 saylı marşrutla binaın sakinlərinin yol problemi həll olunmur. Buraya ən azı 2 marşrut xətti buraxılmalıdır. Bu ilin yayında Səbail rayonu İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov məhəllə sakinləri ilə keçirdiyi görüşdə, bizim bir çox həlli mümkün problemlərimizi həll etməyə söz versə də onlar öz həllini tapmamış qaldı. Həmin problemlərin içərisində Jurnalistlər binasının qarşısındakı işiqforun yaşıl işığın yanması vaxtının 15 saniyədən 30 saniyəyə qaldırılmaq məsələsi, dayanacaqda avtobus kartlarına pul yükləmək üçün BAKI KART və Million aparatı quraşdırılması məsələləri də var idi. Biz Bakı şəhəri İcra hakimiyyətindən və BNA-dan xahiş edirik ki, bu kiçik məsələləri təcili surətdə həll etsinlər”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi