Bəhruz Quliyev: "Məncə bəziləri razılaşmalıdır ki, qatar çox aralanıb, qaçmaqla çata bilməyəcəklər"




"Son vaxtlar maraqlı hadisələrin şahidi oluruq. Mənim dostlarım inciməsinlər, bəzi nüansları səthi də olsa deməliyəm". Analoq.az saytı xəbər verir ki, bu fikirləri "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev "Facebook" sosial şəbəkəsində "Mənim fikrimcə..." başlıqlı statusunda yazıb.

"Təqribən 5 ilə yaxın zaman kəsiyində, varlığı ilə yoxluğu bilinməyən, nə dövlətçilik məsələlərinə, nə cəmiyyətdə baş verən hadisələrə reaksiya verməyən, münasibət bildirməyən, sinəsində Azərbaycan Respublikası Milli Məclisinin nişanın gəzdirən bəzi deputatlar indi aktivləşib, müxtəlif məsələlərə münasibət bildirirlər", deyə qeyd edən Bəhruz Quliyev ictimai rəyə sual ünvanlayıb: "Görəsən nəyə görə? Yəqin onlar da anlayıblar ki, daha yatmaq vaxtı deyil. Aparılan islahatlara adekvat cavab verməyin, yeni çağrışlara qoşulmağın, inkişafa töhfə verməyin, yenilənməyin vaxtıdır".

"SƏS" Media Qrupunun rəhbəri artıq gec olduğunu bildirib: "Amma çox gecdir, əziz dostlar. Məncə bəziləri razılaşmalıdır ki, qatar çox aralanıb, qaçmaqla çata bilməyəcəklər..

Siz necə düşünürsünüz?"

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi