Ən çox pul qazanan uşaq



Ən çox pul qazanan uşaq
Böyük Britaniyada bir dilənçi ölkəni ayağa qaldırıb. Özünü evsiz , ehtiyac sahibi olan insan kimi qələmə verərək, gözünü insanların cibinə dikən dilənçi, sən demə gün ərzində 700 dollardan çox pul toplayırmış.Qazancı ilə nazirlər kabinetində sadəcə baş nazir Devid Kemerondan geri qalan dilənçinin adı açıqlanmır. Ölkəni şoka salan faktı araşdıran polislər milyonçu dilənçinin evsiz olmadığını, onun kifayət qədər lüks mənzildə yaşadığını da üzə çıxarıb.Bir həftə ərzində 3500 dollardan çox qazanan dilənçinin topladığı pulları nəyə sərf etdiyi, harda saxladığı da açıqlanmayıb. Dilənçinin bu qədər böyük məbləğ qazanmasının məlum olmasından sonra onun vergidən yayınması məsələsi də gündəmə gəlib. O ki qaldı onun işləmə prinsipinə, yerli medianın yazdığına görə dilənçi ən çox mağazada alver edənlərdən və sərnişinlərdən gəlir əldə edirmiş. Özü də bu dilənçi ağız açdığı insanların maddi durumunu da əvvəlcədən analiz edirmiş.Həqiqi dilənçilər isə faktın üstünün açılmasından sonra çox narahatdır. Onlar qorxur ki, bu xəbəri eşidən insanlar ümumiyyətlə dilənçilərə əl tutmaqdan imtina etsinlər.

ATV.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi