Təbriz-Ermənistan avtomagistralı Şərqi Azərbaycanın hesabına tikiləcək - QƏRAR




Ermənistanı Təbrizlə birləşdirəcək avtomobil yolunun inşası Şərqi Azərbaycan Vilayəti hesabına həyata keçiriləcək.

Analoq.Az xəbər verir ki, 24 oktyabr 2019-cu ildə Şərqi Azərbaycan vilayəti ilə İranın Yol və Şəhər İnkişaf Nazirliyi arasında əldə olunan razılığa əsasən vilayətdə mis mədənləri ilə məşğul olan Mes Sungunun vergilərinin bir hissəsi (120-130 milyard tümən) Təbriz-Ermənistan avtomobil yolunun tikintisinə yönəldiləcək.

Qeyd edək ki, Təbriz-Ermənistan avtomobil yolunun inşası ilə bağlı müzakirələr hələ ötən il İranda başlamışdı. İranın şəhərsalma və yol nazirinin müavini Xeyrulla Hadami Ermənistanın İran üçün əhəmiyyətini belə vurğulayıb:

“Ermənistanda tranzit əhəmiyyətli avtomobil yolu tikilir. Təbriz Ermənistanla bu yol vasitəsilə birləşərsə, həmin avtomagistral beynəlxalq tranzit dəhlizinə çevriləcək”. KONKRET.AZ

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi