ƏSAS SƏHİFƏ Gündəm “Kəpəz Kuboku - 2020” yarışması keçiriləcək

“Kəpəz Kuboku - 2020” yarışması keçiriləcək

Azərbaycan Gənclər İttifaqının (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının (ARA) təşkilatçılığı ilə yanvarın 26-da “Kəpəz Kuboku - 2020” yarışması keçiriləcək.

Analoq.Az xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında keçiriləcək yarışmaya Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və “Jam Group” təşkilati dəstək göstərirlər.

Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

“İncəsənətimizi bölgələrdə inkişaf etdirib, istedadı olan hər bir gəncimizi irəli çəkib, öz arzularını reallaşdırmalarına kömək etmək, inkişafına təkan vermək lazımdır. Gənclər bizim gələcəyimiz və davamçılarımızdır. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında keçiriləcək istedadlı gənclərimizdən ibarət festival və müsabiqədə onlar arasında bir-birilərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərmələrinə imkan yaratmaqdır”, – deyə Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov bildirib. AZƏRTAC

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu