Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ Gündəm Lerikdə deputatlığa namizədə qarşı süni maneələri kim yaradır?

Lerikdə deputatlığa namizədə qarşı süni maneələri kim yaradır?

Xəbər verdiyimiz kimi tanınmış jurnalist Atv telekanalının əməkdaşı Bəxtiyar Fətullayev 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb .

"Facebook" sosial şəbəkəsində Lerik rayon İcra hakimiyyətinin namizədlərə yaratdığı süni maneələr barədə status paylaşan Bəxtiyar Fətullayev qeyd edib ki, Lerik rayon icra hakimiyyəti görüş üçün bizə bu gördüyünüz dağılmış mədəniyyət evinin binasında yer ayırmışdı. Alternativ variant kimi isə dağılmış binanın həyəti göstərilib. Bütün digər variantlar istisna edilib. Biz də Çayrud inzibati ərazi bölgüsünün İcra nümayəndəsi Xanlar Həmidin göstərişilə seçicilərlə görüşü açıq havada keçirməli olduq.
Lerikdə deputatlığa namizədə qarşı süni maneələri kim yaradır?
Lerikdə deputatlığa namizədə qarşı süni maneələri kim yaradır?
Bu gün isə Çayrud inzibati ərazi bölgüsündə digər namizəd İqbal Məmmədov görüş keçirib.Lakin ona gorüş üçün dağılmış vəziyyətdə olan mədəniyyət evi və ya onun həyəti deyil, Cayrudda yerləşən məktəb binasının idman zalı təşkil olunub.

Lerik rayon İcra hakimiyyətinin rəhbərliyi görüş üçün yerlərlə bağlı imzaladiqları sərəncamı pozaraq, namizədlər arasında ayrıseçkilik edir, namizədlər arasında bərabərhuquqluluq prinsipini pozur ,bununla da, seçki prosesinin şəffaflığına kölgə salırlar.

Bundan başqa, namizədlərin qanuni şəkildə yapiışdırdıqları şəkillər çıxarılır. Aidiyyatı qurumlardan bütün bu məlumatların araşdırılıb, lazımi tədbirlər görulməsini xahiş edirəm.

Heç kim seçki prosesinin tələblərini və Cənab Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsilə bağlı tələb və tapşırıqlarını pozmaq haqqına sahib deyil!

Müraciətinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və 78 saylı Lerik seçki dairəsi tərəfindən nəzərə alınmasını və qanun pozuntularının qarşısının alınması üçün lazımi tədbirlər görülməsini xahiş edirəm. Lerikdə kütləvi qanun pozuntularıyla bağlı faktlar rəsmi şəkildə də təqdim olunacaq.

Onu da qeyd edək ki, redaksiyamıza bir neçə rayon icra başçısının seçkilərə müdaxilə etmələri barədə məlumatlar daxil edilib.Tezliklə daxil olan faktlar əsasında araşdırma aparıb oxucuların ixtiyarına təqdim edəcəyik.


Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu