Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ Gündəm Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı"

Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı"

Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən təbliğat-təşviqat kampaniyasını davam etdirir.

Analoq.Az xəbər verir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün maraqlı üsuldan istifadə edib. Belə ki, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə Hadı Rəcəbli Lənkəran Dövlət Universiteti və texnikumunda müxtəlif bölgələrdən təhsil alan bir neçə tələbəsini də həmin tədbirə toplayıb.

Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı"

Daha sonra Hadı Rəcəbli tələbələri 74 saylı Lənkəran kənd seçki dairəsinin seçiciləri kimi ictimaiətə təqdim etməkdən çəkinməyib. Bununla belə, o, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə görüşə gələnlərin əksəriyətinin yaşlı adamlar olduğu ortaya çıxıb.

Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı"

Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşləri izdihamlı göstərmək üçün video-montaj proqramından da istifadə edib.

Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı"

Demokrat.Az

Analoq.Azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu