ƏSAS SƏHİFƏ Gündəm Sabirabadda xəstəxana var, həkim yoxdur

Sabirabadda xəstəxana var, həkim yoxdur

Yanvarın 23-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində xəstələrin kütləvi zəhərlənməsi baş verib. Hazırda xəstələrin vəziyyəti dünənə nisbətən stabildir.

Analoq.Az xəbər verir ki, bu barədə AYNA-ya zəhərlənmiş xəstələrdən biri – Əlmədət Ağayev məlumat verib.

“Dializ alıb evə getdik, qızdırma, üşütmə, ishal başladı, təzyiq çox aşağı düşdü. Ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Dünənə baxanda, bu gün bir qədər irəliləyiş var. Həkimlər qulluğumuzda dayanıblar, ancaq hələ də qızdırma, qusma, ishal davam edir”, – deyə xəstə bildirib.

Ə.Ağayevin dediyinə görə, xəstələrdən biri Bakıya gətirilib: “Eyni növbədə beş xəstə dializ almışdıq, beşimiz də eyni vəziyyətdə xəstəxanaya gətirilmişik. Xəstələrdən biri evə gedib, birini də qohumları Bakıya apardılar. İndi mənimlə bərabər reanimasiyada iki xəstə müalicə alır”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə uroloq var, nə də nefroloq: “Hansı səbəbdən zəhərləndiyimiz bilinmir, bizə bu barədə heç nə demirlər. Ancaq səbəbi özümüz bilirik, xəstəxanada böyrək həkimi, dializ həkimi yoxdur, bizi tibb bacıları dializ edir. Dializ həkimi olmadığına görə də bu gündəyik”.

“Dəfələrlə bu barədə aidiyyəti qurumlara məlumat vermişik. Deyiblər ki, həkim göndəriləcək. Yanvar ayına söz vermişdilər, ancaq hələ də həkim yoxdur”, – xəstə əlavə edib.

Qeyd edək ki, dünən Sabirabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) dializ alan xəstələrin evə qayıtdıqdan sonra halları pisləşib. Beş dializ xəstəsi eyni şikayətlərlə yenidən xəstəxanaya gətirilib, reanimasiya şöbəsinə yerləşdirilib.

Məsələ ilə bağlı Sabirabad RMX-dən və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AYNA-nın sorğularına heç bir cavab verilməyib. Azpost.info

Analoq Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu