ƏSAS SƏHİFƏ Gündəm Bitərəf namizəd YAP-ın və dövlətin adından niyə danışır?"

Bitərəf namizəd YAP-ın və dövlətin adından niyə danışır?"



Videoda gördüyünüz bu şəxs 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən bitərəf namizəd Əliyev Mübariz Yaqub oğludur. İlk olaraq qeyd edək ki, Analoq.az olaraq bizim heç bir deputatlığa namizədlə qəsdi-qərəzliyimiz yoxdur. Lakin...

Lakin nəzərə alsaq ki, özlərini belə bir mühüm siyasi-ictimai hadisədə - parlament seçkilərində sınamaq qərarına gələn bəzi namizədlər istər təbliğat-təşviqat prosesində, istərsə də seçki şüarlarında kifayət qədər məntiqsiz, mənasız, hətta ictimai rəydə istehza doğuran fikirlər səsləndirirlər, bu zaman sayt olaraq elə təqdim etdiyimiz müstəqil namizəd Mübariz müəllimdən başlamaq istədik.

Xatırladaq ki, onun sosial şəbəkələrdə bənzər kampaniya aparması barədə yazmışıq və həmin linki buraya tıklamaqla bundan öncəki yazını oxuya bilərsiniz
.
http://analoq.az/siyaset/olke/11516-deputatliga-namized-hekim-mubariz-eliyevin-analoqu-olmayan-facebook-statuslari.html

Videoya gələndə isə, bu şəxs müstəqil, eləcə də bitərəf olmasına rəğmən, hakim Yeni Azərbaycan Partiyası adından danışması qalsın bir yana, hətta Ulu Öndər Heydər Əliyevin inkişaf, tərəqqi, sülh, demokratiya, milli-mənəvi dəyərlər, azərbaycançılıq kimi milli-dövlətçilik ideoloji prinsiplərindən sui-istifadə edir, bu əbədi ideologiyanı təhdid, hədə və s. bu kimi gərəksiz çağırışları ilə arxa plana çəkir.

Əliyev Mübariz Yaqub oğlu ilk növbədə Azərbaycançılıq məfkurəsini bir kənara qoyub, regionçuluqla məşğuldur.
Digər tərəfdən, bu şəxs humanizm prinsiplərinə əsaslanan İlham Əliyev siyasətini tapdalayaraq, hər kəsin başını ilan başı kimi qoparacağı təhdidini irəli sürür.

Halbuki, cənab Prezidentimiz siyasətinin tərkib hissəsi olaraq, insan, vətəndaş faktorunu əsas olaraq vurğulayır!

Daha bir məsələ isə, ölkəmizdə siyasi mənsubiyyətindın asılı olmayaraq hər kəsin demokratiyaya, prüalizmə söykənən seçim azadlığının olmasıdır. Mübariz müəllim isə bunun yerinə öz videosunda kəskin təhdid, hətta sanki terror küləyi əsdirməyə cəhd göstərir. Kifayət qədər savadsız, siyasi bilgiyə əsaslanmayan bu kimi dırnaqarası təbliğatın isə MSK və s. müvafiq qurumlar tərəfindən diqqətə alınacağına ümid edirik. Hər halda, videonu Analoq.az-ın dəyərli oxucularının diqqətinə və müzakirələrinə buraxırıq.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu