ƏSAS SƏHİFƏ Gündəm Seçkidə ən çox etirazla qarşılaşan namizədlər — SİYAHI

Seçkidə ən çox etirazla qarşılaşan namizədlər — SİYAHI

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat mərhələsi bu gün başa çatır.

Bu mərhələ daha çox növbəti dəfə parlamentdə təmsil olunmaq istəyən deputatlardan bəzilərinin seçicilərin sərt etirazları ilə qarşılanmasıyla yadda qaldı. Analoq.az yenisabah.az-a istinadən həmin deputatların siyahısını təqdim edir.

95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Sahib Aliyev: Sahib Aliyev 10 ildir ki, bu dairənin deputatı kimi parlamentdə oturur. Lakin keçirdiyi görüşlərdən görünür ki, 10 il ərzində seçicilərin rəğbətini qazana bilməyib. Seçicilər də onu əsasən “10 il idi harada idin?” sualı ilə qarşılayırlar. Sonuncu dəfə isə Sahib Alıyev görüşü yarımçıq saxlamaq məcburiyyətində qalıb. Çünki seçicilər deputata danışmaq imkanı verməyib və onu dəstəkləmədiklərini bəyan ediblər.

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı: Fəzail Ağamalı 25 ildir deputatdır. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisdə 60 saylı Salyan-Neftçala seçki dairəsini təmsil edib. İndi dördüncü dəfə bu dairədən mandat qazanmaq istəyir. Amma bu dəfə seçicilərin ciddi reaksiyası ilə üzləşib. Dünən isə etirazlar qarşıdurma səviyyəsinə çatıb. Seçicilər Fəzail Ağamalının rəqibi Kamil Musəvini dəstəklədiklərini bəyan edərək Fəzail Ağamalını görüş keçirdiyi ərazidən uzaqlaşdırıblar. Deputat isə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq təxribatla üzləşdiyini, hücuma məruz qaldığını iddia edib.
ƏTRAFLI
Redbull
110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Elşən Musayev: Elşən Musayev 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairədən mandat qazansa da, seçicilərin rəğbətini qazana bilməyib. Hər halda onun Zaqatalanın Muxax kəndində keçirdiyi görüşdə sərt reaksiya ilə üzləşməsi faktı var. Deputat etirazlara davam gətirməyərək görüşü yarımçıq saxlayıb. Seçicilər isə onu fitə basaraq yola salıblar.

30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva: Sevinc Fətəliyeva 2010 və 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairənin deputatı elan edilib. Amma seçicilərinin sözlərindən belə anlaşılır ki, 10 ildir onu görmürlər. Sevinc Fətəliyevanın da etirazlarla qarşılandığının videogörüntüləri sosial şəbəkələrdə yayılıb və ciddi müzakirələrə səbəb olub.

80 saylı İmişli-Beyləqan seçki dairəsində deputatlığa namizəd Çingiz Qənizadə: 10 ildir bu dairənin deputatı olan Çingiz Qənizadə demək olar ki, hər görüşdə seçicilərin etirazları ilə qarşılanır. Müşahidələr göstərir ki, xüsusilə İmişlidə Çingiz Qənizadəyə münasibət ürəkaçan deyil.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu