ƏSAS SƏHİFƏ Gündəm Tahir Kərimlinin mandatı təhlükədə – Nəticələr ləğv oluna bilər

Tahir Kərimlinin mandatı təhlükədə – Nəticələr ləğv oluna bilər

87 saylı Ağsu – İsmayıllı seçki dairəsindən mandatla təmin olunan Tahir Kərimlinin mandatı geri alına bilər.

Ağsu rayonunda baş verən seçki saxtakarlıqları prezident administirasiyasında da narahatçılıqla qarşılanıb və bununla bağlı MSK-ya göstərişlər verilib.

Mənbə qeyd edib ki, müəyyən şəxslərin qarşısında, Ağsuda ciddi nüfuz sahibi olduğunu və qanun pozuntusu olmadan seçilə biləcəyini deyən Tahir Kərimli seçki zamanı dediklərini doğrulaya bilməyib. Tahir Kərimli haqda MSK-ya ciddi şikayətlər daxil olub və rayon sakinləri onun yenidən mandatla təmin edilməsindən narazılıqlarını bildirirlər.

Mənbə qeyd edib ki, narazılıqların qarşısını almaq üçün 87 saylı Ağsu – İsmayıllı seçki dairəsinin nəticələri ləğv edilərək, həmin dairədə yenidən seçki keçirilməsi ehtimalı var.

Qeyd edək ki, fevralın 9-u Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizəd Kərimli Tahir Zayıdağa oğlunun 52,4 faizlə yennidən mandat əldə etdiyi bildirilib. Sozcu.az

Analoq.Azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu